Bilavasitə tələblərə müəyyənlik, konkretlik, dəqiqlik xarakterikdir. Burada tələb
qəiyyətli tonda verilir, özü də çoxlu çalarda(intonasiya, mimika, səsin gücü) ifadə olunur.
Bilvasitə tələblərdə( məsləhət, xahiş, işarə, etibar) fəaliyyətin stimulu artıq tələbin özü
deyil, onun yaratdığı psixoloji amillərdir.
İctimai rəy. Əslində bu da tələbin bir formasıdır, hə də kollektiv formasıdır. İctimai
rəy- şagirdin hərəkt davranışının, öz istək və arzusunu ifadə etmək tərzini başqaları
tərəfindın qiymətləndirilməsi əlaqədardır.
Rejim. Bunu alışdırma metodunun vasitələrindən biridə qeyd edirlər. Sözün geniş
mənasinda rejim- insanın davranışını, həyat tərzini nizamlandıran qaydaların cəmidir.
Tapşırıq tərbiyə metodu olub müxtəlif xarakter daşıyır. Müəllimlər tapşırıqların
köməyi ilə şagirdləri müsbət hərəkətlərə alışdırırlar. Müəllimlər tapşırığın köməyi ilə
şagirdləri yaxşı hərəkətə alışdırır.
Yarış. Yarış kollektivdə şagirdin fəaliyyətini təşkil etməyin və onu stimullaşdımağın
başlıca metodlarından biridir. Tərbiyə metodu kimi o, uşağın özünütəsdiqləmə faktına istinad
edir.
Şagirdin müxtəlif fəaliyyət növünə cəlb edilməsi.Şəxsiyyət fəaliyyət prosesində
formalaşır. Fəaliyyətin isə müxtəlif sahələri, növləri vardır. Şagirdlərin ən çox məşğul
olduğu, fəaliyyət sahələri, təlim, ictimai faydalı əmək, ictimai işlər, oyun və idman
məşğələrdir. Bunların hər biri tərbiyə işində müstəsna rol oynayır. Təlim özünün təşkili
formaları ilə tərbiyələndirici səciyyə daşıyır.
Tərbiyə edici situasiya. Xüsusi yaradılmış şəraitdə şagirdlərin fəaliyyətinin və
davranışının təşkili metodudur.
Davranışı və fəaliyyəti stimullaşdıran metodlar.
Stimullaşdırma- Hərəkətə gətirmək, təkan vermək, həvəsləndirmək deməkdir. Fəaliyyət və
davranış stimullaşdırmaq- fəaliyyət və davranışa təkan verməkdir, insanı müsbət
fəaliyyətətəhrik etmək, hərəkətə gətirmək, həvəsləndirmək deməkdir. Fəaliyyət və davranışı
stimullaşdıran metodlar- rəğbətləndirmə və cəzalandırmadır.
Rəğbətləndirmə şagirdlərin hərəkətlərinin müsbət qiymətləndirilməsinin, təqdir edilməsinin
ifadəsidir. Rəğbətləndirmə- inam, xoş əhval- ruhiyyə yaradır, məsulliyyət daşıyır.
Rəğbətləndirmə metodunu iki qrupa ayırmaq olar:
1)
Sadə rəğbətləndirmə metodları; 2) Yüksək rəğbətləndirmə metodları;
Sadə rəğbətləndirmə metodları şagirdin başına sığal çəkmək, “Afərin”, “İşi belə görərlər”
kimi ifadələr işlətmək, kitab alıb hədiyyə vermək, tərifləməkdir. Yüksək rəğbətləndirmə
metodları şifahi və yazılı təfəkkür elan etmək, tərifnaməvermək, fərqlənmə diplomu
vermək,şəklini şərəf lövhəsinə vurmaq və s.
Cəzalandırma metodu pedaqoji- psixoloji təsir metodudur. Bu tərbiyə metodu şagirdlərdə
arzuolunmaz hərəkətlərin qarşısını almaq, onları aradan qaldırmaq məqəsdini daşıyır.
Dostları ilə paylaş: |