Xalis milli məhsul- Ölkənin makroiqtisadi göstəricilərindən biri olub, ümumi milli məhsulun dəyər tərkibindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri və vergilər çıxıldıqdan sonra qalan hissə.
Xalis satış həcmi- Kreditə satılmış malların dəyəri çıxıldıqdan sonra ilə müəssisəsinin satdığı mal və xidmətlərin ümumi dəyəri.
Xalis vergilər- Əhalinin dövlətdən aldığı transfert ödənişlərinin çıxılması şərti ilə əhalinin dövlətə ödədiyi vergilər.
Xalq təsərrüfatı- İctimai əmək bölgüsünün fəaliyyət göstərdiyi şəraitdə, qarşılıqlı əlaqə və asılılıqda olan sahələrin məcmusu.
Xammal- İlk dəfə əmək prosesinə məruz qalan və müxtəlif mallar istehsalında istifadə edilən əmək predmeti.