Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Estetik tərbiyənin sistemi, yolları və vasitələri



Yüklə 0,82 Mb.
səhifə109/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   105   106   107   108   109   110   111   112   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Estetik tərbiyənin sistemi, yolları və vasitələri.Estetik tərbiyənin sisteminə, ailədə və uşaq bağçasında estetik tərbiyə, məktəbdə təlim prosesində və sinifdənxaric tədbirlərdə, məktəbdənkənar tərbiyə müəssisələrində, habelə uşaq həyatının təşkilində, insan münasibətlərində estetik tərbiyə işləri daxildir.
Estetik tərbiyənin bünövrəsi ailədə qoyulur. Estetik tərbiyə uşaq bağçasında daha sistemli xarakter kəsb edir. Məktəbdə estetik tərbiyə geniş məzmunda aparılır. Təlim prosesi estetik tərbiyənin çox mühüm vasitəsi olub, şagirdlərin estetik zövq və bacarıqlarının formalaşmasında böyük rol oynayır. Bu sahədə xüsusilə musiqi, təsviri incəsənət, əmək, ana dili və ədəbiyyat fənlərinin imkanları genişdir. Musiqi və nəğmə dərsləri estetik tərbiyənin qüdrətli vasitəsidir. K.D.Uşinskinin qeyd etdiyi kimi, balaca bir mahnının ifasından sonra uşaqlar yağışdan sonrakı güllər kimiçiçəklənirlər.Təsviri incəsənət dərsləri də estetik tərbiyədə böyük əhəmiyyətə malikdir. Rəsm şagirdlərin bədii zövqünü, təxəyyülünü, yaradıcılıq qabiliyyətini inkişaf etdirir. Estetik tərbiyədə ana dili və ədəbiyyat dərsləri də böyük imkanlara malikdir.
Tədris etdiyi fənndən asılı olmayaraq müəllim öz gözəl nitqi, davranışı, münasibəti, geyimi ilə şagirdlərin zövqünü tərbiyə edir: “Hər bir fənn müəllimi estetik tərbiyə müəllimi olmalıdır”. Dərsdə aparılan estetik tərbiyə sinifdənxaric və məktəbdəkənar işlərdə daha da dərinləşdirilir və genişləndirilir.Sinifdənxaric tədbirlərlə yanaşı, şagirdlər məktəbdənkənar müəssisələrdə - uşaq və məktəblilər sarayları və evlərində, estetik tərbiyə mərkəzlərində, təsviri sənət studiyalarında müxtəli növ yaradıcılıq fəaliyyətinə cəlb edilirlər. Estetik tərbiyənin mühüm bir vasitəsi təbiət gözəllikləridir. Təbiət həm də tərbiyəçidir.
Estetik tərbiyənin vəzifələri təbiət, cəmiyyət və ictimai münasibətlərdəki gözəlliyi duymaq, qavramaq və mənimsəməkdə kömək etməkdir,gerçəkliyin estetik cəhətlərinə məktəblilərdə maraq oyatmaq, gözəlliyin necə təzahür etməsini başa salmaqdır.Estetik tərbiyənin ikinci vəzifəsi, məktəblilərin mənəvi və fiziki səmasında gözəllik əlamətlərini inkişaf etdirməkdirsə,üçüncü vəzifəsi uşaqlarda bədii yaradıcılıq qabiliyyətlərini, ətraf aləmə, təlimə, əməyə, davranışa gözəllik meylini formalaşdırmaqdan ibarətdir.Dördüncü vəzifəsi davranışda, məişətdə baş verən eybəcərliyə,zövqsüzlüyə qarşı barışmazlıq tərbiyə etməkdir.Beşinci vəzifəsi məktəbliləri həyatı gözəllik qanunları əsasında qurmağa öyrətməkdir.


  1. Yüklə 0,82 Mb.

    Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin