Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə105/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   101   102   103   104   105   106   107   108   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Davranış mədəniyyəti tərbiyəsi şagirdlərdə davranış və ünsiyyətlə bağlı mədəni vərdişlərin formalaşdırılmasını nəzərdə tutur. Davranış mədəniyyəti nəzakətli rəftar və danışıqda, xoş münasibətdə, qayğıkeşlikdə, insanın jest, hərəkət manerası və geyim bacarığında, dəqiqlikdə özünü göstərir.
Əxlaq tərbiyəsinin vasitə və metodları.Əxlaq tərbiyəsiəxlaqi şüurun formalaşmasından, əxlaqi normaların mənimsənilməsindən başlanır. Bu işdə insanın şəxsi münasibət və təcrübəsi, sosial mühitin – ailənin, məktəbin, yoldaşlıq mühitinin təsiri, ünsiyyət sistemi, təlim və tərbiyə, kütləvi informasiya vasitələri, mütaliə və s. böyük rol oynayır. Əxlaqi şüurun formalaşmasında tərbiyəçinin canlı sözü qüdrətli vasitədir. Şagirdlər xeyirxah işlərə, ictimai-faydalı əməyə, başqa adamlara kömək etməyə cəlb olunmalı, xeyirxahlıq məktəbi keçməlidir. Bu öz növbəsində, məktəblinin özünəhörmət, şəxsi ləyaqət hissinin formalaşmasına, özünütəsdiq və özünütərbiyə işinə güclü təkan verir.
Əxlaq tərbiyəsinin əsası uşaq, yeniyetmə və gənclərdə mənəvi tələbat tərbiyə etməkdən ibarətdir. V.A.Sxomlinski qanunu pozmuş və cinayət törətmiş 460 yeniyetmənin ailə həyatını təhlil etmək əsasında belə nəticəyə gəlmişdir ki, bu ailələrdə uşaqların maddi tələbatları üstün olmuş, onlarda mənəvi tələbatların tərbiyəsi ilə məşğul olmamışlar. Yeniyetmələrdə mütaliə, əmək və incəsənətə tələbat, başqa adamlara sevinc bəxş etmək, başqalarının taleyi üçün narahatlıq hiss etmək kimi mənəvi tələbatlar olmamışdır. Əməyə, kitaba, təlimə, incəsənətə, ünsiyyətə tələbatlar da insanı əxlaqi cəhətdən yüksəldir, onda müsbət keyfiyyətlər aşılayır. Uşaq, yeniyetmə və gənclərdə nəcib mənəvi tələbatların formalaşması əxlaqi saflaşmanın əsasını təşkil edir.
Əxlaqi naqisliklər içərisində nəfsmühüm yer tutur. Nəfs, tamahkarliq bir çox ictimai və əxlaqi qəbahərlərin, cinayərlərin əsas mənbəyini təşkil edir. Görkəmli əxlaq nəzəriyyəçisi, filosof və pedaqoqN.Tusi əxlaqi qəbahətləri “nəfs xəstəlikləri” adlandırmış, onların sırasında qəzəb, paxıllıq, şəhvət, qeybət, böhtan, iftira, yalan və s. qeyd etmişdir. Nəfs xəstəlikləri ilə mübarizənin əsas yolu insanın ağıla, kamala yiyələnməsi, nəcib əməllərə meyl etməsidir. İnsan nəfsini ağılla idarə edə bilsə, yüksəkliyə qalxar, əxlaqca saflaşar. Əksinə nəfsi özbaşına buraxsa, nəfs onu alçaldar, rəzalət çirkabina salar (N.Tusu. Əxlaqi-nasiri. B., Elm, 1989, s. 53).
Böyük filosof əxlaq tərbiyəsi metodlarından bəhs edərkən uşaqlara qarşı həssas olmağı, vaxtında pis adət və hərəkətin qarşısını almağı, kiçik bir yaxşı hərəkət baş verdikdə onu tərifləyib adətə çevirməyi, uşaqlarda əməksevərlik, bilik və peşəyə həvəs yaratmağı, xeyirxahliq, başqa adamlara kömək vərdişləri aşılamağı, mənfi keyfiyyətlərə (tənbəllik, yalan, böhtan, paxıllıq, bədxahliq, biganəlik, xudpəsəndlik və s.) qarşı nifrət hissi oyatmağı, həya hissini tərbiyə erməyi məsləhət bilirdi.
Əxlaqi tərbiyənin əsas mənbəyini davranış mədəniyyəti, müsbət əxlaqi adətlər təşkil edir. Əxlaqi adətlər tərbiyəsi üçün şagirdləri müxtəlif fəaliyyət növlərinə - əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai fəaliyyətə cəlb etmək lazımdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin