Xüsusi sahibkarlıq şirkəti- Sahibinin fəaliyyətini öz maraqlarına uyğun idarə etdiyi, bütün mənfəətinə sahib olduğu, öhdəliklərinə görə məsuliyyət daşıdığı şirkət.
Xüsusi (qızıl) səhm- Sahibi dövlət təşkilatı olan qiymətli kağız (səhm).
İ
İcarə- Əmlakın, torpağın, obyektin mülkiyyətçisi tərəfindən onun müəyyən şərtlər daxilində başqa şəxslərə istifadəyə verilməsi.
İcarə haqqı- İcarəyə götürülmüş əmlak və torpaqdan istifadə üçün pul ödənişi.
İcarə müqaviləsi- Mülkiyyətçi (sahibkar) ilə əmlakdan istifadə edən, yəni icarədarla icarəçi arasında razılaşma sənədi.