Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Tərbiyədə ardıcıllıq və sistemlilik prinsipi



Yüklə 0,82 Mb.
səhifə89/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Tərbiyədə ardıcıllıq və sistemlilik prinsipi.Bu prinsip tərbiyəyə kompleks yanaşma ilə əriş-arqacdır.Bu da təbiidir.Çünki hansı olur-olsun fərqi yoxdur,heç bir vasitə başqalarından,bütöv sistemdən,təsirlərin kompleksindən ayrılıqda götürdükdə yaxşı və ya pis vasitə kimi qəbul edilə bilməz:heç bir vasitəyə və təsirlərin bütöv kompleksindən ayrılıqda baxılmamamlıdır.
Kompleks yanaşma tərbiyənin taktikasıdırsa,ardıcıllıq və sistemlilik prinsipi onun strategiyasıdır.Strategiyasız taktika ciddi bir şeyə qadir olmadığı kimi,tərbiyə işlərinin də sistemi yaradılmasa,həmin işlər sistemsiz aparılsa,kompleks yanaşmanı yüksək səviyyədə həyata keçirmək mümkün olmaz.Bütün bunları əsas götürərək,səriştəli müəllimlər şagirdlərin tərbiyəsi üzrə işlərin ardıcıllıqla və yaxşı düşünülmüş sistem üzrə aparılır,bu sahədə fasiləyə yol vermir və qabaqki illərdə toplanılmış müsbət təcrübədən bol-bol istifadə edirlər(Yəni tərbiyədə varisliyə əməl edirlər).
Kollektiv vasitəsilə tərbiyə prinsipi.Məktəbdə kollektivdən kənar şagird olmur. Kollektiv isə tərbiyənin qüdrətli amilidir. Uşağa kollektiv daxilində paralel təsir edilir, müəllimin təsiri ilə, kollektivin təsiri paralel gedir. Yaxşı təşkil olunmuş kollektiv uşağın həm birinci, həm də ikinci siqnal sisteminə vaxtlı-vaxtında və məqsədyönlü təsir göstərməklə onda nəcib keyfiyyətlərə aid daxili stereotipi formalaşdırır.
Məktəbdə şagird kollektivinin fəaliyyəti özünüidarə əsasında təşkil edilir və uşaqların yaradıcı özfəaliyyətini inkişaf etdirməyə yönəldilir. Qabaqcıl məktəblərin iş təcrübəsi aydın göstərir ki, düzgün təşkil olunmuş kollektiv hər bir şagirdə öz yoldaşları arasında, təlim və ictimai-faydalı əmək fəaliyyətinə “özünü tapmaqda”, “yerini tapmaqda” əsaslı kömək göstərir.
Tərbiyədə pedaqoji rəhbərliklə uşağın özfəaliyyətinin birləşdirilməsi prinsipi. Məktəblərin tərbiyəsi sahəsindəki işlər bir də o zaman yaxşı nəticə verir ki, praktikada pedaqoji rəhbərliklə onların özfəaliyyəti “birləşmiş”olsun. Bu prinsipə riayət edilməyəndə iki cür səhvə yol verilmiş olur: Ya uşağa tam sərbəstlik verilir, o başlı-başına buraxılır, nəzarətsiz qalır, ya da uşağın təşəbbüskarlığı, sərbəstliyi hər addımda boğulur, yeri gəldi-gəlmədi, onun hər bir hərəkətinə müdaxilə edilir, uşaq həddindən artıq ciddi nəzarətdə saxlanılır.
Düzgün tərbiyə baxımından hər iki hal pisdir. Çünki birinci halda uşaq tam özbaşına buraxıldığında, yaxud təcrübəsinin azlığından, şıltaqlıqından yaxud digər səbəblər üzündən pis hərəkətlərə yol verə bilər. İkinci halda isə uşaq özünün daxili qüvvəsinə rəvac verə bilmir, yalnız başqasının iradəsinə, əmr və göstərişlərinə muticəsinə tabe olan bir adam kimi böyüyür. Odur ki, nə uşağın ruhunu zorlayıb müstəqilliyini və təşəbbüskarlığını boğmaq düzdür, nə də onu başlı-başına buraxıb hansı hərəkətlətlə məşğul olması ilə maraqlanmamaq. Bu məsələdə düzgün mövqe tutmaq üçün tərbiyəçidən pedaqoji incəlik və məharət tələb olunur. Müəllim şagirdin müstəqilliyinə, daxili qüvvəsini ifadə etməsinə geniş imkan yaratmaqla yanaşı, onun mənəvi həyatının axınına məqsədyönlü istiqamət verməli, uşağa hiss etdirmədən onun fəaliyyət həddini ciddi surətdə müəyyənləşdirməli, özünü guya arxa planda aparan şəxs kimi göstərsə də, şagirdin heç bir hərəkətini nəzərdən qaçırmamalıdır. Başqa sözlə desək, o, öz səyi ilə, kollektivin səyini birləşdirməyi, uşağın hərəkəti ilə əlaqədar məsələlərin müzakirə və ya həllində nə vaxt işə qarışmağı, hansı halda şagirdə güzəştə getməyi, məsləhət və ya göstəriş verməyi, davranışı müzakirə olunan məktəblini necə təqdir və ya tənbeh etməyi yaxşı bacarmalıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin