Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Əmək tərbiyəsinin sisteminə aşağıdakı əmək növləri daxildir



Yüklə 0,82 Mb.
səhifə107/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   103   104   105   106   107   108   109   110   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Əmək tərbiyəsinin sisteminə aşağıdakı əmək növləri daxildir: 1. Özünəxidmət əməyi;2) İctimai-faydalı əmək; 3) Məhsuldar əmək.
Özünəxidmət hər bir şagirdin özünə, ailə üzvlərinə qulluq etməsi ilə səciyyələnir.
İctimai faydalı əmək cəmiyyətin xeyrinə pulsuz əməkdir.
Məhsuldar əmək bilavasitə maddi nemətlərin istehsalına yönəldilən və haqqı ödənilən əməkdir.
Əməyinhər üç növü ictimai-faydalı səciyyə daşıyır və uşaqların əmək tərbiyəsində və əmək həyatına hazırlanmasında əsas amillər kimi çıxış edir.
Əmək tərbiyəsinin əsas vasitəsi uşaq və gənclərin əmək fəaliyyətində bilavasitə iştirak etməsidir.
Məktəbdə əmək tərbiyəsinin əsası əmək təlimi məşğələlərində qoyulur. I-IV siniflərdə şagirdlər müxtəlif materialların (kağız, karton, parça, təbii materiallar, məişət tullantıları və s.) əllə işlənməsi priyomlarını mənimsəyir, bitkilərə qulluq göstərməyi öyrənir, sadə quraşdırma işlərini yerinə yetirirlər. V-IX siniflərdə emalatxanada və tədris-təcrübə sahəsində müxtəlif əmək vərdişləri qazanırlar. Əmək təlimində şagirdləri habelə məktəbin ehtiyaclarını ödəməyə (tədris avadanlıqları və əyani vəsait hazırlamaq, xırda təmir işləri) cəlb etmək faydalıdır. Şagirdlərin əməyi ilə (bağçılıq, quşçuluq, heyvandarlıq fermaları yaratmaqla) faydalı məhsul istehsal etmək və məktəb üçün ictimai fond yaratmaq daha səmərəlidir. Şagirdlərin əsas əməyi təlim əməyidir. Təlim əməyi zehni əməkdir və nisbətən çətin əməkdir: o zehni gərginlik, iradi səy, böyük səbr tələb edir.
İctimai-faydalı əmək şagirdlərin əmək tərbiyəsi sisteminin əsasını təşkil edir. Bu əmək növü ictimai-faydalı xarakterli məqsədyönlü, planlı, könüllü əməkdir. İctimai-faydalı əməyin müxtəlif növləri vardır: məktəb həyətinin, kənd və qəsəbənin yaşıllaşdırılması, məktəbin ehtiyacları üçün əmək, uşaq bağçalarına hamilik, metal, kağız və dərman bitkilərinin toplanması, təbiətin və mədəniyyət abidələrinin qorunması və s.
Məhsuldar əmək şagirdlərin bilavasitə müəyyən məhsul istehsalında iştirakını nəzərdə tutur. Bəzi məktəblərdə müxtəlif emalatxanalar (dülgərlik, çilingərlik, tikiş) yaratmaqla sagirdlər məktəb və müəssisələr üçün faydalı məhsul hazırlığında iştirak edirlər. Kənd yerlərində heyvandarlıq, quşçuluq fermaları, bağçılıq, bostançılıq, isti şitillik sahələri yaradılır və şagirdlər növbə ilə istehsal prosesinə cəlb edilirlər.
Peşəyönümü-əmək tərbiyəsinin ayrılmaz tərkib hissəsi vəyekunlaşdırıcı mərhələsidir, gənc nəsli şüurlu surətdə peşə seçməyə hazırlamağa, xalq təsərrüfatının və mədəniyyətin müxtəlif sahələri ilə tanış etməyə, onlarda peşə maraqlarını və meyllərini formalaşdırmağa yönəldilən iş sistemidir.Peşəyönümü şagirdlərin peşələrlə tanışlığını təmin edir və perspektivli peşələr üzrə öz qabiliyyətlərini müəyyənləşdirməkdə köməklik göstərir. Məktəb yeniyetmə və gənclərə öz həyat yolunu tapmaqda, maraq və qabiliyyətinə uyğun peşə seçməkdə kömək etməlidir. Atalar demişkən, “Bir elm, bir də sənət xəzinədir insana”.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin