Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə128/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   123   124   125   126   127   128   129   130   131
Pedaqogika 1 Mühazirələr son variant

Ümumi metodlarqrupuna həm məktəbdaxili nəzarətin bütün sahələrini, həm də məktəbdənxaric inspektor nəzarətini əhatə edən aşağıdakı metodlar daxildir: müşahidə, müsahibə, anketləşdirmə, statistik təhlil, hesabat və məlumatların dinlənilməsi və sənədlərin araşdırılması.
Müşahidəmetodu məktəbdaxili nəzarətin ən çevik metodlarından biridir. Məktəbdaxili nəzarətdə tətbiq olunan müşahidə metodu dərslərin müşahidəsi, dərnək məşğələlərinin müşahidəsi, sinif saatlarının müşahidəsini əhatə edir. İşlənmə yerinə görə müşahidə metodu nəzarətçinin müvafiq qeydlər aparmasını və ya da müşahidə qənaətlərini öz yaddaşında saxlamasını tələb edir. Lakin hər iki halda müşahidədən əldə edilən faktlar məktəb rəhbərinə bu və ya digər idarəetmə sahəsində işi canlandırmaq üçün müvafiq tədbir görməyə əsas verir.
Müsahibə də məktəbdaxili nəzarətin ən çox yayılmış metodlardan hesab olunur. Müsahibə metodu əsasən məktəb rəhbərlərinin öz müavinləri, müəllim və tərbiyəçilər, sinif rəhbərləri, valideynlər və həmçinin şagirdlərlə müxtəlif məqsədlə apardığı dialoq-söhbət nəzərdə tutulur. Bu metoddan istifadə etməklə məktəb rəhbərləri tərbiyə işinin bu və ya digər sahəsi, işçilərin fəaliyyət səviyyəsi və s. haqqında müvafiq informasiyalar toplamaqla ehtiyac duyulan sahələrdə əməli tədbirlər görmək üçün lazımi əsaslar əldə etmək imkanı qazanır. Məktəb rəhbərləri öz nəzarət ilində bu metoddan nə qədər geniş istifadə edərsə, idarənin fəaliyyəti bir o qədər müvəffəq olar.
Müsahibə metodu müstəsna nəzarət metodu kimi tətbiq edilməklə bərabər, həm də müşahidə metodu ilə paralel və qarşılıqlı şəkildə də tətbiq edilir.
Anketləşdirmə və statistik təhlil metodu.Bu metodlardan birincisi anketləşdirmə, əsasən, idarəetmənin bu və ya digər sahəsində mövcud vəzziyyəti müəyyənləşdirmək lazım gələndə tətbiq olunur.Həm də digər nəzarət metodlarına nisbətən az istifadə olunur. Lakin məhdud istifadə olunmasına baxmayaraq, anketləşdirmə, anket metodu məktəb rəhbərlərinə bu və ya digər sahədə işin vəziyyəti haqqında müəllim, tərbiyəçi, şagird və valideynlərdən daha dəqiq informasiya əldə etmələri və məsələlərə daha obyektiv qiymət verə bilməkdə kömək edir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin