Qiymətlərin minimum (aşağı) həddi- Dövlət tərəfindən məhsul vahidinə müəyyənləşdirilə biləcək qiymət.
Qloballaşma - Milli iqtisadiyyatların tədricən bir-birindən daha çox qarşılıqlı əlaqələrinin güclənməsi və vahid dünya təsərrüfat sisteminin formalaşması prosesi. L
Loq- Vaxt baxımından müəyyən bir hadisənin (iqtisadi prosesin) onunla bağlı digər hadisəyə nisbətən geri qalması, yaxud onu ötüb keçməsini göstərən iqtisadi göstərici.
Laffer əyrisi - Vergi daxil olmalarının müxtəlif səviyyəli vergi dərəcəsindən asılılığını əks etdirən qrafik sxem.