Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə118/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   114   115   116   117   118   119   120   121   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

ƏDƏBİYYAT:

  1. Talıbov Y., Ağayev Ə. İsayev İ.Eminov A. Pedaqogika. 1993, s. 254-262, 2006, səh. 156-160.

  2. İbrahimov F., Hüseyzadə R. Pedaqogika. lc., 2013, səh. 404-445.

  3. Qasımova L., Mahmudova R. Pedaqogika. 2003, səh. 495-503.

4. Paşayev Ə., Rüstəmov F., Pedaqogika. 2007, səh. 338-339, 394-412.
5. S.Quliyev Şagirdlərin tərbiyəsində məktəb, ailə və ctimaiyyətin əlbit işi. 1979, səh. 19-20, 93-95, 103-105.
6. H.Əliyev “Ailə və məktəb ənənələri”, 1988, səh. 32-33, 76-78.
Mövzu: 14. Məktəbin idarə edilməsinin modernləşdirilməsinin keyfiyyətə təsiri
Plan

  1. Modernləşmə anlayışı və onun keyfiyyətə təsiri

  2. Pedaqoji sistemləri idarəetmənin mahiyyəti və əsas prinsipləri

  3. İdarəetmə metodları və üslubları.

  4. Məktəbdaxili idarəetmənin təşkili və tənzimlənməsi mexanizmi

  5. İdarəetmənin modernləşdirilməsi. Ümumtəhsil məktəblərində idarəetmənin təşkili modelləri.

1.Modernləşmə anlayışı və onun keyfiyyətə təsiri
Modernləşmə indiki cəmiyyətin bütün sahələrində olduğu kimi müasir təhsilimizin də özünəməxsus keyfiyyət göstəricilərindən ən əsası kimi bütün mütəxəssislərin diqqətini özünə cəlb etmişdir. Modernləşmə sintetik xarakter daşımaqla müasir həyatımızın bütün sahələrinə aid edilir. Daha doğrusu, yeni yaranışın, yeniləşmənin, innovasiyanın təməlini qoyur. Modernləşmə anlayışının mənasını araşdırmaq üçün ilk öncə onun mənasını bilmək vacibdir. Fransız mәnşәli istilah olaraq “modernlәşmә” (modernisation) birbaşa tәrcümәdә “yeni”, “müasir” anlayışlarını tәcәssüm etdirir. Ümumi texniki kontekstdә modernlәşmә tәkmillәşmә, yenilәşmә, yaxşılaşma, yeni tәlәb vә normalara, texniki şәrtlәrә vә keyfiyyәt göstәricilәrinә müvafiq olaraq obyektdә uyğunlaşdırma aparma kimi keyfiyyәtlәri ehtiva edir. Modernləşmə deyəndə, indiki dövrün qarşıya qoyduğu bütün tələblərə uyğunlaşmaq, yeni-yeni normalara, tələblərə və yenilənmiş texnoloji proseslərə adaptasiya olunmaq kimi başa düşülür. Eyni zamanda modernləşmə anlayışına bir neçə mövqedən yanaşıb təhlil etmək mümkündür. “Modern” anlayışı ilk dəfə Avropada V əsrin axırlarında rəsmi cəhətdən status almış keçmiş Roma bütpərəstliyini və xristianlığı bir-birindən fərqləndirmək üçün istifadə olunmuşdur. Daha sonrakı dövrlərdə bu anlayışın mahiyyəti getdikcə dəyişilmişdir. Yəni təkcə romantizm və maarifçilik dövründə “ müasir” mənasında işlənməyə başlanılmışdır. O vaxtdan indiki dövrümüzə qədər “modern” anlayışı müasirliyin, dövrün ruhunun təbii, labüd yeniləndiyini göstərən, ifadə edən proseslərin obyektiv və subyektiv səbəbləri hesab olunur. Modernləşmə, ümumilikdə götürdükdə müasir cəmiyyəti daima irəliyə aparan bütün mütərəqqi inkişafın, dəyişikliklərin baş verdiyi bir proses kimi başa düşülür. Modernləşmə nəzəriyyəsi tətbiq edilərkən bu anlayışın iki cür izahı onun mahiyyətini daha aydın ifadə etməyə imkan verir. Birinci, “modernləşmə”, “müasirlik” sözü ilə eyni mənanı daşıyır. Qərbdə XVI əsrdə baş verən və XIX-XX əsrlərdə ən yüksək səviyyəyə yüksələn sosial, mədəni, iqtisadi, siyasi və intellektual transformasiyaların kompleksini əks etdirir. Bura urbanizasiya, sənayeləşmə, bürokratlaşma, demokratikləşmə, rasionallaşma, kapitalizmin hakim qüvvəyə çevrilməsi, individualizm və uğur fəlsəfəsi, bütün elmlərin özünütəsdiqi və s. daxildir.
Modernləşmə deyəndə aşağıdakılar nəzərdə tutulur:
-müasir dövrün tələblərinə uyğunlaşmaq;
-yeni tələb və normalara uyğunlaşmaq;
-texnoloji proseslərə uyğunlaşmaq.
Ümumtəhsilin inkişaf etdirilməsi üçün hər bir məktəbdə özünüinkişafetdirmə mexanizmi hazırlanmalıdır. Bu elə bir mexanizm olmalıdır ki, o təhsildə əldə edilən nəticələrin mütəmadi təhlilinə və bu təhlilin nəticələrinə əsasən təhsilin irəliyə doğru inkişafı ilə əlaqədar bütün problemlərin həllinə təminat versin. Bunlardan belə bir nəticə çıxarmaq olar ki, məktəbin həqiqi mənada yeniləşməsi və inkişafı üçün kənardan göstərişlər vermək, onu müxtəlif yenilikləri tətbiq etməyə məcbur etmək yox, ilk növbədə məktəbin tədris-maddi bazasının, idarəetmə strukturunun və müəllim hazırlığının müasir tələblər səviyyəsinə qaldırılmasına nail olunmalıdır.
Elmi ədəbiyyatda göstərilir ki, ümumtəhsil məktəbinin in­ki­şafı əsasən aşağıdakı faktorlarla təyin edilir:
- təhsil verənlər və təhsil alanların fikirləri, imkanları, arzuları və istəklərinin tədris prosesində nəzərə alınması;
- təhsi sistemində təhsilin məqsədi, tədris planı, tədris me­todları və vasitələrinin yeniləşdirilməsi;
- təlim prosesində şagirdlərin qruplaşdırılması, şagird şurası və özünüidarə orqanlarının, başqa qurumların işinin müasir tələblərə uy­­ğunlaşdırılması;
- müəllim kadrlarının seçilib yerləşdirilməsi, qruplaşdırılması və ye­­nidən təşkili sistemi, təşkilatçılıq mədəniyyəti, idarəetmənin ye­ni struk­turu, vəzifə bölgüsünün aparılmasının yeni modelinin for­ma­laş­dı­rıl­ması;
- məktəbi əhatə edən və ona təsir edə bilən mühitin, təhsilin təş­kili, idarə olunması və maliyyələşdirilməsi sisteminin, sosial şə­raitin yeni qanun və qanunauyğunluqlarla tənzimlənməsi;
- məktəbin yeniləşməsi və inkişaf etməsi üçün zamanın tələb­lə­rinə uyğun yeni pedaqoji sistem yaradılmalı, müasir təlim texno­lo­giyalarından istifadənin yeni üsulları mənimsənilməlidir. Bunu isə bö­yük sürətlə həyata keçirmək mümkün olmadığından, məktəblərdə in­novasiya fəaliyyəti tədricən özünə həqiqi mənada yer almalı, bu sa­hədə mədəni səviyyə yüksəlməli, tətbiq edilən yeni modelin ef­fektliyi sınaqdan çıxarılmalıdır.
Hesab edirik ki, Azərbaycanın İnkişaf Konsepsiyasından irəli gələrək hazırlanmış və ölkə Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas missiyası da ölkəmizin modernləşdirilməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla ölkəmizin beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir. Dövlət Strategiyası təhsil sahəsində aparılacaq islahatların əsas istiqamətlərini müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin qlobal çağırışlarına uyğun inkişaf yollarını aydınlaşdırır, nəhayət, təhsilin bütün pillələrində keyfiyyətcə yeni mərhələyə başlamağı-dövlət başçısının müasirləşmə konsepsiyasının təməl prinsiplərindən biri olan “qara qızılı insan kapitalına çevirmək” fəlsəfəsini reallaşdırmağı əsas hədəf kimi qarşıya qoyur. Strategiyada təsbit olunan 5 strateji istiqamətlərdən 3-cüsü “Təhsilin nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlətictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə sisteminin formalaşdırılması”ndan ibarətdir. Bu baxımdan ümumi təhsil müəssisələrinin idarəetmə sistemindəki spesifik idarəetmə dəyərlərinə toxunmaq istədik. Bəllidir ki, ümumi təhsil müəssisələrinin pedaqoji sistemləri, idarəetmə dəyərləri müxtəlifdir. Onlar aşağıdakılar ola bilər: 1) dəyərlər-məqsədlər: Onlar iyerarxiyanın müxtəlif səviyyələrində tam pedaqoji idarəetmənin məqsədinin əhəmiyyəti və mənasını açıb göstərir. Bu məqsədlərə daxildir:
- təhsil sisteminin idarəetmə məqsədi;
- məktəbi idarəetmə məqsədi;
pedaqoji və şagird kollektivini idarəetmə məqsədi;
- şəxsiyyətin özünütərbiyəsini və özünüinkişafını idarəetmə məqsədi və s. Dəyərlər-məqsədlər idarəetmə fəaliyyətinin özünəməxsus tənzimləyicisidir;
2) dəyərlər-biliklər: İdarəetmə sahəsində biliklərin əhəmiyyəti və mənasını açır. Buraya idarəetmənin metodoloji əsasları, məktəbdaxili rəhbərlik, pedaqoji prosesin idarə olunmasının effektiv meyarlarını bilmək və s. daxildir.
3) dəyərlər-münasibətlər: Pedaqoji prosesin iştirakçıları arasında qarşılıqlı münasibətlərin, özünə münasibətin, özünün peşə fəaliyyətinə münasibətin, pedaqoji və şagird kollektivlərində şəxsiyyətlərarası münasibətlərin, bu kollektivlərin məqsədyönlü formalaşdırılması və idarə olunmasının əhəmiyyətini açır; 4) dəyərlər-keyfiyyətlər: İdarəetmənin subyekti olan məktəb rəhbərinin-təhsil menecerinin müxtəlif fərdi, kommunikativ, davranış keyfiyyətlərini açır. Bu keyfiyyətlər xüsusi qabiliyyətləri əks etdirir:
- öz fəaliyyətini proqnozlaşdırmaq və onun nəticələrini qabaqcadan görməyi bacarmaq qabiliyyəti;
- öz məqsəd və hərəkətlərini başqalarının məqsəd və hərəkəti ilə əlaqələndirmək qabiliyyəti;
- əməkdaşlıq etmək və əlbir idarə etmək qabiliyyəti və s.
Məktəb direktorunun idarəetmə mədəniyyətinin texnoloji komponenti idarəetmə qaydalarını və priyomlarını özündə birləşdirir. Məktəbdaxili idarəetmənin texnologiyası spesifik pedaqoji vəzifələri həll etməyi nəzərdə tutur. Bu vəzifələrin həlli pedaqoji prosesin təhlili və planlaşdırılması, təşkili, nəzarət və tənzimləmə sahəsində rəhbərin bacarıqlarına əsaslanır.
Müasir təhsil sistemində idarəetmə prosesi, ümumiyyətlə, bütöv bir fəaliyyətin təşkili mürəkkəb sistemdir. Bu mürəkkəbliyi aradan qaldırmağın əsas yollarından biri pedaqoji menecmentin, yəni idarəetmənin prinsiplərinə düzgün əməl etmək və bu prinsiplərdən irəli gələn məsələləri, tələbləri demokratik şəkildə həyata keçirməkdir. Burada ən vacib amil insanın şəxsi ləyaqətinə hörmət edilməli, qarşılıqlı hörmət əsasında inam atmosferi, insanın öz imkanlarını aşkar edə bilmə şəraiti yaradılmalıdır. Bir sözlə, dəstəkləyici mühit təşkil olunmalıdır. Belə olduqdan sonra idarə edən şəxs məqsədlərini həyata keçirib istənilən nəticəni əldə edə bilər. Həmçinin idarəçi kollektiv üzvlərinin həyat tərzini, onların ümumi tələbatlarının nədən ibarət olduğunu bilməli və onların təminatı üçün maraqlı olduğunu özlərinə hiss etdirməlidir. Bəzən işə zərər vurmadan qarşılıqlı güzəştə getməyi bacarmalıdır. Müasir təhsil sistemində idarəetmə prosesinin əsas iştirakçılarından biri də Valideyn-Müəllim Assosiasiyalarıdır. İnkişaf etmiş ölkələrdə, o cümlədən, ABŞ-da bu cür qurumlar fəaliyyət göstərir. Onlar ABŞda ən nüfuzlu, valideynləri birləşdirən bir təşkilatdır. ABŞ modeli olaraq bu model Azərbaycanda da tətbiq olunmağa başlanılıb. Assosiasiyanın əsas məqsədi şəxsiyyətin mənəvi inkişafı, məktəbin maddi-texniki bazasının təkmilləşdirilməsi, tədris-tərbiyə prosesi, təhsil xidmətlərinin siyahısının genişləndirilməsi, həmçinin məktəb işçilərinin, şagirdlərin və tədris prosesinin digər iştirakçılarının təhsil və tədris fəaliyyətinin yaxşılaşdırılması və genişləndirilməsini stimullaşdırmaq, uşaq və gənclərə qayğı göstərmək və onların müdafiəsi üçün müvafiq qanunların hazırlanmasında fəal iştirak etmək, təkliflər vermək və s.-dən ibarətdir. Bu istiqamətdə Dövlət Strategiyasına uyğun olaraq ümumi təhsil məktəblərində pilot layihə kimi reallaşdırılan layihələrdən biri də “Məktəblinin dostu” layihəsidir. Müəllim-şagird-valideyn üçbucağında münasibətlərin daha səmərəli müstəviyə çıxarılması baxımından “Məktəblinin dostu”nun üzərinə mühüm vəzifələr düşür. Son illər ümumi təhsil məktəblərində idarəetmənin təkmilləşdirilməsi baxımından həyata keçirilən layihələrdən biri də məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni mexanizmlərin tətbiqi prosesinin kütləviləşməsi sayıla bilər. Geniş ictimaiyyət və təhsil işçilərinin böyük rəğbətini qazanmış bu layihənin tətbiqi ölkəmizdə ümumi təhsil müəssisələrinin idarəolunmasının modernləşdirilməsinə imkan verəcəkdir. Eyni zamanda təhsil sistemində İKTnin geniş tətbiqi təhsildə idarəetmənin beynəlxalq təcrübəyə uyğunlaşmasına və inteqrasiyaya təkan verəcəkdir. Hesab edirik ki, “Azərbaycan təhsilinin XXI əsrin çağırışlarına cavab verən təhsilimizin gələcək inkişafının “Yol xəritəsi” sayılan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icra mexanizmlərini nəzərdə tutan və dövlət başçısının 19 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş fəaliyyət planı- 91 na uyğun olaraq müasir təhsil sisteminin qurulması sahəsində başlanan məqsədyönlü islahatlar prosesi uğurla başa çatacaq. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə digər sahələrlə yanaşı, “İnsan kapitalının inkişaf etdirilməsi” strateji hədəfində təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi və insan kapitalının inkişafının stimullaşdırılması nəzərdə tutulur.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin