Tərbiyənin metdolarının xüsusiyyətləri və təsnifatı.
Plan
1. Tərbiyə metodlarının təsnifatı
a) Şüuru formalaşdıran metodlar
b) Fəaliyyətin təşkili və davranış təcrüəbəsini formalaşdıran metodlar
c) Fəaliyyət davranışı stimullaşdıran metodlar.
Metod yunan sözü olub yol, üsul deməkdir. Tərbiyə metodları dedikdə tərbiyə edənin və
tərbiyə olunananın özünə, ətrafdakı insanlara ətraf aləmə düzgün münasibət formalaşdırmaq
məqsədi ilə qurulan qarşılıqlı fəaliyyətin təşkili modelidir. Deməli metod qarşıya
qoyulan
məqəsdlə sıx bağlı olub, təbiəti dərk edilən prosesdə meydana çıxır.
*Tərbiyə metdoları tərbiyə olunanların davranışına , hisslərinə,
şüuruna konkret
şəkildə təsir etmək yolu ilə birgə fəaliyyətdə pedaqoji vəzifələrin həllidir, pedaqoq- tərbiyəçi
ilə tərbiyə olunanların ünsiyyət və münasibətidir.
Pedaqogika elmində metodların təsnifatında vahidlik olmasa da , bu məsələdə ümumi
bir meyl vardır. Alimlərin böyük qismi tərbiyə metodlarını təsnifatında məntiqi əsas kimi
tərbiyənin psixoloji amillərindən və fəaliyyətin bütövlüyü prinsipindən çıxış edirlər. Tərbiyə
prosesinin psixoloji təhlili göstərir ki, insanın fəaliyyəti müəyyən psixoloji amillərlə bağlıdır:
Bizim fəaliyyətimiz şüurun , iradə və adətlərin, habelə hisslərin məhsuludur.
Tərbiyə işində öncə insanın şüurunu formalaşdırmaq, iradəsini mökəmlətmək, sonra
da onda müsbət adətlər yaratmaq və bu yolla da şüurlu davranışın
vəhdətinə nai olmaq,
düzgün davranış təcrübəsi formalaşdırmaq lazımdır. Təbiyə işində insanın hissi aləmi. duyğu
mühüm rol oynayır. Uşaqlıqdan insan qəlbinə müsbət hisslər aşılanmazsa, orada boşluq
yaranır və çox vaxt bu boşluğu mənfi hisslər tutur. Deməli,insan
qəlbini nəcib hisslərlə
zənginləşdirmək, gözəlürək tərbiyə vacib vəzifələrdən biridir. Bu məqsədlə hissə təsir
göstərən stimullaşdırıcı tərbiyə metodlarından istifadə olunur.
Beləliklə, insana hərətərfli
təsir və fəaliyyətin tamlığı prinsipindən çıxış edərək, tərbiyə metodlarrını aşağıdakı kimi
təsnif etmək olar: