Dəyirmi masa
Müəllim sinfi qruplara bölür. Hər qrupa bir vatman kağızı və qrupun şagirdlərinin sayı qədər flamester verir. Hər şagird ona verilən rəngli flamaster ilə yazmalıdır.
Yazılı “Dəyirmi masa” elə metoddur ki, bu zaman vərəq qrupun daxilində dairə üzrə daim bir nəfərdən digərinə ötürülür. Məsələn, müəllim mövzuya aid hansısa bir fikri yazır, sonra şagird öz fikirlərini əlavə edərək vərəqi sol tərəfdəki “qonşusuna” verir. O da öz növbəsində bu fikrə mülahizələr əlavə edir və vərəqi başqasına ötürür. Şagirdlərin hər biri öz fikirlərini ayrı rəngli qələmlə və ya flamasterlə yazırlar. Bu, zahirən bütün şagirdlərin yoldaşlarından geri qalmamaq hissini gücləndirir və müəllimə imkan verir ki, mövzunun hər bir şagird tərəfindən mənimsənilməsini və hər bir kəsin nə dərəcədə iştirak etdiyini müəyyənləşdirsin.
Məsələn, ədəbiyyat dərsində Nizami Gəncəvinin yaradıcılığı mövzusunun tədrisi zamanı müəllim vatmanda bir söz yazır: “Xəmsə”. Qrupun üzvlərinin hər biri sıra ilə öz əlavələrini edirlər.Şagirdin biri yazır “Beşlik”, digəri “Sirlər xəzinəsi”, o biri “Leyli və Məcnun” və s. beləliklə, bütün üzvlər “Xəmsə “ ilə əlaqədar bildiklərini sıra ilə qeyd edirlər. Qruplar işlərini bitirdikdən sonra hər qrup öz işini təqdim edir. Hansı qrupun mövzunu nə dərəcədə mənimsəməsi aydın olur. Sonda müəllim ümumi nəticə çıxarır.
Bu metoddan bütün fənlərin tədrisində istifadə etmək olar.
Venn diaqramı
Venn diaqramı kəsişən iki və ya daha artıq çevrə üzərində qurulur. Çevrələrin üst-üstə düşdüyü hissədə yazmaq üçün kifayət qədər yer olmalıdır. Tutaq ki, şagirdlər coğrafiyadan və ya tarixdən iki ölkəni müqayisə edirlər. (Hər bir fənnə aid müqayisə olunan məsələ, obyekt ola bilər). Çevrələrin kəsişən hissəsində müqayisə olunan obyektlərin oxşar, kənar hissələrdə isə fərqli cəhətləri qeyd olunur. Sinif qruplara bölünür, mövzuya aid mətn paylanılır. Müəllim qruplara tapşırır ki, mətnlə tanış olsunlar və onlara təqdim olunan ağ kağızlar üzərində Venn diaqramını qursunlar. Bu zaman müəllim diaqramı yazı lövhəsində qurur. Qruplarda iş bitdikdən sonra hər qrup öz işini təqdim edir. Dərsin sonunda müəllim fikirləri ümumiləşdirərək lövhədə qurulmuş Venn diaqramında qeydlər edir və son nəticəni söyləyir. Bu diaqramdan bütün fənlərin tədrisi zamanı istifadə etmək əlverişlidir.
Fərqli
Fərqli
Oxşar
Venn diaqramından həm öyrədici, inkişafetdirici, həm də ümumiləşdirici dərsdə istifadə etmək olar.
Müqayisə olunacaq obyektin, məsələnin sayından asılı olaraq çevrələrin kəsiyini artırmaq olar.
Dostları ilə paylaş: |