Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə70/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

1 ton taxıl qiyməti (dollarla)

Təklifın həcmi (min ton)

200

600

150

500

100

350

80

200

60

50


Cədvəldən aydın olur ki, bazarda taxıl məhsullarına olan qiymət yüksəldikcə, istehlakçılar bazara daha çox məhsul çıxarmaqda maraqlı olacaqlar.

Əmtəə-xidmətlərin qiymətləri ilə onların təklifı ara­sında olan düz mütənasibliyi (asılılığı) qrafık şəkildə aşa­ğıdakı kimi göstərmək olar:

Bu qrafıkdən aydın olur ki, bazarda taxıl məhsul­larının, eyni zamanda digər əmtəə-xidmətlərin qiymətlə­rinin artması meyli, istehlakçıların maraqlarına cavab ver­diyindən, onları həvəsləndirərək, öz fəaliyyətlərini da­ha da genişləndirməyə real şərait yaradacaqdır.

B azarda tələb və tək­li­fin formalaşmasına 2 qrup amil təsir göstərir. Bunlar­dan birincisi qiymət, ikin­cisi isə qeyri-qiymət, yəni bilavasitə qiymətlə bağlı ol­mayan amillərdir. Qiymət ami­li həm tələbə, həm də tək­lifə əsas təsir göstərir. Lakin tələb və təklifə başqa amillər də müəyyən dərə­cə­də təsir edirlər. Məsələn, tə­lə­bə əhalinin gəlir səviyyəsi; bazarda əvəzedici məh­sul­ların (müxtəlif meyvələrin, paltaryuyucu tozların, bitki və heyvan yağlarının) olması; qiymətlərin enib-qalx-ması eh­ti­malı; mövsüm xarakterli dəyişikliklər; əhalinin zövq və istəyi; ailə tərkibi; reklam təbliğatı təsir göstərə bilir.

Təklif də qiymət amili ilə yanaşı, istehsalın müx­tə­lif sahələrində texnika və texnologiyanın təkmilləş­diril­mə­si; bazara yeni əvəzedici məhsulların çıxarılması; rəqabət mü­barizəsinin kəskinləşməsi; bazarda məhsulun bolluğu yaxud qıtlığı; inhisarçılıq meylləri də bəzən müsbət, bəzən də mənfı təsir göstərir.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin