Mühazirə mətnləri Bakı ­- 2015


DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN STRATEGİYASI VƏ TAKTİKASI



Yüklə 0,93 Mb.
səhifə76/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

DÖVLƏTİN İQTİSADİ SİYASƏTİNİN STRATEGİYASI VƏ TAKTİKASI


    1. Dövlətin iqtisadi siyasətinin zəruriliyi və mahiyyəti


Dövlətin cəmiyyətin çoxsahəli təsərrüfat həyatında rolu və onun reallaşdırdığı iqtisadi siyasət xətti həmin siyasətin zəruriliyi, mahiyyəti, məqsədi, vəzifələri, fəaliy-yət mexanizmi iqtisadi nəzəriyyənin mühüm problem-lərdən sayılır. Dövlətin iqtisadi siyasətinin əsasında, cə-miyyətin sosial-iqtisadi həyatında baş verən mürəkkəb prosesləri konkret faktlarla öyrənib ümumiləşdirən iqtisadi nəzəriyyə elmi durur. Elmi əsaslar üzərində işlənib ha-zırlanan iqtisadi siyasət xətti, təkcə bu məsələlərin həlli yollarını göstərməklə kifayətlənməyərək, eyni zamanda gözlənilə biləcək - işsizlik, inflyasiya, istehsalın aşağı düş-məsi, yoxsulluğun səviyyəsi kimi proseslərin qarşısını al-maq, yaxud bunların təsirini zəiflətmək istiqamətində kon-kret çıxış yollarını müəyyənləşdirə bilər.

Qeyd etmək lazımdır ki, dövlət siyasi-iqtisadi təsi-sat (qurum) kimi həmişə olmamışdır və onun meydana çıxaraq, ayrı-ayrı ölkələrdə formalaşması bir sıra ciddi səbəblərlə bağlı olmuşdur. Bu səbəblər sırasında ictimai əmək bölgüsünün dərinləşməsini, təsərrüfat həyatının inki-şafını, cəmiyyətin təbəqələşməsini, müxtəlif ölkələrlə ti-carət əlaqələrinin genişlənməsini, insanların tələbatlarının artmasını, onların hüquq və təhlükəsizliyinin qorumasını göstərmək olar.

Dövlətin özünün iqtisadi siyasəti ilə ölkənin təsər-rüfat həyatında bilavasitə iştirak etməsinə, yaxud onun iqtisadiyyatı tənzimləməsinə dair mövqelərin müxtəlif-liyinə və fərqli cəhətlərinə baxmayaraq, həmin fıkirləri 3 qrupa ayırmaq mümkündür. Bir qrup alim və mütəxəs-sislərin (A.Smit, A.Marşall, L.Mizens, F.Hayek və başqa-larının) fıkrincə, ümumiyyətlə dövlət iqtisadiyyata qarış-mamalı, onun işinə müdaxilə etməməlidir. Digər qrupa da-xil olanların (V.Zombart, B.Hildebrant, C.Keyns və onun davamçıları) fıkrincə, dövlət yaranmış yeni şəraitin tələb-lərinə uyğun olaraq, habelə sərbəst bazarın nöqsanlarını aradan qaldırıb tənzimləmək üçün hökmən iqtisadiyyatın işlərinə qarışmalı, yeri gəldikcə ölkənin təsərrüfatı prob-lemlərinə müdaxilə etməlidir. Üçüncü qrupun (P.Samuel-son, V.Leontyev, L.Erxad, C.Helbreyt, K.Makkonnell, C.Soros və başqaları) fıkrincə müəyyən hüdudlar daxi-lində, habelə ictimai əhəmiyyət daşıyan təsərrüfat sahələ-rində dövlətin iqtisadiyyatın fəaliyyətinə müdaxiləsi (tənzimləməsi) şübhəsiz məqsədəuyğun, hətta zəruridir.

Nobel mükafatı laureatı Vasili Leontyev (ABŞ) yazmışdı: "Bazar münasibətləri maraq küləyi ilə iqtisa-diyyat gəmisinin yelkənlərini hərəkətə gətirir, dövlət tən-zimlənməsi isə gəminin sükanı rolunu oynayır... Küləksiz yelkənli gəmi yerindən tərpənməyəcək, sükansız isə gəmini uğurla idarə etmək mümkün deyildir". Xeyriyyəçi və biznes adamı Cors Soros göstərir ki, dövlətin iqtisadi proseslərə qoşulmaması özbaşınalıq, hədsiz qarışması isə hökm, əmr, inzibatçılıq sistemi yaradır. Onun fıkrincə, "b-zar ağalığı (market fundamentalist) meylləri müasir iqti-sadiyyat üçün doğru sayıla bilməz. Ona görə də elə yollar axtarılıb tapılmalıdır ki, bazar və dövlətdə olan dağıdıcı (mənfı) cəhətlər birləşərək, iqtisadi inkişaf üçün yaradıcı (müsbət) qüvvəyə çevrilsin".

Doğrudan da bir tərəfdən bazar münasibətləri iqti-sadi sistemi ona xas olan inhisarçılıq meylləri, sosial əda-lətsizlik, işsizlik, inflyasiya kimi nöqsanlar; digər tərəfdən isə inteqrasiya və qloballaşma prosesləri, beynəlxalq ba-zarda rəqabət mübarizəsi, milli təhlükəsizlik problemləri, informasiya-məlumat toplamaq zəruriliyi, iqtisadiyyatın dövlət tənzimlənməsini irəli sürür. Eyni zamanda dünya ölkələrinin təsərrüfat təcrübəsi sübut etmişdir ki, dövlətin iqtisadiyyata zəif (biganə) təsiri ölkənin normal təsərrüfatı həyatında hərc-mərclik (xaos) vəziyyəti yaratdığı kimi onun güclü müdaxiləsi (hədsiz qarışması) da yolverilməz olub, cəmiyyətdə insanların iqtisadi sərbəstliyinə, təşəb-büskarlığına, işgüzar sahibkarlıq-biznes fəaliyyətinə aşkar əngəllər törədir. Ona görə də dövlət öz iqtisadi siyasəti ilə ölkənin təsərrüfat həyatının "oyun qaydalarını" müəyyən-ləşdirir və bu qayda-qanunlara əməl olunmasına müvafıq orqanları vasitəsilə nəzarət edir. Dövlətin iqtisadi siyasəti, ölkənin təsərrüfat həyatında fəaliyyət göstərən subyektlər (iştirakçılar, agentlər) tərəfindən könüllü (şüurlu), yaxud qanunvericilikdə nəzərdə tutulan müvafıq məcburi (icbari) qaydalarla həyata keçirilir.

Deməli, iqtisadiyyatın dövlət siyasəti səviyyəsində tənzimlənməsinin mahiyyəti - bazar münasibətləri şəra-itində qanunverici, icraedici və nəzarət xarakterli tədbirlər vasitəsilə, müxtəlif dövlət orqanlarının, təşkilatlarının öl-kənin təsərrüfat həyatı problemlərinin həllinə təsir gös-tərməsi, nizamlamasıdır. Bu proses dünya miqyasında tari-xən 3 iri mərhələ keçmişdir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin