Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


İqtisadi, ekoloji və hüquqi tərbiyə



Yüklə 0,82 Mb.
səhifə110/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   106   107   108   109   110   111   112   113   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

İqtisadi, ekoloji və hüquqi tərbiyə

İqtisadi biliklərin mənimsənilməsi, onların əqidəyə çevrilməsi, iqtisadi təfəkkürün formalaşdırılması prosesi iqtisadi tərbiyə adlanır.
İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahibkarlıq, qənaətçillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə aparılan kompleks təsirlər sistemi başa düşülür.İqtisadi tərbiyə qarşısında aşağıdakıvəzifələr durur:

  • Gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqqında təsəvvürlər, iqtisadi təfəkkürü formalaşdırmaq;

  • Gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırlamaq;

  • Uşaq və gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığına, suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək;

  • İsrafçılığa, təsərrüfatsızlığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə qarşı barışmazlıq tərbiyə etmək.

İqtisadi təhsil bir tərəfdən iqtisadi bilikləri, digər tərəfdən isə iqtisadi bacarıq və vərdişləri özündə birləşdirir. İqtisadi biliklərə iqtisadi qanunlarla tanışlıq, iqtisadiyyat və əmək sahəsində əsas anlayışların mənimsədilməsi, respublikamızın xalq təsərrüfatının ənənəvi sahələri (neft-qaz hasilatı, sənaye, əkinçilik, heyvandarlıq, pambıqçılıq, üzümçülük, çayçılıq, meyvə-tərəvəz və s.) ilə xammal ehtiyatları, iqtisadiyyatın planlaşdırılması, bazar iqtisadiyyatı, dövlət büdcəsi və onun əldə edilməsi yolları, milli gəlir, idxal, ixrac və s. haqda məlumatların verilməsi daxildir.
İqtisadi bacarıq və vərdişlərə isə işin planlaşdırılması (əmək əməliyyatlarının sistemi, işin icra mərhələləri, icra metodları, işin təhlili və qiymətləndirilməsi) və təşkilati bacarıqlar (iş yerinin təşkili, işin səmərəli metod və priyomlarının tətbiqi, texnoloji prosesin həyata keçirilməsi, əməyin elmi təşkili, əmək intizamının gözlənilməsi, əmək mədəniyyətinin yüksəldilməsi, təhlükəsizlik qaydalarına əməl edilməsi, öz əməyinə nəzarətin həyata keçirilməsi), habelə iqtisadi təkmilləşdirmə bacarıqları (materiallara qənaət, alət və cihazlardan səmərəli istifadə, əməyin texnologiyasının təkmilləşdirilməsi, səmərəli təkliflərin irəli sürülməsi və s) daxildir.
Məktəbdə iqtisadi təlim və tərbiyə müxtəlif yollarla və vasitələrlə həyata keçirilir. Bu sahədə təlim prosesi böyük imkanlara malikdir. Coğrafiya (xüsusən iqtisadi coğrafiya), tarix, insan və cəmiyyət fənlərində şagirdlər cəmiyyətin iqtisadi inkişafının qanunları ilə tanış olur, ayrı-ayrı ictimai quruluşlarda istehsal üsulu, istehsal münasibətləri, əmək bölgüsü və s. təsəvvürlərə yiyələnirlər. İqtisadi təlim və tərbiyə baxımından əmək təlimi fənninin imkanları daha genişdir. Əmək və istehsalat təlimində şagirdlər istehsal, istehsal prosesi, istehsal texnologiyasi, təsərrüfat hesabı, məhsulun maya dəyəri, gəlir, xərc, əmək haqqı, əməyin elmi təşkili, iş vaxtı, əmək intizamı və s. haqda əsaslı məlumata yiyələnir, habelə qənaətcillik, təsərrüfatçılıq vərdişləri qazanırlar.
Əmək və istehsalat təlimi prosesində şagirdlərin iqtisadi fəaliyyətinin təşkili də böyük əhəmiyyət təşkil edir. İctimai-faydalı və məhsuldar əmək zamanı məktəbliləri iqtisadi münasibətlərə qoşmaq, iqtisadi məsələlərin praktik həllinə cəlb etmək mühüm şərtdir.
Şagirdlərin iqtisadi tərbiyəsində bütünfənlərin imkanlarından istifadə olunur. Sinifdənkənar işlər təlim işini tamamlayır,məktəblilərin təlim prosesində əldə etmədiklərini iqtisadi bilikləri möhkəmləndirir, iqtisadi tərbiyəyə dair məlumatlarını zənginləşdirir. Sinifdənkənar tədbirlər şagirdlərdə iqtisadi təfəkkürü formalaşdırır, onları qənaətcil və təsərrüfatçılığa sövqedir. Məktəblilərdə iqtisadi təfəkkürü iqtisadi mövzularda oxunan məruzə, mühazirə,əxlaqi söhbətlər,görkəmli iqtisadçılarla görüşlər, konfranslar və s. formalaşdırır.Belə tədbirlərdə məktəblilər iqtisadiyyatın nəzəri məsələlərini öyrənirlər.İkinci qrup tədbirlərdə məsələn, disputlarda, ictimai faydalı əməkdə iqtisadi tərbiyənin ən zəruri anlayışları təşəkkül tapır, məktəblilərdə qənaətcillik tərbiyəsinin sistemi yaranır.
Sinifdənkənar işlər yalnız iqtisadi təfəkkürü, qənaətcillik şüurünu formalaşdırmır, onlarda mənəvi əqidənin, vətəndaşlıq borcu və dəyanətin, milli şüur və milli ləyaqətin, vətən torpağına, xalqına dərin məhəbbətin formalaşmasına kömək edir, məktəblilərdə həssaslığı, xeyirxahlığı, dostluğu, düzlüyü və doğruçuluğu tərbiyə edir, vətəndaşlıq hissi və dünyanı vətəndaş kimi görmək qabiliyyətini inkişaf etdirir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin