|
|
səhifə | 108/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Xəlvəti (gizli) bazar - Maddi nemətlə istehsalı və xidmətlər göstərilməsində qeyri-qanuni iqtisadi fəaliyyət növü.
Xidmət – əməyin faydalı nəticəsi olan müəyyən bir fəaliyyət növü.
Xidmət dairəsi - Əhaliyə müxtəlif təyinatlı xidmətlər göstərməklə məşğul olan sahə, şirkət və təşkilatlar.
Xidmətlər bazarı - İstehlak malları bazarının tərkib hissəsi.
Xidmət müddəti - Müxtəlif məhsul və malların «həyat dövrü», yaxud «həyat tsikli».
Xidmət tarifləri - Xidmət sahəsi obyektlərinin istehlakçılara, sifarişçilərə göstərdikləri xidmətlərin haqqı.
Xüsusi mülkiyyət - İqtisadi münasibətlərin ifadəsi, mənimsəmənin xüsusi forması.
Xüsusi güzəştlər – Şirkətin uzunmüddətli əlaqələri və xüsusi münasibətləri olan müştərilərinə etdiyi qiymət güzəşti.
Dostları ilə paylaş: |
|
|