Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Peşəyönümü işi aşağıdakı istiqamətlərdə aparılmalıdır: Peşə maarifi; 2) peşə məsləhəti ;3) peşə təmayülü



Yüklə 0,82 Mb.
səhifə108/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   104   105   106   107   108   109   110   111   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Peşəyönümü işi aşağıdakı istiqamətlərdə aparılmalıdır:

  1. Peşə maarifi; 2) peşə məsləhəti ;3) peşə təmayülü

Şagirdlərlə əmək mövzusunda keçirilən müzakirələr, onların peşəyə dair ədəbiyyatın öyrənilməsinə sövq edilməsi, əməyi tərənnüm edən şeir müsabiqələrinin keçirilməsi onların peşələr üzrə maariflənməsinə kömək edir.
Peşə məsləhətişagirdlərə öz fərdi psixoloji xüsusiyyətlərini nəzərə almaqla şüurlu surətdə peşə seçmək işinə kömək ğöstərmək məqsədilə mütəxəssislərin apardığı məsləhət və tövsiyyələrdir.
Peşə təmayülü-şagirdlərin arzusunu, marağını inkişaf etdirmək, peşəseçməyə daha yaxşı hazırlamaq məqsədi güdür.
Məktəblərdə peşəyönümü həm tədris prosesində, həm də sinifdənxaric işlər zamanı həyata keçirilir.İş adamları ilə görüşlərin keçirilməsi, müəssisələrə, şirkətlərə, təsərrüfatlara və s. yerlərə təşkil edilən ekskursiyalar, konfranslar, viktorinalar və s. sinifdənxaric keçirilən tədbirlər şagirdlərin peşəyönümündə böyük əhəmiyyətə malikdir.



  1. Estetik tərbiyə

Estetik tərbiyənin mahiyyəti, nəzəri-psixoloji əsasları və vəzifələri. “Estetika” yunanaca “estezis” sözündən olub, hiss etmək, qavramaq deməkdir. Estetik tərbiyə dedikdə, incəsənət və həyatdakı gözəlliklərin qavranmasına, estetik zövq və qabiliyyətlərin inkişafına yönələn təsirlərin məcmusu nəzərdə tutulur. Təbiət və cəmiyyət gözəlliklərini müxtəlif təzahür formalarında duymaq, qavramaq, düzgün başa düşmək, sevmək, qiymətləndirmək, həyatı gözəllik qanunları əsasında qurmaq prosesi estetik tərbiyə adlanır.Estetika gözəllik haqqında elmdir. Ən mühüm estetik kateqoriya olan gözəlliyin obyektiv və subyektiv tərəfi vardır. Gözəllik obyektiv məzmuna malikdir. Onun mənbəyi real həyatdır. Gözəlliyin subyektiv tərəfini estetik hisslər, zövq, ideya və ideallar, yəni insanın estetik şüuru təşkil edir. Gözəllik hissi fərdi, subyektiv xarakter daşıyır: hərə gözəlliyi bir cür qavrayır və dərk edir. Zövq fərlidir: o, insanın varlığa münasibətindən, elmi-mədəni və mənəvi səviyyəsindən, dünyağörüşündən asılıdır.Gözəlliyin başlıca mənbələrini təbiət, cəmiyyət, ədəbiyyat, incəsənət və insan gözəlliyi təşkil edir. Estetik hiss gözəlliyi duymaq, ondan həzz almaq bacarığıdır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin