Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə93/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

5.Nümunə metodu şüuru formalaşdıran metodlar içərisində mühüm yer tutur. Doğrudur, nümunə bütün tərbiyə metodlarında bir vasitə və tərz kimi iştirak etsə də, daha çox əxlaqi ideyaları əyani şəkildə nümayiş etdirməyə, konkretləşdirməyə və beləliklə, daha dolğun və canlı təsəvvürlər yaratmağa xidmət göstərir. Tərbiyəçinin sözü canlı nümunə ilə birləşdikdə daha inandırıcı olur və daha böyük təsir gücünə malik olur. Əksinə, tərbiyəçinin sözü ilə əməli düz gəlmədikdə onun yaxşı sözləri öz təsirini və inandırıcılığını itirir.
Pedaqogika klassikləri nümunənin rolunu yüksək qiymətləndirmişlər. L.N.Tolstoya görə tərbiyə 99,9 % nümunəyə əsaslnır. K.D.Uşinski şəxsiyyət tərbiyəsinə yalnız şəxsiyyətlə təsir göstərməyin mümkün olduğunu qeyd edirdi. Nümunə uşaq, yeniyetmə və gənclərin təqlidçilik (yamsılama) meylinəəsaslanır. Kiçik yaşlarda bu meyl daha güclü olur. Müəllim və valideynlər uşaqların təqlidçilik meylini nəzərə alıb, onlara həmişə düzgün davranış nümunəsi göstərməlidirlər. Şəxsi nümunə ilə yanaşı tərbiyə işində müxtəlif növ müsbət nümunələrdən (tarixi şəxsiyyətlər, görkəmli elm və mədəniyyət xadimlərinin, bədii əsər qəhrəmanlarının, yaşlıların, yoldaşların nümunələrindən) də istifadə edilməlidir.
II.Fəaliyyətin təşkili və ictimai davranış təcrübəsini
formalaşdıran metodlar (alışdırma)
Bu metodlar qrupu insanda müsbət adətlər yaratmaq və iradəni möhkəmlətməklə düzgün davranış təcrübəsi formalaşdırmağa xidmət edir. İsan qəbul etdiyi mənəvi ideyanı, öz əqidə və inamını gündəlik davranış və rəftarında tətbiq edir, müəyyən fəaliyyətə alışır. Bu mənada bəzi pedaqoji məbələrdə ikinci qrup metodlar alışdırma metodları adlanır. Həmin metodlar müxtəlif formada olur: 1.İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi; 2. Tərbiyələndirici situasiyaların yaradılması metodu; 3. Tələb metodu; 4. İctimai rəy metodu; 5. Təmrin (məşq) metodu; 6. Rejim metodu.

  1. İnsanın müxtəlif fəaliyyət növlərinə cəlb edilməsi onda davranış təcrübəsinin formalaşmasında böyük rol oynayır. Şəxsiyyət fəaliyyət prosesində formalaşır və inkişaf edir, yeni-yeni keyfiyyətlərə yiyələnir. Şagirdlərin cəlb olunduğu belə fəaliyyət növləri çoxdur: təlim, oyun, idman, əmək, bədii, elmi, ictimai, texniki fəaliyyət və s. Bu fəaliyyət sahələrinin hər biri özlərinə məxsus spesifik tərbiyə vəzifələrinin həlli ilə yanaşı, tərbiyənin ümumi məqsədinin – ahəngdar şəxsiyyət tərbiyəsinin inkişafında da iştirak edir. Digər fəaliyyət sahələri də böyük tərbiyə imkanlarına malikdir. Məsələn, oyun və idman insanın iradəsini möhkəmlədir, onda bir sıra müsbət keyfiyyətlər – kollektivçilik, dostluq, yoldaşlıq, intizam tərbiyə edir. İctimai iş, fəaliyyət insanda məsuliyyət, dəqiqlik, fəallıq, təşkilatçılıq keyfiyyətləri aşılayır. Buna görə də uşaq, yeniyetmə və gəncləri müxtəlif fəaliyyət növlərinə cəlb etmək, bu yolla onlarda düzgün davranış, ünsiyyət təcrübəsi formalaşdırmaq lazımdır.


  2. Yüklə 0,82 Mb.

    Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin