Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


- Dərs təlimin əsas təşkili forması kimi



Yüklə 0,82 Mb.
səhifə65/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

2- Dərs təlimin əsas təşkili forması kimi Ümumtəhsil məktəblərindətəlim və tərbiyənin əsas təşkilat forması dərsdir. Dərsin bbir sıra əlamətləri vardır:
1-Dərs təlim prosesinin müəyyən zaman fasiləsi ilə məhdudlaşan bitkin bir hissəsidir, dərsdə konkret təlim-tərbiyə vəzifələri yerinə yetirilir;
2- Hər bir dərs cədvələ daxil edilir;
3- Dərsdə şagirdlər bilik, bacarıq və vərdişlərə yiyələnir ə tərbiyə olunurlar;
4- Dərs bütün şagirdlər üçün məcburidir;
5- Dərsdə müəllimlərlə şagirdlərin birgə fəaliyyəti vəhdətdə həyata keçirilir;
6- Dərs müəlimin rəhbərliyi ilə aparılır.
Beləliklə, dərsə belə bir tərif verilir: Müəllimin rəhbərliyi altında eyni yaşlı şagirdlərlə sabit cədvəl əsasında təşkil edilən, şagirdləri bilik, bacarıq və vərdişlərlə silahlandıran və tərbiyə edən məcburi məşğələ formasına dərs deyilir. Dərs müəllimin bütün fikirləri və hisslərini əks etdirir. Dərs müəllim-şagird münasibətlərinin güzgüsüdür. Görkəmli pedaqoqlar dərsi günəşə bənzədirlər. Planetlər Günəşin ətrafında dövr etdiyi kimi, bütün tədris formaları da dərsin ətrafında hərəkət edir.
Dərsdə emosionallıq, təbəssüm, səmimiyyət mühüm rol oynayır. Böyük alman şairi H.Höte deyirdi ki, uşaq gülüşü bütün xeyirxahlığın anası və mənbəyidir. Dərs müəllimin ümumi və pedaqoji mədəniyyətinin güzgüsü, onun əqli zənginliyinin ölçüsü, görüş dairəsinin, bilik səviyyəsinin göstəricisidir.
Dərsin təkmilləşdirilməsi, şagirdlərdə axtarıcılıq, tapmaq, anlamaq, ümumiləşdirmələr etmək üçün düşünməyi, təfəkkür fəaliyyətinə güniş meydan verməyi tələb edir. Dərsin problemli təşkili şagirdlərin zehni fəaliyyətini gücləndirir, onlarda axtarış tələbatı və müstəqil işləmək meyli və bacarıqlarının yaradılmasını təmin edir. Kompyüterlərdən, displeylərdən istifadə, təlimin həyatla əlaqəsinin daha da möhkəmləndirilməsi, şagirdlərin fasiləsiz təhsilinə üstünlüyün verilməsi, elm və texnikanın nailiyyətlərindən istifadə olunması və.s. dərsin təkmilləşdirilməsinin mühüm amilləridir. Bunların sayəsində şagirdlərin hərtərəfli fəallığı təmin edilir, onların təfəkkürü, idrak qabiliyyətləri inkişaf etdirilir
Dərs təlim prosesində mühüm yer tutur. Bilik, bacarıq və vərdişlər əsasən dərsdə verilir, şəxsiyyətin ahəngdar tərbiyəsinin də əsası (zehni, ideya-mənəvi, estetik, əmək, fiziki və.b) dərslərdə qoyulur. Buna görə də dərs təlimin və tərbiyənin əsas təşkili forması sayılır. Pedaqoji ədəbiyyatda belə bir haqlı müqayisə aparılır ki, günəş bir damla suda əks olunduğu kimi, təlimin bütün cəhətləri də dərsdə əks olunur. Buna görə də müəllim dərsin nəzəriyyəsi və təcrübəsinə yaxşı yiyələnməli, onu müasir tələblər əsasında qurmağa çalışmalıdır.
Dərs təlimin digər formaları üçün bünövrə təşkil edir: dərsdə material nə qədər yaxşı mənimsənilərsə, digər formaların (ev tapşırıqları, seminar məşğələləri, əlavə məşğələlər və.s) da səmərəsi yüksək olar.
Dərsi lazımi səviyyədə qurmaq üçün onun tiplərini bilmək və düzgün təşkil etmək lazımdır. Dərsin tipləri dərsdə yerinə yetirilən əsas didaktik məqsədə görə müəyyən olunur. Hazırda dərsin dörd tipi fərqləndirilir:

  1. Yeni bilik verən dərs

  2. Tətbiqetmə (və ya çalışma) dərsi

  3. Möhkəmlətmə dərsi

  4. Yoxlama dərsi

Pedaqoji ədəbiyyatda bəzən mürəkkəb (kombinəedilmiş və ya birləşmiş) dərs tipi də irəli sürülür. Bu dərs tipində bir neçə məqsəd olsa da, əsas məqsəd yeni bilik verməkdir. Buna görə də onu birinci tipə aid etmək daha düzgün olardı.
Hər bir dərs tipinin özünəməxsus quruluşu vardır.
Dərsin quruluşu, mərhələlərin miqdarı və ardıcıllığı təxminidir. Fənn, mövzu və sinifdən, dərsin məqsədindən, şagidlərin səviyyəsindən asılı olaraq dərslər müxtəlif variantlarda qurula bilər.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin