Zəif elastiklik о deməkdir ki, qiymətin artmasına baxmayaraq, əmtəə və xidmətlərin satış həcmi az dəyişir. Buna çörək, şəkər, duz kimi gündəlik tələbat mallarını göstərmək olar. Eyni zamanda ağır yük maşınlarının, geniş ekranlı televizorların, çox bahalı mebel dəstlərinin qiymətinin müəyyən qədər aşağı salınması, şübhəsiz onların satış həcminə əhəmiyyətli təsir göstərməyəcəkdir.
Orta elastiklik, bir qrup məhsullara aid edilir ki, həmin şeylərin əvəzləyiciləri olduğundan, elastiklik səviyyəsi özünü aralıq həddə göstərir. Buna misal kimi ət, süd, yağ, qab-qacaq, ayaqqabı, paltar, yuyucu toz, sabun, ətriyyat məmulatlarını göstərmək olar.
Dostları ilə paylaş: |