Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə121/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

İdarəetmədə rəhbərlik üslubları. Hər bir fəaliyyətdə şəxsiyyətin fərdi xüsusiyyətlərinin məcmusu, yəni üslubu özünü göstərir. Bu üslub fəaliyyətin özünəməxsus fərdi çalarlarla icrasını şərtləndirir. Fəaliyyət üslubu müxtəlif sahələrdə - şəxsiyyətin dinamik funksional strukturunda (məsələn, temperamentdə), fəaliyyət motivlərində, adət şəklinə düşmüş ünsiyyət və rəhbərlik formalarında ifadə olunur. Sonuncu meyara görə, rəhbərliyin üç əsas üslub tipi fərqləndirilir: avtoritar, demokratik və liberal rəhbərlik üslubları. Avtoritar rəhbərlik üslubu - rəhbərin nüfuzuna əsaslanan üslub tipidir. Əgər rəhbərlik idarəetmənin sırf iradi priyomlarına əsaslanarsa və vəzifədən (hakimiyyətdən) sui-istifadə etməkdə ifadə olunarsa, bu halda avtoritar üslub inzibati-amirlik üslubuna çevrilir. Bu isə kor-koranə tabeçiliyə, itaətə və rəhbərin i radəsinin həyata keçirilməsinə əsaslanır («Mən deyən olmalıdır»). Bu halda insana (şagirdə, işçiyə) sadəcə obyekt kimi - itaətkar icraçı kimi baxılır: onun rəyi, maraq və mənafeyi nəzərə alınmır. Avtoritar üslubun əsas vasitələri əmr, tələb, qadağan və cəzadır. Bu üslubda rəhbər qarşı tərəfə «yuxarıdan aşağı» baxır, hər xürda şeyə sərt re28 29 aksiya verir, qadağan və qorxuya, bəzən, təhqirə əl atır. Belə üslub pedaqoji ünsiyyəti çətinləşdirir, bəzən itaətsizlik, müqavimət və münaqişələr doğurur. Demokratik rəhbərlik üslubu - əməkdaşlığa əsaslanan üslubdur. O, qarşılıqlı hörmət, humanizm, bərabərlik, ədalət prinsipləri üzərində qurulur. Bu üslubda insana təlim-tərbiyə prosesinin fəal iştirakçısı - subyekti kimi baxılır: onun rəyi, mövqeyi, mənafeyi, bəzən də arzuları nəzərə alınır. Rəhbər işçi öz tələblərini məcburi şəkildə, zorla qəbul etdirmir; qarşı təfəfi inandırmağa çalışır. Nəticədə onun tələbi şüurlu şəkildə dərk edilir və könüllü qəbul olunur. Demokratik üslubun əsas vasitələrini inandırma, xahiş, məsləhət təşkil edir. Məktəb rəhbərləri qərar qəbul edərkən kollektivlə, fəallarla məsləhətləşir, yeri gəldikdə güzəştə gedirlər. Bu üslbda qeyrirəsmi ünsiyyət formasına, dolayı təsir pryomlarına geniş yer verilir. Demokratik üslub normal ünsiyyət qurmağa, sağlam sosial-psixoloji mühit yaratmağa, insanın şəxsi ləyaqət hissini qorumağa, rəhbər işçinin nüfuzunu yüksəltməyə və başlıcası, səmərəli idarəetməyə imkan verir. Liberal rəhbərlik üslubu - ünsiyyətdə səhlənkarlığa, laqeydliyə əsaslanan üslubdur: rəhbər işçi heç nəyə qarışmır, məsələlərə formal yanaşır, məsuliyyətdən kənar olmağa çalışır. Bu isə normal pedaqoji prosesə və bütövlükdə idarəetmənin səmərə və keyfiyyətinə mənfi təsir göstərir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin