Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Məktəbdaxili idarəetmənin təşkili və tənzimlənməsi mexanizmi



Yüklə 0,82 Mb.
səhifə122/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

4.Məktəbdaxili idarəetmənin təşkili və tənzimlənməsi mexanizmi
Məktəbdaxili idarəetmənin təşkili və tənzimlənməsi pedaqoji prosesin idarə edilməsinin əsas pillələri rolunu oynayır. İdarəetmə planının həyata keçirilməsi və bütövlükdə idarəetmənin nəticəsi bu pillələrin düzgün həyata keçirilməsindən asılıdır. İdarəetmənin təşkili prosesinin quruluşu mürəkkəbdir. Onun struktur ünsürlərinə müxtəlif konkret işlər (əməliyyatlar) daxildir: planın icra ardıcıllığı müəyyən edilir; onun yerinə yetirilməsində idarəetmə sistemi həlqələrinin iştirak qaydası və vəzifə səlahiyyətləri dəqiqləşdirilir; onlar arasında qarşılıqlı münasibətlər yaradılır; görüləcək işlərin bölgüsü aparılır; əməkdaşların birgə hərəkətləri təşkil edilir və istiqamətləndirilir; onların fəaliyyəti stimullaşdırılır. Bunlarla yanaşı təşkilati işin gedişində zəruri informasiyalar toplanır, şəraitdən asılı olaraq işin icra qaydası və metodları seçilib tətbiq olunur. Məktəbin idarə edilməsində təşkilatçılıq işi müəyyən mərhələlərlə həyata keçirilir. Pedaqoji ədəbiyyatda bununla bağlı üç mərhələ qeyd edilir: / mərhələdə hazırlıq işləri görülür. Bu məqsədlə müvafıq təşkilatçılıq tədbirləri həyata keçirilir: planın icrası yolları müəyyələşdirilir; müvafiq işçi proqramı hazırlanır və kollektivdə müzakirə olunur; planın icrasına bilavasitə rəhbərlik edəcək qurum (işçi qrupu, məsul şəxslər) müəyyənləşdirilir; kollektivdə müsbət mənəvi-psixoloji iqlimin yaradılması təmin olunur.
IImərhələdə müəyyən edilmiş proqramın yerinə yetirilməsi üzrə təşkilatçılıq işi aparılır. Bu məqsədlə pedaqoji kollektiv səfərbərliyə almır, işin icrası üçün əlverişli şərait yaradılır. Pedaqoji ədəbiyyatda (R.Cabbarov və b.) təşkiletmə funksiyasının həyata keçirilməsi ilə bağlı bir sıra təşkilatı tədbirlər qeyd edilir: işin təşkilinə dair iştirakçılar təlimatlandırılır; səmərəli metod və formalar seçilib tətbiq edilir; iştirakçıların fəaliyyəti əlaqələndirilir; onların yaradıcılıq və təşəbbüskarlığı üçün şərait yaradılır; iş icraçılarının əməyi stimullaşdırılır; ehtiyat imkanlar və resurslar tapılıb tətbiq edilir; müəllim, valideyn və şagird fəalları planın icrasına cəlb edilir; ictimai təşkilatların və özünüidarə orqanlarının fəal iştirakı təmin olunur və s. Təşkiletmənin səmərəsi iştirakçılar (idarəetmə subyekt və obyektləri) arasında qarşılıqlı münasibətlərin təmin olunmasından, əlverişli şəraitin yaradılmasından və işə səriştəli rəhbərlikdən çox asılıdır.
III mərhələdə görülən işlər təhlil edilib yekunlaşdırılır və qiymətləndirilir. Fəaliyyət nəticələrinin təhlili və qiymətləndirilməsində kollektivin, ictimai təşkilatların fəal iştirakı, nəticələrin aşkarlıq şəraitində müəyyən edilməsi səmərəli idarəetmə baxımından böyük əhəmiyyətə malikdir. Təşkiletmə funksiyasının yüksək səviyyədə həyata keçirilməsində məktəb rəhbərlərinin təşkilatçılıq qabiliyyəti mühüm rol oynayır. Bu qabiliyyət mürəkkəb psixoloji quruluşa malik olub bir çox keyfiyyətləri özündə birləşdirir: iinsiyyət qabiliyyəti, təşəbbüskarlıq, özünə və başqalarına qarşı tələbkarlıq, pedaqoji takt (ölçü hissi), özünüələalma, təkidlilik, tənqidilik və s.
Hər bir rəhbər işçi, o cümlədən məktəb direktoru bu vacib keyfiyyət və qabiliyyətlərə yiyələnməklə təşkiletmə fəaliyyətini yüksək səviyyədə yerinə yetirə bilər. İdarəetmə prosesinin təşkilində idarəçilik qərarlarının hazırlanması, qəbulu və həyata keçirilməsi mühüm yer tutur. İdarəçilik qərarlarının (əmrlərinin) hazırlanması, qəbulu və reallaşdırılması. İdarəçilik işinin səmərəsi idarəetmənin bütün səviyyələrində qəbul edilən qərarların keyfiyyətindən və vaxtında qəbul edilməsindən çox asılıdır. İdarəçilik qərarı idarəetmənin məqsəd və proqramını əks etdirir. Qərar - qarşıya qoyulmuş məqsədə nail olmaq üçün sistem əməkdaşlarının birgə hərəkətlərinin təşkili, istiqamətləndirilməsi və stimullaşdırılmasına yönələn direktiv aktdır. İdarəçilik qərarları məzmununa, müddətinə görə çox müxtəlifdir. Onlar bir neçə əsasa görə təsnif edilir, a) təsir qüvvəsinin müddəti və aktuallığına görə: strateji, operativ və taktiki qərarlar; b) məzmununa görə: inzibati, iqtisadi və əxlaqi xarakterli qərarlar; c) reallaşma xarakterinə görə: direktiv və tövsiyə xarakterli qərarlar; d)formasına görə: yazılı və şifahi qərarlar (sərəncamlar). Qərarların səmərəli və təsirli olması üçün onlara bir sıra tələblər verilir: qərar qanunvericiliyə uyğun, obyektiv, operativ, optimal, konkret və çevik olmalıdır. İlk iki tələb qərarın qanuna müvafiq olması və real vəziyyəti düzgün əks etdirməsi ilə bağlıdır. Optimallıq - qərarın qəbul edildiyi konkret vəziyyətə uyğun olmasında; operativlik qərarın vaxtında qəbul edilməsində, yubadılmamasında; konkretlik - vəzifələrin dəqiq göstərilməsində, çeviklik isə gözlənilməz halların nəzərə alınmasında ifadə olunur. Qərarın hazırlanması və qəbulu prosesi müəyyən əməliyyatlarla həyata keçirilir: toplanan informmasiyalar əsasında mövcud şərait təhlil edilir; problem müəyyən olunur; onun həlli yolları araşdırılır; məqsəd və vəzifələr müəyyənləşdirilir; qərar variantları hazırlanır və ən yaxşı variant seçilir; qərar qəbul edilir və icraya yönəldilir. Qərarın reallaşdırılması da müəyyən əməliyyatların ardıcıllığına əsaslanır: qərarın həyata keçirilməsi mərhələləri, müddətləri və icraçıları müəyyən olunur; qərarın icrası üzrə təşkilati işlər həyata keçirilir; onun icrasının gedişinə nəzarət edilir; əldə edilmiş nəticələrin uçotu aparılır; qərarın tam icrasının yekun təhlili verilir. Qərarın qəbul edilməsində nə yubanmaya, nə də tələskənliyə yol vermək olmaz. Birinci hal yaranmış vəziyyətin (problemin) həllinin uzanmasına, ikinci hal isə tələskənlik əsasında yaxşı düşünülməmiş qərar qəbuluna (neqativ nəticələrə) gətirib çıxara bilər.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin