Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə120/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   116   117   118   119   120   121   122   123   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

3.İdarəetmə metodları və üslubları. İdarəetmənin səmərəsi bu prosesdə tətbiq olunan metodlarla bilavasitə sıx bağlıdır. Metod yunanca "methodos" sözündən olub, nəyəsə nail olmaq yolu deməkdir (Pedaqoji ədəbiyyatda metodla yanaşı ərəb sözü olan "üsul" termini də işlədilir). İdarəetmənin metodları dedikdə, qarşıya qoyulmuş məqsədə çatmaq üçün idarəetmə obyektinə edilən təsir yolları, vasitələri başa düşülür. İdarəetmədə bir çox metodlardan istifadə olunur. İdarəçilik fəaliyyətinin miqyasından asılı olaraq idarəetmə metodları iki qrupa bölünür: ümumi və xüsusi metodlar. İdarəetmənin ümumi metodları. Bu metodlar idarəetmə fəaliyyətinin bütün sahələrində tətbiq edilməklə məktəbə rəhbərliyin əsas məqsədlərinə xidmət göstərir. Ümumi metodlar sırasında aşağıdakı metodları qeyd etmək olar: müşahidə, müsahibə, anket sorğusu, nümunə, tələb, ictimai rəy, yoxlama metodları, sənədlərin araşdırılması, statistik təhlil, hesabat və məlumatların dinlənilməsi və s. Bu metodları qısaca nəzərdən keçirək. Müşahidə metodu müəyyən informasiyalar əldə etmək məqsədi ilə hadisə və prosesləri bilavasitə qavramaq metodudur. O, müxtəlif sahələrlə bağlı aparıla bilər: dərslərin, tərbiyə tədbirlərinin, şagird və müəllimlərin davranışlarının, ünsiyyət fəaliyyətinin müşahidəsi və s. Müşahidənin bir neçə növü ayırd edilir: bilavasitə və dolayısı ilə, açıq və gizli, geniş və məhdud müşahidələr. Müşahidə müəyyən pedaqoji vəziyyəti öyrənib düzgün qiymətləndirməyə, idarəetmə işində lazımi düzəlişlər aparmağa imkan verir. Müşahidə metodunun səmərəsi onun düzgün təşkilindən asılıdır. Müşahidə zamanı nəyin, nə məqsədlə izlənəcəyini müəyyən etmək, müvafiq faktlar toplamaq, onları təhlil edib qruplaşdırmaq və nəticə çıxarmaq lazımdır. Müşahidə müəyyən mərhələlərlə aparılır: müşahidə obyektinin müəyyən edilməsi; məqsədin aydınlaşdırılması; müşahidə planının və vasitələrinin müəyyən edilməsi; müşahidə nəticələrinin qeydə alınması; müvafiq faktların təhlili, ümumiləşdirilməsi və nəticə çıxarılması. Müsahibə (söhbət) metodu müəyyən fakt və hadisənin mahiyyətini, səbəblərini, başvermə şəraitini öyrənmək məqsədi ilə aparılan sual-cavab metodudur. O, çox vaxt digər metodlarla (xüsusən müşahidə metodu ilə) əlaqəli aparılır. Məktəb rəhbərləri müsahibə yolu ilə müəllim, şagird və valideynlərin bu və ya digər məsələ ilə bağlı rəylərini, fikirlərini öyrənir və idarəetmə fəaliyyətində onları nəzərə almağa çalışırlar. Müsahibə metodunun düzgün təşkili vacib şərtdir. Müsahibəyə hazırlıq zamanı onun nə məqsədlə, kimlərlə, lıansı suallar əsasında aparılacağı müəyyən edilir. Müsahibə prosesində verilən cavablar dəqiq qeydə alınmalı (və ya lentə yazılmalı), sonra isə ciddi təhlil olunmalıdır. Müsahibənin səmərəsi üçün qarşı tərəflə düzgün ünsiyyət qurulmalı, əlverişli mənəvi-psixoloji mühit, müsbət emosional fon yaradılmalıdır. Müsahibin davranış reaksiyalarına (onun səmimiliyi, sərbəstliyi, doğruluğu və inamlı olmasına) da diqqət yetirilməlidir. Anket sorğusu - bu və ya digər pedaqoji məsələ (problem) barədə ictimai rəyi öyrənmək məqsədi güdən yazılı sorğudur. Belə sorğular məktəb həyatında baş verən ziddiyyətləri üzə çıxarmağa və vaxtında aradan qaldırmağa imkan verir. Sorğunun səmərəsi sualların düzgün (aydın, birmənalı) qoyulmasından asılıdır. İdarəetmə işində yerinə görə həm qapalı (birbaşa cavab tələb edən), həm də açıq (suala sərbəst cavab tələb edən) anketlərdən istifadə etmək olar. Nümunə metodu - idarəetmə fəaliyyətində təsirli vasitələrdən biridir. Məktəb rəhbərlərinin şəxsi nümunəsi pedaqoji prosesin müxtəlif sahələrində (intizam, davranış, dəqiqlik, məsuliyyət, ünsiyyət və s.) müəllim və şagirdlərə düzgün istiqamət verməyə, bir çox dünyagörüşü və əxlaqi ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə xidmət göstərir. Məktəb direktorunun sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı və təsirli olur. Əks halda onun yaxşı sözləri, fikirləri öz təsirini və inandırıcılığını itirə bilər. Tələb metodu - insanları müsbət əməllərə sövq etmək və xoşagəlməz hərəkətlərdən çəkindirmək yolu ilə düzgün davranış təcrübəsi formalaşdırmaq məqsədi güdür. Pedaqoji təsir metodu kimi tələb bir neçə funksiya daşıyır: tələb yolu ilə insanı nəyəsə inandırmaq, düzgün davranışa alışdırmaq, nədənsə çəkindirmək, düz yola qaytarmaq, hər hansı sahəyə stimullaşdırmaq mümkündür. Tələb iki formada verilə bilər: birbaşa və dolayı yolla. Birbaşa tələb əmr, sərəncam, tapşırıq şəklində işgüzar və qəti tonda verilir. Dolayı yolla tələb isə xahiş, məsləhət, eyham, yumor, zarafat, lətifə və atalar sözləri şəklində ola bilər. Yerinə görə hər iki formadan istifadə etmək olar. İctimai rəy metodu - tələbin kollektiv forması olub, müəyyən şəxs və ya hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. Bu metod kollektivin iradəsini əks etdirməklə fəal və təsirli qüvvə kimi çıxış edir. İctimai rəyin ifadə formaları çoxdur: kollektiv üzvlərinin iclaslarda, ictimai tədbirlərdə çıxışları, bu və ya digər məsələnin tənqidi qiymətləndirilməsi ilə bağlı kollektivin birgə qərarı belə formalara daxildir. Kollektivin ictimai rəyi pedaqoji prosesdə sövqedici və mənfi hallardan çəkindirici rol oynaya bilər. Məktəb rəhbərləri kollektivin ictimai rəyinə istinad edərək pedaqoji prosesin səmərəli idarə olunmasında daha yaxşı nəticələrə nail ola bilərlər. Stimullaşdırma metodları - yaxşı hərəkətləri (fəaliyyəti, əməli) möhkəmlətmək, pis hərəkətlərdən (fəaliyyətdən, əməldən) çəkindirmək məqsədi güdür. Buraya rəğbətləndirməyə, cəza, yarış metodları daxildir. Rəğbətləndirmə ayrı-ayrı şəxslərin və ya kollektivin davranış və fəaliyyətinin müsbət qiymətləndirilməsi metodudur. İdarəetmə işində rəğbətləndirmənin müxtəlif növlərindən istifadə olunur: bəyənmək, tərifləmək, şifahi və yazılı təşəkkür vermək, fəxri fərmanla təltif etmək, mükafatlandırmaq, şərəf lövhəsinə və ya kitabına şəklini vurmaq və s. Caza qoyulmuş qaydalara, davranış normalarına zidd əməllərin mənfi qiymətləndirilməsi metodu olub, onların qarşısını almağa xidmət edir. Cəzanın müxtəlif növlərindən istifadə olunur: qəbahəti işçinin nəzərinə çatdırmaq, xəbərdarlıq, danlaq, şifahi və yazılı töhmət, yol verilmiş qəbahəti kollektivdə müzakirə etmək və ictimai tənbeh tətbiq etmək, maddi yardımı kəsmək, işdən azad etmək və s. Rəğbətləndirmə və cəzalandırmanın səmərəsi üçün bəzi şərtləri (tələbləri) gözləmək vacibdir: a) rəğbətləndirmə və cəza ədalətli (yol verilmiş əmələ uyğun) olmalıdır; b)fərdi və mobil olmalıdır (şəraiti, fərdi xüsusiyyətləri, motivləri nəzərə almaq vacibdir); c) humanist səciyyə daşımalıdır: şəxsiyyətə yox, onun əməllərinə qarşı yönəlməli, cəza zamanı şəxsi ləyaqəti alçaltmağa yol verilməməlidir: d) müəyyən hədd gözlənilməlidir (çox tətbiq edildikdə təsirini itirə bilər). Göstərilən şərtlər pozulduqda rəğbətləndirmə və cəza əks təsir göstərə bilər; narazılıqlara, münaqişələrə səbəb olar. Bəzən cəza verməkdənsə, insanı öz vicdanının mühakiməsinə buraxmaq daha səmərəli olur. Böyük Ukrayna pedaqoqu V.A.Suxomlinskinin dediyi kimi, ən yaxşı cəza vicdan cəzasıdır: qoy, insan öz günahını hiss etsin, qəbahətini etiraf etsin; çünki bu, cəza verməkdən daha təsirlidir. Stimullaşdırma vasitələrindən biri də yarış metodudur. Bu metodun sosial-psixoloji əsası ondan ibarətdir ki, hər bir insan sağlam rəqabətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meylli olur. Yarış metodu bu meyli təmin etməyə imkan verir. O, fəallıq və təşəbbüskarlığı artırmağa, işdə irəliləməyə, gerilməni aradan qaldırmağa şərait yaradır. Məktəbdə müxtəlif sahələr (təlim, intizam, davranış, əmək, təmizlik, idman, davamiyyət, bədii və texniki yaradıcılıq, ifaçılıq və s.) üzrə yarışlar, fənn olimpiadaları, müsabiqə və baxışlar keçirilir. Belə yarışlar əhatə dairəsinə görə sinif, məktəb, mikrorayon, rayon (şəhər), respublika və beynəlxalq miqyaslarda keçirilə bilər. Bunlardan əlavə məktəblərdə «İlin ən yaxşı müəllimi», «İlin ən yaxşı məktəbi» müsabiqələri keçirilir, fərqlənənlərə nəzərəçarpan pul mükafatları verilir. Eləcə də vaxtaşırı olaraq müəllimlərin attestasiyası zamanı yaxşı işləyən müəllimlərə «Baş müəllim», «Metodist müəllimi» adları verilir. Belə tədbirlər təhsil işçilərini daha yaxşı işləməyə, təşəbbüs və yaradıcılıq göstərməyə stimullaşdırır. Məktəbi idarəetmə metodları içərisində yoxlama metodları da mühüm yer tutur (Onlar nəzarət metodları da adlanır). Bu metodlar müəyyən bir məsələ üzrə mövcud vəziyyəti, nöqsan və çətinlikləri aşkara çıxarmağa, səhvləri tapıb düzəltməyə, idarəetmə fəaliyyətini tənzimləməyə xidmət edir. Yoxlama metodları çoxdur. Onlar bir neçə qrupa bölünür: şifahi, yazılı, laborator, praktik, maşınlı nəzarət metodları. Şifahi sorğulardan fərdi və frontal sorğular daha çox tətbiq olunur. Yazılı yoxlama metodlarına yoxlama yazı işləri, test yoxlamaları, qrafik yoxlamalar, yazılı imtahanlar və s. daxildir. Məktəbin idarə edilməsində yoxlama məqsədi ilə digər metodlardan da istifadə edilir (müşahidə, müsahibə, məktəb sənədlərinin öyrənilməsi və s.). Müşahidə metodu yoxlanılan obyekt haqqında daha dolğun informasiyalar almaq imkanı verir. Məsələn, dərsdə müşahidə yolu ilə şagirdlərin müstəqilliyi, fəallığı, şüurluluğu haqqında alınan məlumatlar məktəb rəhbərlərində mövcud vəziyyət haqqında düzgün təsəvvür yarada bilər. Sənədlərin araşdırılması metodu da nəzarət məqsədi ilətətbiq edilir. Nəzarət (yoxlama) zamanı müəyyən məsələ üzrə mövcud vəziyyəti aşkara çıxarmaq, faktları dəqiqləşdirmək üçün müxtəlif sənədlərin araşdırılmasına ehtiyac yaranır. Bu yolla dəqiq faktlar, məlumatlar əldə edilir, vəziyyət əsaslı şəkildə qiymətləndirilir. idarəetmə fəaliyyətində sənədlər çoxdur: tədris, kargüzarlıq, maliyyə-təsərrüfat, kadrlarla və şagird kontingenti ilə bağlı sənədlər, ümumməktəb sənədləri, pedaqoji şüranın protokol kitabı, attestatların uçotu kitabı və s. nəzarət baxımından etibarlı mənbə rolunu oynayır. Hesabat və məlumatların dinlənilməsi metodu nəzarət məqsədinə xidmət edən və onun bütün sahələrini (tədris, təşkilati, təsərrüfat-maliyyə, metodik iş və s.) əhatə edən ümumi metodlar qrupuna aiddir. Hesabət və məlumatlar iki növdə olur: ənənəvi və zərurət olduğu hallarda dinlənilən hesabat və məlumatlar. Ənənəvi hesabatlara vəzifəli şəxslərin (məktəb, sinif, metodbirləşmə rəhbərlərinin, valideyn və şagird komitəsi sədrlərinin, məktəb həkiminin, kitabxanaçının və s.) illik hesabatları daxildir. Zərurət olduğu halda dinlənilən hesabat və məlumatlar isə məktəbdə müxtəlif sahələrə cavabdehlik daşıyan, ictimai tapşırıqları icra edən şəxslər, bu və ya digər məsələ üzrə müvəqqəti yaradılmış komissiya tərəfindən də verilə bilər. Belə məlumatlar idarəetmə fəaliyyətində nəzərə almır. Hesabat və məlumatların dinlənilməsi şifahi və yazılı formalarda aparıla bilər. İdarəetmə metodları sırasında statistik təhlil metodu da mühüm yer tutur. Bu metod nəzarət məqsədi ilə müəyyən sahə üzrə vəziyyəti ‘öyrənməyə, faktlar toplamağa və bu əsasda müəyyən nəticələr çıxarmağa imkan verir. Statistik məlumatlar məktəb həyatının bu və ya digər sahəsi ilə bağlı vəziyyəti tənzimləməyə kömək göstərir. Statistik təhlil bütün nəzarət formalarında həyata keçirilir və digər metodlarla əlaqəli şəkildə tətbiq edilir. İdarəetmənin nəzərdən keçirilən ümumi metodlarından əlavə xüsusi metodlardan da istifadə edilir. İdarəetmənin spesifik metodları. Bu metodlar idarəetmə fəaliyyətinin ayrı-ayrı sahələri ilə bağlı tətbiq olunan və onların yüksək səviyyədə təşkilinə kömək göstərən təsir yollan və vasitələridir. Xüsusi metodlara təşkilati - sərəncamverici, hüquqi, psixoloji və sosial idarəetmə metodları daxildir. İdarəetmənin təşkilati-sərəncamverici metodları inzibati xarakterli metodlar olub,təşkiletmə və tənzimləmə funksiyalarının reallaşmasına xidmət göstərir. Bu metodlar idarəetmə işində rəhbər tutulan normativ hüquqi və direktiv sənədlərin tətbiqi ilə bağlıdır. Belə metodlar sırasında nizamlama, normalaşdırma, təlimatlandırma, sərəncam metodları ayırd edilir. Nizamlama metodu təhsilə dair dövlət sənədlərində (Təhsil Qanunu, əsasnamə və nizamnamələrdə) müəyyən olunan müddəalarla bağlı olub, bütövlükdə təhsil sisteminə və ayrılıqda onun elementlərinə birbaşa təsir göstərir. Direktiv sənədlərdə nəzərdə tutalan müddəalar məcburi şəkildə icra olunaraq məktəbin idarə edilməsini nizamlayır. Normalaşdırma metodu məktəb həyatının bu və ya digər sahələri üzrə zəruri normaların və normativlərin tətbiqini nəzərdə tutur. Məktəbdə siniflərin və siniflərdə şagirdlərin miqdarı, vaxt və qiymət normaları, maliyyə-təsərrüfat normativləri və s. bu yolla tənzimlənir. Təlimatlandırma metodu metodik xarakterli təlimat və göstərişlərlə bağlıdır. Metodiki göstəriş və təlimatlar (məsələn, dərsin, tərbiyə işlərinin, təlim və tərbiyə metodlarının tətbiqi haqda təlimatlar), təhsil işçilərinin vəzifə təlimatları bu qəbildəndir. Məktəb həyatının bir çox məsələləri bu yolla tənzim olunur. Sərəncamverici metodlar - məktəbin müxtəlif sahələri üzrə əmr, sərəncam və göştərişlərin, idarəçilik qərarlarının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlıdır. Bu metodlar cari təşkilati iş metodları kimi məktəbin fəaliyyətini operativ tənzim etməyə yönəlir. Onlar, əsasən, əmək intizamını möhkəmlətməyə, işçilərin məsuliyyətini artırmağa xidmət edir. Bu baxımdan həmin metodlar bəzi mənbələrdə intizam metodları kimi müstəqil metodlar qrupunda nəzərdən keçirilir. İdarəetmə metodları içərisində hüquqi metodlar mühüm yer tutur. Bu metodların köməyi ilə hüquqi münasibətlər tənzimlənir. Təhsil müəssisələrində qəbul edilən əmr və sərəncamlar, tərtib edilən bütün sənədlər, verilən göstərişlər, kadrların fəaliyyəti və iş rejimi hüquqi aktlara, qanunvericilik normalarına uyğun olmalıdır. Məktəbin fəaliyyəti bütövlükdə əmək, mülki, təsərrüfat və digər qanunvericilik aktları ilə nizamlanır. Təhsil sistemində idarəetmə metodlarının bir qrupu da sosial-psixoloji metodlardır. Bu metodlar kollektivdə baş verən sosial-psixoloji proseslərə konkret təsir vasitələridir. Onların məqsədi əməkdaşların sosial tələbat və fəallığını təmin etməkdən, əlverişli sosial-psixoloji mühit yaratmaqdan ibarətdir. Sosial idarəetmə metodlarına sosial normalaşdırma, sosial tənzimetmə (nizamlama), mənəvi stimullaşdırma metodları daxildir. Bu metodlar pedaqoji kollektivlərin sosial inkişafında, sosial şəraitinin yaxşılaşdırılmasında öz təsirini göstərir. Psixoloji idarəetmə metodları pedaqoji kollektivlərdə optimal psixoloji mühit yaradılmasına, pedaqoji əməkdaşlığın möhkəmlənməsinə, pedaqoji münasibətlərin tənzimlənməsinə yönəldilir. Bu metodlara aşağıdakı istiqamətlər daxildir: təlim-tərbiyə işinin humanistləşdirilməsi, təhsildə və əməkdə motivasiya yaradılması, kollektivdə tolirantlığın (dözümlülüyün), əlverişli psixoloji iqlimin və sağlam ictimai rəyin yaradılması, rəhbər - tabeçilik münasibətlərinin optimallaşdırılması, münaqişələrin profilaktikası və s. İdarəetmənin nəzərdən keçirilən metodlarının kompleks şəkildə tətbiqi vacib şərtdir. Çünki yalnız bu halda təhsil müəssisələrinin normal fəaliyyətini təmin etmək, qarşıya çıxan məsələlərin (problemlərin) optimal həllinə nail olmaq mümkündür. İdarəetmə metodları rəhbərlik fəaliyyətində, üslubunda öz ifadəsini tapır. İndi də bu məsələni nəzərdən keçirək.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin