Klaster (şaxələndirmə)
Klaster hər hansı bir mövzu və ya fikrin mümkün qədər açılmasına, şagidlərin bu ətrafda geniş, sərbəst düşünməsinə şərait yaradan metoddur. Şaxələndirmə strategiyasından həm dərsin əvvəlində motivasiya mərhələsində, həm dərsin gedişində , həm də sonda yaradıcı tətbiqetmə mərhələsində istifadə oluna bilər. Dərsin əvvəlində mövzu ətraflı öyrənilməmişdən qabaq şagirdlərin fikrini cəmləşdirmək və əvvəlki biliklərini yada salmaq üçün istifadə etmək mümkündür. Bu metodun tətbiqi zamanı fikirdən fikir, mövzudan mövzu doğur, yeni assosiasiyaların yaranması imkanı genişlənir. Klaster metodu həm fərdi, cütlərdə, həm də qrupla həyata keçirilə bilər. Onun tətbiqi çox sadə və yadda qalandır. Şaxələndirmə həyata keçirmək üçün:
1.İri ağ kağız götürülür
2. Kağızın mərkəzində söz, hər hansı fənnə aid termin, cümlə və s. yazılır.
3. Həmin sözdən şaxələr ayrılır və yeni fikirlər yazılır. Məsələn, aşağıdakı klasterdə olduğu kimi.
Qarabağ
Şuşa
Şeyx Səfi
Kəlbəcər, Laçın
Təbriz
İşğaldan azad edilmiş torpaqlar
Cənubi Azərbaycan
Azərbaycan
Sovet İmperiyasısı
Səfəvilər dövləti
Şimali Azərbaycan
21 azər
Neft konsorsiumu
Şeyx Xiyabani
Səttarxan
BMT, ATƏT
Bakı
Neft
Bu metoddan istənilən fənnin tədrisi zamanı istifadə etmək əlverişlidir.
Dostları ilə paylaş: |