-
|
?
|
Hindistan İngiltərənin müstəmləkəsi olmuşdur.
Hindistan şaxmatın vətənidir.
|
1.Elmə “O” işarəsini hindlilər gətirib.
2.Tac mahalı Təbrizli memar inşa edib.
|
1.Avropada işlətdiyimiz rəqəmlərə ərəb rəqəmləri deyirlər, amma onları hindlilər kəşf ediblər.
|
1.Hindistanda olan dinlər haqqında.
2.Yoqa haqqında
|
Bu cədvəli müəllim lövhədə çəkir və hər qrup öz yazdıqlarını orada qeyd edir.
Bundan sonra sinif müzakirəyə başlayır. Ilk məlumatla, yəni Hindistan haqqında bildikləri ilə mətni oxuduqdan sonra öyrəndiklərini müqayisə və müzakirə edirlər. Bu metod çox vaxt tələb etdiyindən 2 dərsi bu strategiyaya həsr etmək olar.
Beyin həmləsi
Bu metoda bəzən əqli hücum da deyirlər. Bu strategiya XX əsrin 50-ci illərindən etibarən ABŞ-da tətbiq olunmağa başlanmışdır. Beyin həmləsi şagidlərin tamamilə fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı bir problemin həllinə cəlb edilir və qısa vaxt ərzində bütün fikir və təkliflər qeyd edilir. Əgər müəllim sualla müraciət edirsə, onda sual açıq sual olmalıdır. Məs: Siz göy cisimləri haqqında nə bilirsiniz? Bu zaman uşaqlar göy cisimləri haqqında nə bilirlərsə, vərəqlərdə qeyd edirlər. Söylənilən fikirlərin hamısı qəbul olunur. Bu fikirlər nə tənqid olunur, nə də qiymətləndirilir, yerinə yetirilmiş işin nəticəsində bütün deyilən fikirlər təhlil və düzəliş edilir. Əsas məqsəd, beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamağa nail olmaqdır.
BİBÖ cədvəli
Müəllim dərsə “beyin həmləsi” strategiyası ilə başlayır.Şagidləri cütlərə ayırandan sonra sinfə açıq sual verilir. Məsələn,
Delfinlər haqqında nə bilirsiniz?( Təbii ki, suallar hər fənnin öz mövzularına aid olur).
Cütlər bu sual ətrafında işləyirlər. Bildiklərini kağızda qeyd edirlər. Həmin vaxt ərzində müəllim aşağıda verilmiş cədvəli yazı taxtasında çəkir. Cütlər verilən sualla əlaqədar müəllimlə öz fikirlərini bölüşürlər. Ümumi razılığa gələrək fikirlər yazı taxtasındakı cədvəldə “Biz nəyi bilirik?” sualı altında yazılır. Sonra müəllim yeni sualla şagidlərə müraciət edir. Delfinlər haqqında daha nələri bilmək istərdiniz?
Şagidlər yenə də öz aralarında fikir mübadiləsi edir və hər qrup öz fikrini söyləyərək yazı lövhəsindəki cədvəldə qeyd edirlər.
Bildiklərimiz
|
Istəyirik bilək
|
Öyrəndiklərimiz
|
1.Təlim olunmağa meyillidirlər.
2.Məməlilər sinfinə aiddir.
3.Xəzər dənizində yaşamır.
|
1.Çoxalması haqqında.
2.Daha hansı dənizlərdə yaşayırlar?
|
|
Müəllim mətni şagidlərə paylayır. Mətni oxuduqca şagirdlər Öyrəndiklərimiz? sualına cavab axtarırlar və öz cədvəllərində qeyd edirlər.
Mətni oxuduqdan sonra qruplar yeni öyrəndiklərini yazı taxtasındakı cədvəldə qeyd edirlər.
Bildiklərimiz
|
Istəyirik bilək
|
Öyrəndiklərimiz
|
1.Təlim olunmağa meyillidirlər.
2.Məməlilər sinfinə aiddir.
3.Xəzər dənizində yaşamır.
|
1.Çoxalması haqqında.
2.Daha hansı dənzlərdə yaşayırlar?
|
1.Digər heyvanlara nisbətən şüurludur.
|
Dostları ilə paylaş: |