Tərbiyəvi söhbətlər metodunun mahiyyəti ondan ibarətdir ki, tərbiyəçi tərbiyə ilə
bağlı hər hansı bir məsələni canlı formasında şərh edir, uşağa həmin məsələyə aid konkret
suallar verir, onun fikirlərini aşkara çıxarır, lazım gəldikdə müvafiq dəqiqlşdirmələr aparılır.
Aydınlaşdırma emosionla formada təsir metodu olub, qrupa və ya ayrıca şəxsə
yönəldilir. Bu metodun tətbiqi sinfin və kollektivin üzvlərinin şəxsiyyət keyfiyyətlərini
bilməyə əsaslanır.
Təlqin hiss edilmədən insanın daxili aləminə, psixakasına qüvətli təsiretmək, inam
yaratmaqdır. Təlqin qüvvətli inandırma metodudur. Tərbiyə digər tərbiyə metodlarının
təsirini gücləndirmək üçün istiofadə olunur.
Bədii əsərlərin müzakirəsi Uşaqların mənəviyyatına- zehnini və hissi aləminə təsir
göstərməkdə, davranış normalarını onlara başa salmaqda, inam və əqiə yaratmaq işində
qüdrətli tərbiyə üsullarından biriddə bədii əsərlərin müzakirəsidir.
Mühazirə bu və ya digər mövzu üzrə dinləyicilərdə nisbi də olsa düzgün anlayış
formalaşdırmaq üçün planlılığı, ardıcıllığı, elmliliyi ilə səciyyələnən mütəşəkkil şərhdir.
Dostları ilə paylaş: