Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə129/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   131
Pedaqogika 1 Mühazirələr son variant

Statistik təhlil metodu, demək olar ki, bütün nəzarət metodlarının tərkib hissəsi, onların yekun mərhələsi kimi çıxış edir. Yəni məktəb rəhbərləri istər müşahidə, istər müsahibə, istər sənədlərin araşdırılmasından əldə edilən faktları ümumiləşdirib yekun nəticə çıxarmaq üçün ststistik təhlil metoduna müraciətə ehtiyac duyur. Lakin statistik metoddan məktəbdaxili nəzarətdə müstəqil metod kimi də istifadə olunur. Məsələn, məktəb üzrə təlim müvəffəqiyyətinin ümumi mənzərəsini müəyyən etmək üçün sinif rəhbərlərinin təqdim etdikləri yarımillik ststistik hesabatlar məhz məktəb rəhbərlərinin istinad etdiyi ststistik təhlil metodu rolunu oynayır.
Hesabat və məlumatların dinlənilməsi metodu ststistik təhlil metodunun rolunu oynamaqdan başqa, məktəbdaxili nəzarətdə müstəqil bir metod kimi də çox geniş istifadə olunur. Dərs ili ərzində pedaqoji Şura, direktoryanı müşavirə, istehsalat müşavirəsi və s. kollegial idarəetmə mərkəzlərində təlim-tərbiyə işinin konkret məsələləri ilə bağlı sinif rəhbərləri, müəllim və tərbiyəçilərin yarımillik və illik hesabat və məlumatlarının dinlənilməsi həqiqətən təsirli nəzarət rolunu oynayır. Məktəb rəhbərləri hesabat və məlumatların dinlənilməsinin şifahi formasından istifadə etdikləri kimi, onların yazılı variantlarından nəzarət metodu kimi geniş istifadə edirlər.
Sənədlərin araşdırılması. Bu metodun məktəbdaxili nəzarətdəki rol və əhəmiyyətini aydın təsəvvür etmək üçün əvvəlcə məktəbdaxili nəzarət xətti ilə araşdırılması zəruri olan sənədlərin nələrdən ibarət olduğunu bilmək lazımdır.
Məktəbdaxili nəzarətin əhatə etdiyi sənədlər aşağıdakı qruplara ayrılır:
1.Ümumi məktəb sənədləri.
Ümumi məktəb sənədləri də üç kateqoriyaya bölünür:

  1. Tədris-pedaqoji sənədlər (şagirdlərin şəxsi işləri, sinif jurnalları və s. );

  2. kargüzarlıq sənədləri (qəbul edilmiş və göndərilmiş məktublar və s. );

  3. maliyyə-təsərrüfat sənədləri (məktəbin texniki pasportu, avadanlıqların uçot kitabı və s.)

Müəllimlər və digər pedaqoji işçilərə aid sənədlərə daxildir:

  1. müəllim və digər pedaqoji işçilərin iş planları, o cümlədən perspektiv, cari və operativ planlar, gündəlik planlar, təqvim planı və s.

  2. müəllim və digər pedaqoji işçilərin fəaliyyəti ilə bağlı sənədlər. Həmin sənədlər sırasına direktoryanı müşavirə, metodbirləşmə, fənn komissiyaları və s. sənədlər daxil edilir.


  3. Yüklə 0,82 Mb.

    Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin