Tərbiyənin metdolarının xüsusiyyətləri və təsnifatı. Plan Tərbiyə metodlarının təsnifatı a Şüuru formalaşdıran metodlar



Yüklə 278,06 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix17.06.2023
ölçüsü278,06 Kb.
#132032
1   2   3   4
12 muhazire

Etik və estetik söhbət biliklərin sistematik və ardıcıl müzakirəsidir. Bu metodun 
predmetini daha çox əxlaqi və estetik problemlərtəşkil edir. 
 
Öyüd- nəsihətxahiş, rica, aydınlaşdırma və təlqinlə əlaqələndirilir. 
 
Təlimat tərbiyəvi metod olub, uşagın tapşırıqların icrasına necə münasibət 
göstərməsini aşkar edir. 
 
Disput latın sözü olub, mühakimə yürütmək , mübahisə etmək deməkdir.Disput 
müxtlif mövzular üzrə canli, sağlam mübahisələrdir. 
 
Məruzə səmərəli tərbiyə üsullarından biri olub, gəncləri məruzə ətrafında öz tənqidi 
qeydlərini deməyə istiqamətləndirir. Məruzə sistemliliyi ardıcıllığı, sistemliliyi və əhatəliliyi 
ilə şərtlənir. 
 
Nümunə vaxtilə qədim yunan filosofu Seneka deyirdi ki, öyüd və nəshətlərin yolu 
uzun, nümunələrin yolu isə qısadır. K.D Uşinski isə göstərirdi ki, şəxsiyyət tərbiyəsi üçün 
şəxsiyyətə şəxsiyyətlə tərbiyə göstərmək olar. İnsanın təbiəti elədir ki, o, həyatının bütün 
sahələrində özünə nümunə tapmaq istəyir. Gözəl tərbiyə nümunələri insanın mükəmməl
tərbiyə almasına əlverişli şərait yaradır. 
İnsanın necə hərəkət etməsində, nə cür davranmasında, öz istək və arzularnı necə idarə 
etməsində şüur və əqidə ilə yanaşı adətlər, vərdişlər, irdai keyfiyyətlər mühüm rol oynayır. 
Şagirdlərin tərbiyəsində istənilən nəticəyə çatmaq üçün onlarda müsbət adətlərin 
yaranmasına və iradi keyfiyyətlərin tərbiyə olunmasına xüsusi fikir verilməlidir. Həmin 
məqəsdlə fəaliyyətin təşkilinə və davranış təcrübəsinin formalaşmasına xidmət göstərən 
metodlar vardir ki, onlar aşağıdakılardır: 
 
Təmrinlər (çalışmalar) tərbiyə olunanlar tərəfindən şəxsiyyətin formalaşması, inkişaf 
məqsədilə praktik işlərin təşkili və planlı surətdə müxtəlif hərəkətlərin təkrarən yerinə 
yetirilməsidir.
 
Öyrəşdirmək, öyrəşmək- bu uşağı və ya məktəblini intensiv şəkildə yerinə yetirilməsi 
lazım olan öyrədici və ya müəyyən müsbət hərəkətə öyrəşdirilən, adət etdirilən 
çalışmalardır.Bu metod tərbiyə prosesinin bütün mərhələlərində tətbiq edilə bilər. 
Öyrəşdirməni düzgün tətbiq etmək üçün müəyyən şərtlərə və tövsiyyələrə əməl olunmalıdır. 


 
Müəllim və şagirdlərdə tərbiyənin məqsədi haqqında aydın təsəvvür olmalIdır; 
 
Öyrəşdirmə zamani qaydaları dəqiq və aydın formalaşdirmaq lazimdir.; 
 
Vaxtin hər bir hissəsi üçün şagirdlərin gücü çatacaq optimal həcmi 
müəyyənləşdirməlidir. 
 
İşi yerinə yetrimə lazim gəldiyində şagirdlərə göstərin. Cirkli və təmiz ayaqqablari
müqayisə edin. Elə edin ki müqayisə şagirdi utandırsin, onda natəmizlikdən əl çəkmək 
arzusu yaratsın. 
 
Öyrəşdirmə daimi nəzarət tələb edir. Nəzarət səmimi olmalı, amma zəifləməməli, 
mütləq özünənəzarətlə uyğunlaşdırılmalıdr. 
Deməli, öyrəşdirmə davranış və əmək bacarıqlarını uşaqlarda vərdişə çevrilənədək 
tərbiyəçinin bilavasitə nəzarəti altında müntəzəm yerinə yetirilməsidir. 
 
Tələb nəticəsində davranış normalarının yerinə yetirilməsinə nail olunur, şagirdlər 
müəyyən fəaliyyətə cəlb olunurlar, onlarda sosail keyfiyyətlər formalaşır. 
 
Tələb müəllim və şagirdlər arasında yoldaşlıq münasibətlərinin əmələ gəlməsinə 
əsaslanır. Müəllimin istədiyi davranışa nail olmaq üçün irəli sürdüyü tələb casitəsiz tələbdir. 
Tələblər verilmə fomasına görə iki cür olur: bilavasitə(birbaşa) verilən tələblər və bilvasitə 
(dolayısı yolla)birbaşa verilən tələblər. 
 

Yüklə 278,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin