Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə79/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Üçüncü mərhələ, ötən əsrin 70-ci illərindən başla-yaraq XXI əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Vaxtilə iqtisadi nəzəriyyədə və dövlətin ölkənin təsərrüfat həyatının tənzimlənməsində çevriliş yaratmış keynsçilik ideyaları, artıq XX əsrin ikinci yarısının yaratdığı mürək-kəb problemləri həll edə bilmirdi. Dövlətin iqtisadiyyata getdikcə güclənən təsir və müdaxiləsi isə onun iqtisadi-sosial səmərəliliyi baxımından istənilən, habelə gözlənilən nəticələri vermirdi. Bu mərhələdə ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı Milton Fridmenin belə bir nəzəriyyəsi geniş yayılmağa başladı ki, dövlət yalnız ölkənin tədavül dairəsində olan pul kütləsini nizamlamalı, başqa məsələ-lərdə isə istehsalçıların işinə qarışmamalı və təsərrüfat həyatına müdaxilə etməməlidir. Monetarizm adlanan bu nəzəriyyənin tərəfdarları iqtisadiyyatın qiymət, inflyasiya, işsizlik, gəlirlərin formalaşması kimi problemlərinə ölkədə pul kütləsinin tədavül dairəsindəki hərəkəti nöqteyi-nəzə-rindən yanaşaraq, dövlətin əsas bu məsələni həll etməsini irəli sürmüşlər.

Müasir mərhələdə dünyada gedən inteqrasiya pro-sesləri və vahid, qlobal təsərrüfat sisteminin formalaşması, dövlət siyasəti, habelə iqtisadiyyatın tənzimlənməsi prob-lemlərinə yeni mövqelərdən yanaşaraq, konkret şəraitə uyğun yaradıcılıqla tədbirlər hazırlamağı tələb edir.

Son 100 il ərzində iqtisadiyyata dövlət müdaxilə-sinin miqyaslarını təsəvvür etmək üçün ayrı-ayrı ölkələrin büdcələrinin dinamikasına diqqət yetirmək kifayətdir. Aşağıda verilən cədvəldən bir qrup yüksək inkişaf etmiş ölkələrin büdcə xərclərinin, onların ümumi daxili məhsu-luna (ÜDM) nisbətinin necə dəyişdiyini görmək olar:

(%-lə)

İllər


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin