Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə104/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   100   101   102   103   104   105   106   107   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3.Əxlaq tərbiyəsi
Əxlaq sözü ərəbcə“xəlq” (mənası “yaratma, səciyyə, xarakter ”) sözünün cəmi olub, insanın təbiətində  olan xasiyyətləri və davranışları, eləcədə həyatı boyu qazandığı  keyfiyyətləri və xasiyyətləri yaratmaq, səciyyələndirmək, tərbiyə etmək deməkdir.
Əxlaqi tərbiyə insanın əxlaqi şüurvə hisslərinin, davranış qaydalarınınformalaşmasına xidmət edən məqsədli prosesdir.Şəxsiyyətin əxlaqi cəhətdən formalaşması və inkişafı fəaliyyət və ünsiyyət prosesində baş verir. Əxlaq tərbiyəsinin mahiyyətini daha dolğun dərk etmək üçün onun nəzəri-psixoloji əsaslarını bilmək lazımdır. Əxlaq tərbiyəsinin nəzəri əsasını əxlaq və mənəviyyat haqqında olan etika elmi təşkil edir.
Əxlaq ictimai şüur formalarından biri olubinsanın cəmiyyətə, başqa adamlara və özünə münasibətini müəyyən edən davranış normalarının məcmusudur.Əxlaq normaları cəmiyyət tərəfindənmüəyyən edilir, ictimai rəylə tənzim olunur vəbununlada dövlət tərəfindən müəyyən olunan hüquqi normalardan fərqlənir.
Əxlaqi davranışın tənzimlənməsi nəzarət, özünənəzarət və özünüqiymətləndirmə mexanizmi ilə həyata keçirilir. Özünüqiymətləndirmə vicdan və borc hissi ilə sıx bağlıdır. Vicdan insanın özünə emosional qiymət verməsini təmin edən ən yaxşı nəzarətçidir. Əxlaqi normaları pozan vicdanlı adam əzabçəkir və bu onun həya hissi ilə təzahür edir. Vicdanla yanaşı, əxlaqi borc da özünənəzarət mexanizmi kimi çıxış edir.
Əxlaqi biliklər o halda inam və əqidəyə çevrilir ki, onlar insanin hissləri və iradəsi ilə qovuşmuş olsun. Əxlaqi ideyalar emosional həyacanlarla, nəcib hisslərlə birləşdikdə daha təsirli olur və daha tez inama çevrilir.
Əxlaq tərbiyəsinin vəzifələri və məzmunu.Əxlaq tərbiyəsinin vəzifələri cəmiyyətin şəxsiyyətə olan əxlaqi tələblərini əks etdirir və aşağıdakılardan ibarətdir:

  • İnsanda əxlaqi şüur, inam və əqidə formalaşdırmaq;

  • Nəcib əxlaqi hisslər aşılamaq;

  • Düzgün davranış qaydaları formalaşdırmaq;

  • əxlaqi eybəcərliyə, haqsızlığa, şərə qarşı barışmazlıq, mübarizə əzmi ilə dolu olan fəal həyat mövqeyi tərbiyə etmək.

Əxlaq tərbiyəsinin məzmunu geniş və çoxcəhətlidir.Əxlaqi keyfiyyətlər iki mindənartıqdır. Onları dörd qrupda birləşdirmək olar:

  1. İnsanın Vətənə, cəmiyyətə, xalqa münasibəti ilə bağlı olan əxlaqi keyfiyyətlər: vətənpərvərlik, beynəlmiləlçilik, ictimai borcun dərk edilməsi, ictimai mənafeyin şəxsi mənafedən üstün tutulması və s.

  2. Əməyə münasibəti ilə bağlı olan əxlaqi keyfiyyətlər: əməksevərlik, işgüzarlıq, qənaətcillik, səliqəlilik, əməyə vicdanlı münasibət, əmək adamlarına hörmət, tənbəllərə qınaq və s.

  3. İnsanın başqa adamlara, kollektivə münasibəti ilə bağlı olan əxlaqi keyfiyyətlər: humanizm, xeyirxahliq, düzlük, doğruçuluq, dostluq, kollektivçilik, diqqətlilik, mədənilik və s.

  4. İnsanın özünə, özdavranışına münasibətiilə bağlı olan əxlaqi keyfiyyətlər: təvazökarlıq, vicdanlılıq, intizamlılıq, utancaqlıq, şəxsi ləyaqət hissi və s.

Əxlaqi keyfiyyətlərin bəzilərini nəzərdən keçirək. Vətənpərvərlik insanın əxlaqi keyfiyyətləri içərisində mühüm yer tutur və Vətənə sevgi, onun şərəfini qorumaq, qüdrətini artırmaq, Vətəni qorumaq əzmi kimi hissləri ehtiva edir. Vətənpərvərlik başqa xalqlara, millətlərə rəğbət hissində ifadə olunan beynəlmiləlçiliklə sıx bağlıdır.
Əxlaqi keyfiyyətlər içərisində insanpərvərlik, humanizm çox mühüm yer tutur. İnsanpərvərlik insana məhəbbət və qayğı deməkdir. İnsanpərvərlik tərbiyəsi üçün sözün qüdrətindən, bədii əsərlərdən, şəxsi nümunədən istifadə etmək lazımdır. Şagirdləri humanist məzmunlu işlərə cəlb etmək bu baxımdan böyük əhəmiyyətə malikdir.
İntizam tərbiyəsi əxlaq tərbiyəsinin ayrılmaz tərkib hissəsidir. İntizam qoyulmuş qaydalara əməl etməkdir. İntizam tərbiyəsində davranış qaydalarını izah etmək, onların vacibliyinə inam yaratmaq mühüm şərtdir. Bununla yanaşı şagirdlərin həmin qaydalara alışdırılması üçün sistemli iş aparmaq lazım gəlir. Bu işdə rejimə ciddi əməl edilməsi, tərbiyəçinin şəxsi nümunəsi və kollektivin rəyinə istinad etmək böyük əhəmiyyət kəsb edir. A.S.Makarenko intizamı kollektivin bəzəyi adlandırır. İntizam tərbiyəsi davranış mədəniyyəti ilə sıx bağlıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin