5.İdarəetmənin modernləşdirilməsi. Ümumtəhsil məktəblərində idarəetmənin təşkili modelləri. İdarəçilik qərarlarının düzgün hazırlanıb həyata keçirilməsi idarəetmə prosesinin səmərəli təşkilinin vacib şərtidir. Məktəbdaxili idarəetmə prosesinin səmərəsi təkcə yaxşı qərar qəbulu ilə məhdudlaşmır. Burada bütövlükdə pedaqoji kollektivin fəaliyyətinin təşkili, idarəetmə subyekt və obyektlərinin qarşılıqlı münasibətlərinin qurulması da mühüm rol oynayır. Hazırda dünya təhsil təcrübəsində bu istiqamətdə müxtəlif yanaşmalar, idarəetmə modelləri mövcuddur. Bunları qısa şəkildə nəzərdən keçirək.
İdarəetmə prosesinin təşkili modelləri 1. İdarəetmənin xətti təşkili modelində idarəçilik münasibətləri xətti subordinasiya (tabelilik) əsasında qurulur. Məktəbdə həm şaquli, həm də üfüqi məsləhətvermə bölmələri yaradılır. Bu bölmələrə menecerlər başçılıq edirlər. Hər bölmədə cari və ümumi işlər, onların təhlili, planlaşdırılması və daxili nəzarət həyata keçirilir. Direktor müavinləri öz bölümləri daxilində işləri menecerlərin köməyi ilə koordinasiya edirlər. Direktor, əsasən, məktəbin zəruri ehtiyacları - maliyyə-təsərrüfat təchizatı və xarici əlaqələrlə məşğul olur. Qərarların qəbulu direktor və onun müavinləri tərəfindən həyata keçirilir. Məktəb rəhbərləri müəllimlərə ciddi nəzarət etmir; onlara fəaliyyət və seçim müstəqilliyi verilir. Bu modelin üstün cəhəti qərarların operativ qəbulunda, vəzifə və səlahiyyətlərin dəqiq bölgüsündə, məsuliyyət və intizamda özünü göstərir. Zəif cəhəti isə rəsmiyyətçilik və avtoritar iş üslubu ilə, pedaqoji şuranın işinin məhdudlaşması ilə bağlıdır. 2. İdarəetmənin kollegial təşkili modelində idarəçilik münasibətləri üfüqi şəkildə aparılır. Fənn metodbirləşmələrinin rolu artır: onlar strategiyanı hazırlayıb, daxili nəzarətlə həyata keçirirlər. İdarəetmə prosesi müəllim - şagird münasibətlərində əməkdaşlığa əsaslanır. Qərarlar kollegial qəbul olunur, ən mühüm məsələlər razılaşma ilə həll edilir. Qəbul edilmiş qərarlar üçün hər kəs məsuliyyət daşıyır. Bu modelin üstün cəhəti ondadır ki, məsələlər, qərar və planlar daha ciddi hazırlanır, rəhbərliyin subyektiv mövqeyindən və şəxsi keyfiyyətlərindən asılı olmur. Zəif cəhəti isə idarəetmədə vahid rəhbərliyin (təkbaşçılığın) lazımi səviyyədə təmin olunmaması ilə bağlıdır. 3. İdarəetmənin siqment tipli təşkili modelində müəllimə böyük müstəqillik verilir; hərə öz üslubu ilə işləyir, tədrisin forma və metodlarını özü seçir. Direktor bu sahəyə çox qarışmır. Müəllimlər məktəb həyatına aid bütün məsələlərin həllində iştirak edə bilərlər. Müəllim-şagird münasibətləri əməkdaşlıq prinsipi əsasında qurulur. Direktor və müavinləri koordinator funksiyalarını yerinə yetirir, tədris prosesinə nəzarət edirlər. Ən səlahiyyətli qurum pedaqoji şuradır; direktor yalnız kollegial qərarlara əsasən əmr və sərəncamlar verir. Bu model, əsasən, qapalı xarakterlidir, valideynlərlə əlaqə yalnız şagirdlər vasitəsilə həyata keçirilir. Bu modelin üstün cəhəti idarəetmədə kollegiallığa, müəllimlərin müstəqilliyinə və seçim sərbəstliyinə böyük yer verilməsi ilə bağlıdır. Zəif cəhəti isə direktorun müəllimin tədris prosesinə qarışmamasında, məktəb və ailə münasibətlərinin qapalılığmda özünü göstərir. 4. İdarəetmənin matris tipli (proqram-məqsədli) təşkili modelində idarəetmə işləri tabelilik iyerarxiyası baxımından yox, qarşıya qoyulmuş məqsədə çatmaq mövqeyindən təşkil edilib həyata keçirilir. Məktəb üzrə iki əsas bölmə fəaliyyət göstərir: tədris və idarəetmə bölmələri. Hər bölmə öz sahəsi ilə bağlı işləri təşkil edir: təhsil bölməsi, əsasən, fənn metodbirləşmələri şəklində fəaliyyət göstərir. Burada işçi proqramlar, tematik planlar hazırlanır və onların icrasına nəzarət edilir. Təşkilati-idarəetmə bölməsində xüsusi qurumlar (ümumi işlər, peşəyönümü üzrə məsləhətçilər, koordinatorlar, katiblik, maliyyəçilər və s.) yaradılır, bu yolla bütün təşkilatiidarəetmə işləri icra edilir. Bölmələr bir-birilə əlaqəli işləyir. Hər bölmədə birillik komandalar təşkil edilir (hər sinfin, fənnin nümayəndələri daxil olmaqla). Hər komandaya direktor müavinlərinin rəhbərliyi ilə işləyən orta menecerlər başçılıq edir. Hər iki bölməyə ümumi rəhbərlik və nəzarəti direktor və müavinlərdən, aparıcı bölmə rəhbərlərindən ibarət olan menecer komandası həyata keçirir. Bu komandaya direktor rəhbərlik edir. Bu modulun üstün cəhəti ondadır ki, bütün fəaliyyət qarşıya qoyulmuş məqsədə yönəlir, cari idarəetmə və nəzarət daha çevik olur, bölmələrə daha çox müstəqillik (nisbi muxtariyyət) verilir və s. Onun zəif cəhəti konkret sahələrdə çalışmaq üçün yüksək hazırlıqlı mütəxəssis-kadrların seçilib yerləşdirjlməsindəki çətinliklərə bağlıdır. 5.İdarəetmənin modul tipli təşkili modelində məktəb işinin müxtəlif sahələri üzrə (təşkilati, fənn mctodbirləşmələri, strateji iş, işçi layihələri qrupu, məsləhətçilər, peşəyönümü, idarəetmə, maliyyə bölmələri) 6-10 nəfərlik kiçik komandalar yaradılır. Komandalar öz işlərində müstəqil olmaqla bir neçə il fəaliyyət göstərir. Bir müəllim 2-3 komandada çalışa bilər. Hər komandada bir nəfər menecer rolunda çıxış edir. Onun vəzifələri əks əlaqə yaratmaqdan, müəllimlərin şəxsi təhsilinin inkişafına qayğı göstərməkdən və işləri koordinasiya etməkdən ibarətdir. Bu modeldə daxili nəzarət daha fəaldır, treninqlər keçirilir, ümumiləşdirmələr aparılır, nəticələr çıxarılır. Bu modelin üstün cəhəti məktəb həyatının hər bir sahəsi üzrə işlərə daha ciddi yanaşılması, müəllimlərin fəallığının artırılması, nəzarətin və müstəqilliyin fərdiləşdirilməsi ilə bağlıdır. Zəifcəhəti isə çox müxtəlif bölmələr arasında koordinasiya işinin çətinliyində, idarəetmədə vahid rəhbərliyin zəif təmin olunmasında, əməkdaşlarda ikili tabeliliyə meylin yaranmasında özünü göstərir. Göründüyü kimi, məktəbdaxili idarəetmə prosesinin müxtəlif təşkili modellərinin hər birinin özünəməxsus üstün və zəif cəhətləri vardır. Buna görə də qarşıya qoyulmuş məqsəddən, şəraitdən və imkanlardan çıxış edərək yerinə görə optimal idarəetmə modeli seçilib tətbiq edilməlidir. Zərurət olduqda onların kombinasiyasından istifadə edilə bilər. İdarəetmənin səmərili təşkili idarəçilik sisteminə və pedaqoji prosesin düzgün qurulmasına güclü təsir göstərir.
Təhsilin idarə olunmasının modellərinə aşağıdakılar aiddir: