Ədəbiyyat:
1.Talıbov Y., Ağayev Ə., İsayev İ., Eminov A. Pedaqogika, 2006, səh. 108-134.
2.İbrahimov F., Hüseynzadə R. Pedaqogika, Ic., 2013, səh.569-576.
3.İlyasov M. Müəllimin pedaqoji ustalığı, “Elm və təhsil” , Bakı-2013, səh.121-165.
4.Qasımova L., Mahmudova R. Pedaqogika, 2003, səh.294-301.
5.Paşayev Ə., Rüstəmov F. Pedaqogika.2007, səh 347-393.
6.İsmixanov M., Pedaqogikanın əsasları, Bakı-2011, 290 səhifə, səh. 170-239.
7. Həsənov A,Ağayev Ə.,Pedaqogika, Bakı:Nasir,2007,səh.310-410.
8.Kazımov N,Həşimov Ə.,Pedaqogika, Bakı:Maarif,1996,səh.207-349.
Mövzu 13. Müasir dövrdə şagirdlərin tərbiyəsində məktəb, ailə və ictimaiyyətin birgə işinin formaları
PLAN:
1. Məktəb gənc nəslin tərbiyə mərkəzidir;
2. Məktəb, ailə və ictimaiyyətin əlbir işi düzgün idarəetmənin şərtidir;
3. Məktəblə ictimaiyyətin əlaqə formaları;
4. Uşaqların tərbiyəsində valideynlərin vəzifəsi.
1. Məktəb gənc nəslin tərbiyə mərkəzidir
Məktəb, ailə və ictimaiyyətin pedaqoji birliyi böyük qüvvədir. Bu qüvvə düzgün təşkil edildikdə uşaq şəxsiyyətinə səmərəli pedaqoji təsir göstərməyə, tərbiyə işindəki müvəffəqiyyət və nöqsanları vaxtında aşkara çıxarmağa, uşaqların davranışları üzərində düzgün pedaqoji nəzarəti təmin etməyə imkan verib . Odur ki, müəllimlər, valideynlər və ictimaiyyət əl-ələ verib gənc nəslin əxlaq tərbiyəsi üçün vahid mövqedən çıxış etməlidirlər.
Uşaqların tərbiyəsi kimi nəcib işdə məktəbə yaxından kömək etmək hər bir ailənin, hər bir adamın vətəndaşlıq borcudur. Bu borc sağlam cəmiyyətin qarantını şərtləndirir.
Müasir Azərbaycan məktəbi şagirdləri elmlərin əsasları ilə silahlandırmaqla bərabər, onların nəcib əxlaqlı, kollektivçi, əməksevər, sağlam şəxslər kimi böyümələrinə kömək edir. Hazırkı dövrdə - coşqun elmi - texnki və ictimai tərəqqi şəraitində məktəbin rolu əvvəlkinə nisbətən qat-qat artır. Nazirlər sovetinin “Orta ümumtəhsil məktəbinin işini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarında göstərildiyi kimi, xalqın mədəniyyətinin daha da yüksəldilməsi və məhsuldar qüvvələrin inkişaf etdirilməsi mənafeyi şagirdlərin bilik keyfiyyətini daha da artırmağı onların həyata, ictimai-faydalı əməyə daha yaxşı hazırlamağı təkidlə tələb edir. Qərarda deyilir: “bütün tərbiyə işini həyatla əlaqələndirmək sayəsində məktəb ictimai inkişaf qanunlarını şagirdlərə başa salmalı, məktəbliləri Azərbaycan xalqının inqilabi və əmək ənənələri ruhunda tərbiyələndirməli; onlarda yüksək vətənpərvərlik hissini inkişaf etdirməlidir.
Müəllimlər ordusu gündəlik ictimai fəaliyyəti ilə böyük rəhbərin, ulu öndərin gösdərişini doğrultmağa çalışaraq, uşaqların düzgün tərbiyəsi üçün valideynlərlə sıx əlaqə saxlamaqda, əlverişli tərbiyə şəraiti yaratmaqda, əhali arasında siyasi və pedaqoji təbliğat işləri aparmaqda, mədəni tədbirlərin təşkilində böyük fəallıq göstərirlər. Müəllimlik işi ilə ictimaiyyətçilik işini özündə birləşdirən belə müəllimlər uşaqların və əhalinin dərin hörmətini qazanır, onlar arasında böyük nüfuza malik olurlar.
Azərbaycan Respublikasının müəlliminə ölkəmizin ən böyük neməti-gənc nəslin islam əxlaqı təlim və tərbiyəsi vermək kimi şərəfli bir iş tapşırılmışdır. Görkəmli dövlət xadimi N.Nərimanovun təbirincə desək, əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, pedaqoqlara uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bunlarla bərabər öz vətənimizin gələcəyini etibar edirdi. O, müəllimin zahirən çox kiçik görünən işini, tarixən ən böyük işlərdən biri hesab edirlər. Müəllimlik şərəfli olduğu qədər də məsuliyyətli və mürəkkəb işdir. Məktəbə yeni gələn, şüurlu həyata ilk qədəm qoyan, elmin bilik şərbətini dadmağa başlayan, günəş kimi saf və ən dəqiq mexanizm kimi həssas olan uşaqlarla işləmək, onlardan vətən və xalq üçün faydalı adamlar yetişdirmək vəzifəsi müəllimlərin üzərinə böyük məsuliyyət qoyur.
Müəllim təlim - tərbiyə işində mərkəzi simadır,necə deyərlər,məktəbin ürəyidir. Müəllimin bilik səviyyəsi,iş üsulu,uşaqlara münasibəti elə böyük təsir qüvvəsinə malikdir ki,onu tərbiyə və təlim işində heç bir şeylə əvəz etmək olmaz.Azərbaycan müəlllimi vətəndaş əqidəsinə malik olmalı,sənətinin ustası,öz fənninin vurğunu olmalı,uşaqları sevməli və öz davranışı ilə onlara nümunə olmalıdır.
Azərbaycan müəllimi qarşıda duran şərəfli, məsul və mürəkkəb vəzifələrin öhtəsindən o zaman müvəffəqiyyətlə gələ bilər ki, o, təkbaşına işləməyib valideynlərin ictimaiyyətin qüvvəsinə arxalanmış olsun. Məktəb və ailə eyni bir uşağı birlikdə tərbiyə edir. Yalnız qarşılıqlı münasibətə girməklə və bir-biri ilə sıx əlaqə saxlamaqla onlar özlərinin “ümumi” uşağının tərbiyəsi üçün vahid cəbhədən çıxış edə bilərlər.
Müəllim, valideyn və ictimaiyyətin birgə fəaliyyətindəki müvəffəqiyyət, hər şeydən əvvəl, məktəbin bu işə pedaqoji rəhbərliyindən çox asılıdır. Məktəb və müəllimlər qarşısında bu sahədə bir sıra vəzifələr durur. - Valideynləri və ictimaiyyəti ailə tərbiyəsinin məqsədi, vəzifələri, məzmunu, prinsipləri, forma və üsulları ilə tanış etmək;
- Valideynlərin və ictimaiyyətin uşaqlara yüksək əxlaq nümunəsi göstərmələrin təmin etmək;
- Uşaqların tərbiyəsinə valideynlərin məsuliyyətsiz münasibət hallarını aşkara çıxarıb, belə valideynlərə ictimaiyyətin, lazım gəldikdə isə inzibati orqanların təsirini təşkil etmək;
- Ailədə və məktəbdənkənar yerlərdə uşaqlara edilən təsirlərin məktəbdə verilən tərbiyə ilə uzlaşmasına nail olmaq, bunlar arasında ayrılıq və ziddiyyətli halları ictimaiyyətin qüvvəsi ilə vaxtında aradan qaldırmaq;
- Şagirdlərin məktəbdənkənar ailədə, həyətdə, küçədə, ictimai yerlərdə, məktəbdən kənar tərbiyə müəssisələrində tərbiyə şəraitini və tətbiq olunan tərbiyə üsullarını öyrənib, bunları düzgün isdiqamətləndirmək;
- Ayrı - ayrı ailələrdə uşaqların tərbiyəsi sahəsində buraxılan nöqsanların valideynlər tərəfindən dərk edilməsi və aradan qaldırılması işində onlara kömək etmək;
Müəllimlər, valideyn və ictimaiyyət nümayəndələri ilə hər hansı bir görüşdən pedaqoji təbliğat üçün istifadə etməli və bu zaman məktəblə ailə arasında tərbiyə işində vahidlik yaratmağa çalışmalıdırlar. Məktəbin ailə ilə əlaqə saxlamasının əsas məqsədi də bundan ibarətdir.
Müəllim müxtəlif pedaqoji məqsədlərlə ailəyə gedir: şagirdin təlim və tərbiyə işindəki bu və ya digər qüsurun səbəbini müəyyənləşdirmək, ev tapşırıqlarının icrası üzərində ailədə nəzarəti təmin etmək, şagirdə gün rejmi düzəltmək, ailədə valideynlərin uşağa münasibətini müəyyənləşdirmək, uşaq üçün evdə əmək tapşırıqları sistemi hazırlamaq, uşağın böş vaxtlarını necə keçirdiyini öyrənmək, bu və ya digər intizamsızlıq halının səbəbini araşdırmaq və s.
Qabaqcıl müllimlərin təcrübəsi əsasında bu məsələlərin necə həll edildiyini nəzərdən keçirək. Oğuz rayonundakı Yaqublu kənd səkkizlik məktəbinin VII sinif rəhbəri X.Qurbanova yazır: “valideynlə söhbətə qarşılıqlı hal-əhval tutmaqla başlayıram. Söhbət zamanı şagirdin dərsə marağı, səyi, məktəbdə davranışı və onun nöqsanlarını da deyir, bir qayda olaraq, gileylənməkdən əl çəkirəm. Ailədə nə qədər uşaq varsa, söhbətimizdə iştirak edir. Valideynlərə dəyərli məsləhətlər verdiyim üçün, məni həmişə hörmətli qonaq kimi qəbul edirlər”.
Dostları ilə paylaş: |