Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Məktəb, ailə və ictimaiyyətin əlbir işi düzgün idarəetmənin şərtidir



Yüklə 0,82 Mb.
səhifə115/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   111   112   113   114   115   116   117   118   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

2.Məktəb, ailə və ictimaiyyətin əlbir işi düzgün idarəetmənin şərtidir.
Məktəbdə gedən təlim-tərbiyə proseslərini çevik idarəetmə, şagirdlərin dərsə davamiyyətinə nəzarətə və şagirdlərin nailiyyətləri barədə dərhal məlumatlandırmaya zəmin yaradır. Bu zəmində valideyn-məktəb əlaqələrinin möhkəmləndirilməsi öz aktuallığını artırır.
Övladı valideyn böyüdür, müəllim isə onu düzgün həyat yoluna isdiqamətləndirir. Çingiz Aytmatov əsərlərinin birində müəllimi yol ayrıcında dayanaraq qatarları düzgün isdiqamətləndirməklə dünya ölkələrinə yola salan bələdçiyə bənzədib.
Böyük rus pedaqoqu Vasiliy Suxomlinski ailə - məktəb münasibətləri haqqında deyirdi: “Gələcəkdə budaqları, çiçəkləri və meyvələri yaranacaq bir bitkinin kökləri ailədən cücərir. Məktəbin pedaqoji müdrikliyi elə ailənin mənəvi sağlamlığı üzərində qurulur”.
“Şagird - müəllim - valideyn - cəmiyyət” maraqları bir nöqtədə - məktəbdə kəsişir. Dünyanın bir çox ölkələrinin təhsil sistemlərində ailə, ictimaiyyət və məktəb uşağın böyüməsində, onun şəxsiyyət kimi formalaşmasında, yəni sosiallaşmasında birlikdə iştirak edirlər . Uşaqların tərbiyəsində cəmiyyətin rolunu artırmaq üçün ailə və ictimaiyyətin məktəbdə aparılan islahatlar prosesinə cəlb edilməsi yollarını axtarıb tapmaqla və ailənin tərbiyə prosesindəki aktivliyini yüksəltməklə təlim - tərbiyə işinə təsir imkanlarını genişləndirməyə nail olmaq olar.
Müstəqil Azərbaycanın təhsil siyasətinə uyğun olaraq onun dünya təhsil sisteminə inteqrasiya olunması zəruri şərt kimi diqqət mərkəzində saxlanılmışdır. Bu gün təhsilimizin gündəmdə olan ən prioritet problemlərdən biri müəllimin valideynlərlə əlbir işidir. Təhsil sahəsində çalışan bütün pedaqoji işçilər yaxşı başa düşür ki, müasir zamanda məktəb - valideyn əlaqələri ənənəvi qaydalarla davam edə bilməz. Belə ki, təhsil üçbucağında valideynin “məsuliyyəti daha da artır. Bu halda valideyn özünün seyrçi mövqeyindən təhsil prosesinin fəal üzvünə çevrilir. İnformasiyaların artdığı, məktəbdə fəallığın çoxaldığı bir zamanda şagirdlərin öyrənmə prosesində valideynin iştirak etməsi, onun bu prosesə dəstək olması zəruri bir tələb kimi meydana çıxır. Ona görə də məktəb özünün maarifləndirmə missiyasını daha fəal həyata keçirməklə valideynlərin ümumi səviyyəsini yüksəltməyə, bununla onların valideyn maraqlarının güclənməsinə səbəb olmalıdır. Başqa sözlə, təhsildə gedən dəyişikliklərin milli və bəşəri zəmində olması, uşaqların əqli keyfiyyətlərinin inkişaf etdirərək dünyanın intelektual səviyyəsinə çatdıırılması barədə maraqlı tərəf olan valideynlərə vaxtaşırı məlumatlar verilməli, onlarlarla mütəmadi söhbətlər aparılmalıdır.
Valideyn - məktəb münasibətləri, respublikada təhsilə aid ən mötəbər sənədlərdə və metodik ədəbiyyatda öz əksini tapır.
2003 - cü ildə Bakıda Azərbaycan Respublikası Təhsil Nazirliyinin, UNİCEF-in Azərbaycan üzrə nümayəndəliyinin və “Ümidli Gələcək” Gənclər Təşkilatının təşəbbüsü ilə “Valideyn - Müəllim Assosiasiyalarının Yaradılması və Fəaliyyəti Üzrə Milli Siyasətin Formalaşdırılmasma Dair” 1 Milli Konfrans keçirildi. Konfransda valideyn - müəllim əməkdaşlığının yeni formaları, valideyn - müəllim assosiasiyalarının yaradılmasının zərurəti, fəaliyyəti və hüquqi əsasları, onların idarə edilməsinin və maliyyə, büdcə fəaliyyətlərinin prinsipləri və milli siyasətin formalaşdırılmasına dair digər vacib məsələlər müzakirə olunmuş və müvafiq qərarlar qəbul olunmuşdur. Konfransda Azərbaycan Milli Valideyn - Müəllim Assosiasiyası (VMA) İctimai Birliyi yaradılması barədə qərar qəbul olundu.
2003 - cü ilin mart ayından dekabr ayınadək Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNİCEF və “ Ümidli Gələcək” Gənclər Təşkilatının birgə əməkdaşlığı ilə Təhsil Nazirliyi və UNİCEF-in 5 pilot məktəbində Azərbaycanda ilk dəfə olaraq “Valideyn - Müəllim Assosiasiyalarının yaradılması” adlı pilot layihə həyata keçirilmişdir. Layihənin həyata keçirilməsinə maliyyə dəstəyi UNİCEF tərəfindən və texniki dəstək - Təhsil Nazirliyi tərəfindən göstərilmişdir. Bir neçə mərhələdən ibarət olan bu layihə çərçivəsində Bakı Avropa Liseyi, Quba şəhər 2 saylı, Şəki şəhər 10 saylı, Qəbələ rayonu Vəndam kənd və Masallı rayonu Köhnə Alvadı orta məktəblərində Valideyn - Müəllim Assosiasiyalarının yaradılması istiqamətində ilkin araşdırmalar,assosiasiyaların qurulması və gələcək fəaliyyəti üçün zəminin yaradılması, müəllim, valideyn, məktəb rəhbərliyi və məktəbli uşaqlar arasında geniş istiqamətli tədbir və proqramlar, sorğular, yerli ətraf əhalinin cəlb edilməsi ilə seminarlar və xüsusi olaraq seçilmiş qrup üçün təlimlər keçirilmişdir.
Müəllim və şagirdlərlə yanaşı valideynlərin də pedaqoji prosesin iştirakçısı olmalarını təmin etmək məqsədi ilə, ölkədə həyata keçirilən kurikulum islahatının məqsəd və vəzifələri haqqında məlumatların valideynlərə çardırılması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılması vacibdir. Belə ki, uşaqlarının gündəlik qiymət almamasından narahat olan valideynlər,təhsilin məzmun xətti, onun standartları və alt standartları, eləcə də bilik və bacarıqların qiymətləndirmə meyarları ilə tanış olduqdan sonra onları övladının hansı qiymət alması deyil, hansı səviyyədə
olması və qarşıda hansı məqsədlərin qoyulması maraqlandırır.


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin