Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə97/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   93   94   95   96   97   98   99   100   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3.Cəzalandırma metodu insanın davranış və fəaliyyətinə verilən mənfi qiymət olub, onu pis hərəkətlərdən çəkindirməkməqsədi güdür. O, insanda öz xoşagəlməz münasibət və əməllərinə qarşı istirab, utancaqlıq hissləri yaradır. Düzgün və ədalətlə verilmiş cəza insana məsuliyyət hissi aşılayır, iradəni möhkəmlətməyə, şəxsi ləyaqət hissini gücləndirməyə, öz səhvini başa düşməyə, münasibət və davranışını başa düşməyə kömək göstərir. Cəza həm də profilaktik xarakter daşıyır: kollektivin digər üzvləri də yoldaşlarına verilmiş cəzadan nəticə çıxarır, pis hərəkətlərə yol verməməyə çalışırlar. Vaxtilə sərbəst tərbiyə nəzəriyyəsinin təsiri ilə cəzadan imtina etmək meyilləri olmuşdur. A.S.Makarenko “cəza qul tərbiyə edir” fikrinə etiraz edərək “cəzasızlıq xuliqan tərbiyə edir” fikrini irəli sürmüşdü: cəzaya ehtiyac olan yerdə pedaqoqun cəza verməməyə ixtiyarı yoxdur.
Tərbiyə işində cəzanın müxtəlif növlərindən istifadə olunur: danlaq, şifahi və yazılı töhmət, qəbahəti iclasda müzakirə etmək, insanı müəyyən həzzdən (kinoya, gəzməyə getməkdən, oyundan və s.) məhrum etmək, sinfi (məktəbi) dəyişmək, məktəbdən xaric etmək və s. Bəzi pedaqoqlar təbii nəticə yolu ilə cəza verməyi lazım bilirlər. Məsələn, ev tapşırığını yerinə yetirməyən uşaq dərsdən sonra qalıb tapşırığı icra edir, partanı sındıran, divarı cızan uşaq onu təmir edir, tapşırılan işi keyfiyyətsiz gördükdə onu yenidən icra edir, oyunda özünü yaxşı aparmayan oyuna buraxılmır və s.
Cəza tədbirini tətbiq edərkən qəbahətin xarakterini, şəraitini, həmin hərəkətə insanı təhrik edən motivləri, onun xüsusiyyətlərini nəzərə almaq lazımdır. Cəza zamanı uşağın yol verdiyi xoşagəlməz hərəkəti təhlil etmək, onun səbəblərini, motivlərini araşdırmaq və bundan çıxış edərək müvafiq cəza növü tətbiq etmək məqsədəmüvafiqdir. Əgər uşaq təsadüfən müəyyən qaydanı pozmuşdursa, ona sadəcə xəbərdarlıq etməklə və ya onunla söhbət aparmaqla kifayətlənmək olar. Cəza həm də uşağın şüuruna təsir göstərmək, öz qəbahətinin zərərini dərk etdirmək vasitəsi olmalıdır: uşaq nə üçün cəza aldığını bilməli, onun ədalətli olduğuna inanmalıdır. Mümkün qədər kollektivə, bir qrup uşağa cəza verməkdən çəkinmək lazımdır, çünki bu halda cəza uşaqların mənfi motiv əsasında birliyinə gətirib çıxara bilər.
Cəzalandırma və rəğbətləndirmə tərbiyəçidən böyük pedaqoji məhəbbət, psixoloji və pedaqoji hazırlıq tələb edir. Düzgün verilməyən, insan şəxsiyyətinə və ləyaqətinə toxunan ədalətsiz cəza müəllim-şagird münasibətlərində gərginlik, münaqişə yarada bildiyi kimi, cəzanın təsir gücünü, tərbiyəçinin nüfuzunu, uşağın öz gücünə inamını zəiflədər, tərbiyə və özünütərbiyə işini çətinləşdirə bilər. Bu baxımdan V.A.Sxomlinski tərbiyədə cəzanın əlehinə çıxırdı. Onun fikrincə ən yaxşı cəza vicdan cəzasıdır: qoy insan öz günahını hiss etsin, öz vicdanı ilə özünü cəzalandırsın, öz qəbahətini etiraf etsin; qəbahəti etiraf etmək cəza verməkdən daha yaxşıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin