Şagirdlərə aid olan sənədlər :
a)Bilavasitə şagirdlərin özləri tərəfindən hazırlanan sənədlər – məktəbli kitabçaları, ev tapşırığı dəftərləri, sinif yoxlama yazı dəftərləri, müxtəlif dərnəklərdə və ya tədbirlərdə olunmuş məruzə və referatorların mətnləri, şagirdlər tərəfindən tərtib edilmiş müxtəlif iş planları
b)Şagirdlərin fəaliyyətini əks etdirən sənədlər – sinif yığıncaqlarının protokolları, divar qəzetlərinin nüsxələri, müxtəlif yarışların yekunlarını əks etdirən cədvəl və lövhələr, şagirdlərin və şagird qruplarının qazandıqları fəxri fərman və təşəkkürlər və s.
Valideynlərə aid sənədlərə isə məktəb valideyn komitəsinin, sinif valideyn komitəsinin, valideyn universitetlərinin, iş planları, yığıncaqların fotokollajı daxildir.
Bütün bu səpgidə olan sənədlərin araşdırılması məktəbdaxili nəzarətin əsas metodlarından biri sayılır. Bu sənədlərin araşdırılması məktəb rəhbərləri üçün elə mühüm informasiya mənbəyidir ki, bunun vasitəsilə onlar məktəb işinin bu və ya digər sənədlərində özünü göstərən nöqsan və çatışmazlıqları vaxtında müəyyən edib aradan qaldırmağa imkan yaradır.
Xüsusi metodlar məktəbdaxili nəzarət çərçivəsindən kənara çıxmayan, əsasən daxili nəzarəti əhatə edən metodlara deyilir. Belə metodlara misal olaraq: direktor yazı işlərinin aparılmasını, növbətçi hesabatlarının (istər məktəb, istərsə də siniflər üzrə) təhlili, cari tapşırıqlar üzrə hesabatların dinlənilməsi, müəllim və şagirdlərin davranışı, müşahidə, şagird gündəliklərinin nəzərdən keçirilməsi, təlimin texniki vəsaitlərinin köməyi ilə dərsə və tərbiyəvi tədbirlərə nəzarət və başqalarını göstərmək olar. Doğrudur, bu metodlardan bir qismində ( məsələn, deyək ki, dərs dinləmədə) kənar nəzarət, inspektor nəzarəti də tətbiq olunur, lakin bu, inspektor nəzarətinin qarşısında qoyulan əsas vəzifənin həyata keçirilməsində vasitə kimi istifadə olunur.
Spesifik metodlar məktəb işinin ayrı-ayrı konkret sahələrində real vəziyyəti aydınlaşdırmağa xidmət edir. Belə spesifik məktəbdaxili nəzarət metodlarına başlıca olaraq aşağıdakılar aid edilir: frontal sorğu, fərdi sorğu, kombinəedilmiş sorğu, kartinkalar üzərində iş, perfokar üzrə yoxlama, test üsulunun tətbiqi və s. Spesifik nəzarət metodları adlandırılan həmin metodların ən səmərəli tətbiq yolu onlardan sintez şəklində, qarşılıqlı əlaqədə istifadə olunmasıdır. Çünki istər-istəməz həmin metodların birinin tətbiqi zamanı digərinə əl atmaq zəruri olur. 4.Məktəb sənədlərinin aparılması və saxlanması haqqında
Mövcud təlimata əsasən, məktəb sənədləri iki qrupa bölünür:
Tədris-pedaqoji sənədlər.
Maliyyə-təsərrüfat sənədləri
1.Tədris-pedaqoji sənədlər bunlardan:
-şagirdlərin şəxsi işi;
-sinif jurnalı;
-fakultativ məşğələlərin jurnalı;
-günüuzadılmış qrup jurnalı;
-orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı;
-əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı;
-pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı;
-məktəbin pedaqoji şurasının protokolu kitabı;
-məktəb şurasının protokolu kitabı;
-buraxılan və əvəz edilən dərslərin uçotu kitabı.
Bütün bu tədris-pedaqoji sənədlərinin hər birinin öz aparılma (işlənmə) qaydası və saxlanma müddəti vardır ki, həmin qaydaların gözlənilmədiyi şəraitdə məktəbin maliyyə-təsərrüfat fəaliyyətinə normal rəhbərlikdən söhbət gedə bilməz. Çünki sənədlər də dolayısı yolla maliyyə və təsərrüfat fəaliyyəti ilə maddi məsuliyyətlə bağlı olan sənədlərdir.Ona görə də bu sənədlərin işlənməsi və saxlanmasının məlumata uyğunluğuna ciddi diqqət yetirmək lazımdır.
Məktəbin tədris-pedaqoji sənədlərini saxlanma müddətinə görə, əsasən, iki qrupa bölünür: 1) daimi saxlanılan sənədlər; 2) qısa müddətə (beş və ya üç il müddətinə) saxlanılan sənədlər.
Məktəbdə daimi saxlanmalı olan tədris-pedaqoji sənədlər aşağıdakılar hesab olunur:
2)əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı;
3) pedaqoji işçilərin şəxsi heyətinin uçotu kitabı;
4)məktəbin pedaqoji şurasının protokolu kitabı;
5) məktəb şurasının protokolu kitabı;
6) məktəbin əmr kitabı;
7) buraxılmış və əvəz olunmuş dərslərin uçotu kitabı.
2.Məktəbin maliyyə-təsərrüfat sənədləri sırasına isə aşağıdakılar daxildir:
-məktəbin texniki pasportu;
-əsas vəsaitlərin invertar siyahısı;
-materialların anbar uçotu kitabı;
-məktəbin kitabxana fondunun invertar kitabı;
-müəssisənin ehtiyatı üçün materialların verilməsi cədvəli;
-istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli.
Həmin maliyyə-təsərrüfat sənədlərinin hansı məqsədə xidmət etdiyini qısa şəkildə belə izah etmək olar:
Dostları ilə paylaş: |