3. Məktəblə ictimayyətin əlaqə formaları. Məktəblə valideyinlərin və ictimaiyyətlə əlaqə formalarının bəzilərini aşağıdakı kimi qeyd etmək olar: 1. Məktəbin ailə ilə fərdi əlaqə formalarından biri də “ Valideyn gün-ləri”nin keçirilməsidir. Adətən, ildə bir neçə dəfə rüblər arasında keçilən bu günlərdə bütün müəllimlər müəyyən olunmuş vaxtda məktəbdə olurlar. Hər müəllim onun üçün ayrılmış otaqda valideynləri qəbul edib, onlara ayrılıqda məsləhət verir. Hansı müəllimin hansı sinifdə məsləhət verdiyi məktəbin girəcəyində (və ya müəllimlər otağının qapısında) vurulan ümumi siyahıda yazılır. Hər otağın qapısında isə müəllimin adı, soyadı, hansı fəndən, hansı sinifdə dərs deməsi haqqında yazılı məlumat vurulur.
Valideyn günləri valideyinlərin istədikləri müəllimlərlə görüşünü keçirmək üçün çox əlverişlidir. Valideyn məktəbə bir dəfə gəlməklə övladına dərs deyən bütün müəllimlərlə görüşməyə imkan tapır. Bu görüş zamanı valideynlər övladının təlim-tərbiyəsi üzrə onu maraqlandıran məsələləri müəllimlərdən öyrənir, uşağın tərbiyəsi üçün vahid hərəkət xətti müəyyənləşdirilir.
Bir çox məktəblərdə valideyn günləri maraqlı fomalarda keçirilir; valideynlər müəllimlərdən məsləhət almaqdan əlavə, mühazirə və söhbətlərə qulaq asır, kinofilimlərə baxır, şagirdlərin əl işləri və yeni pedaqoji ədəbiyyatla tanış olur, ailə tərbiyyəsinə aid təcrübə mübadiləsi edirlər.
Göyçay şəhər 3 nömrəli məktəbdə valideyn günü hər rübün sonunda keçirilir. Adətən, müəllimlərlə fərdi söhbətdən qabaq bütün valideynlər üçün ailə tərbiyəsi mövzusunda mühazirə və ya söhbət keçirilir, hansı gün, hansı mövzuda və kim tərəfindən mühazirə oxunacağı ilin əvvəlində tərtib olunan məktəbin ümumi iş planında qeyd olunur. Bu mövzular müxtəlifdir:
“Məktəblə ailənin six əlaqəsi uşaqların düzgün tərbiyəsinin əsas şərtidir ”.
“Ailədə uşaqların təliminə necə rəhbərlik etməli”.
“Ailədə uşaqların intizam tərbiyəsi ”.
“Ailədə uşaqları məişət əməyinə necə cəlb etməli ”.
“Valideynin şəxsi nümunəsi - tərbiyə işində əsas şərtdir ”.
“Uşaqların estetik və fiziki tərbiyəsi sahəsində valideynlərin vəsifələri ”.
Hər valideyn günündə valideynlər çox da böyük olmayan (15-20 dəqiqəlik) 1-2 mühazirə və ya söhbəti dinləyir, onları maraqlandıran məsələlər üzrə mühazirəçiyə suallar verirlər. Məktəbdə keçirilən son müəllimlər günündə məktəbin riyaziyyat müəllimi İ.Orucova “Valideyinlərin məktəbə köməyi”, sinif müəllimi E.Həmzəyeva isə “Şagirdlərin nitq inkişafında valideynlərin vəzifələri “mövzusunda maraqlı mühazirə söyləmişlər”.
2. Sinif valideyn yığıncağının səmərəli təşkili üçün ona ciddi hazırlaşmaq tələb olunur. Bu hazırlıq, hər şeydən əvvəl, sinifdəki şagirdlərin təlim-tərbiyə göstəricilərini ətraflı təhlil etməyi, ayrı-ayrı şagirdlərin ailə şəraitini, ailədə tərbiyə işlərinin qoyuluşunu öyrənməyi nəzərdə tutur. Qabaqcıl sinif rəhbərləri valideyn iclasından əvvəl sinifdə dərs deyən fənn müəllimlərini və sinif valideyn komitəsi üzvlərini toplayıb, qarşıdakı yığıncağın gündəliyini müəyyən edir, onların qüvvəsi ilə ailə həyatından faktlar toplayırlar.
3. Məktəbin valideyinlərlə kollektiv formalarından olan ümumməktəb valideyn yığıncaqları məktəbin əksər valideynlərini əhatə etməklə, ildə 2-3 dəfə (ilin əvvəlində, ortası və sonunda) keçirilir. Bu yığıncaqlarda, adətən, bütün siniflərdə oxuyan şagirdlərin valideynlərini eyni dərəcədə maraqlandıran məsələlər müzakirə edilir. Ümumməktəb yığıncaqlarında valideynləri sovet məktəbinin həyatındakı hadisələrlə, həmin məktəbin işi ilə, onun müvəffəqiyyət və nöqsanları, qarşıda duran vəzifələri ilə tanış etmək imkanı əldə edilir.
1. Keçən dərs ilinin yekunları və yeni dərs ilində məktəb və ailənin vəzifələri.
2. Məktəb valideyn komitəsinin hesabatı və yeni komitənin seçilməsi.
3. Bədii hissə.
Birinci məsələ üzrə məktəbin direktoru yığcam məruzə etdi. O, məruzəsində yeni tədris proqramlarının krukulum tətbiqi, bu sahədə məktəbin və valideynlərin vəzifələri üzərində geniş dayandı. Çıxış edən sinif müəllimlərindən Ş.Əlizadə, N.Laçınov 1 sinifdə yeni proqramların xüsusiyyətləri ilə valideynləri tanış etdilər. Müzakirə olunan məsələlər ətrafında 7 valideyn çixiş etdi. Yığıncağın sonunda valideynlər məktəb şagird bədii özfəaliyyət konsertini dinlədilər. Onlar məktəbdən razılıq hissi ilə getdilər.
Məktəbdə sonrakı ümumvalideyn yığıncaqları aşağıdkı məsələlərə həsr edilmişdir:
“İkinci rübün yekunları və şagirdlərin qış tətilinin səmərəli təşkili ”.
“Ümumi icbari təhsil qanununun yerinə yetirilməsində valideynlərin vəzifələri”.
“Valideynin şəxsi nümunəsi - tərbiyə işində mühüm amildir ”.
“Üçüncü rübün yekunları və imtahanlara hazırlıq dövrə imtahanlara hazırlıq dövründə valideynlərin vəzifələri”.
Məktəbdə ümumi valideyn yığıncaqlarının keçirilməsinə geniş hazırlıq işləri görülür: şagirdlərin əl işləri və dəftərlərindən ibarət sərgi düzəldilir, şagirdlərin özfəaliyyət müsamirələri təşkil edilir, məktəb kitabxanası valideyn güşəsi düzəldir, bəzən isə xüsusi qazet buraxılır.
4. Valideyn universtetləri, adətən, valideyn fəalları əhatə edir və onları sistematik pedaqoji biliklərlə silahlandirmaq məqsədini daşıyır. Bu yolla fəal valideynlərin sayını artırmaq, onların vasitəsi ilə digər ailələrə pedaqoji təsiri həyata keçirmək mümkündür.
5. Pedaqoji lektoriyalar fəhlə, qulluqçular və şirkətlər üçün müəssilərdə təşkil edilir və ailə tərbiyəsinin ən mühüm məsələlərinə həsr olunur. Valideyn universitetlərindən fərqli olaraq, pedaqoji lektoriyalar epizodik xarakter daşıyır. Bəzi yerlərdə lektoriyalar vlideyn universitetinin tərkib hissəsi kimi fəaliyyət göstərir və daimi xarakter daşıyır. Belə lektoriyalar vastəsi ilə müəssisələrdə valideyinlər üçün müntəzəm mühazirələr oxunur və s.
Məktəbin ictimaiyyətlə digər əlaqə formaları.
1. Məktəb, məktəbin gənglər və uşaq təşkilatları. Valideyn komitəsi.
2. Rayon icrakomları yanında yeniyetmələrlə iş üzrə komissiya.
3. Mənzil – istismar idarələri nəzdində tərbiyəçi – təşkilatçılar
4. Mənzil – istismar idarələri nəzdində valideyn komitələri.
5. Məhəllə komitələri nəzdində valideyn komitələri.
6. Şirkətlərin yerli komitələri nəzdində uşaqların yaşayış yerində iş aparan kommissiyalar.
7. Rayon Pilis İdarəsi nəzdində uşaq otaqları.