Analiz və sintez metodu.Analiz metodu vasitəsilə tam halda götürülən iqtisadi hadisələr, proseslər, münasibətlər sistemi ayrı-ayrı hissələrə, müəyyən cəhətlərə, müxtəlif parçalara bölünərək təhlil edilir. Məsələn, vahid bir kompleks kimi fəaliyyət göstərən xalq təsərrüfatı sənaye, kənd təsərrüfatı, nəqliyyat və rabitə, xidmət dairələrinə bölünərək öyrənilir. Öz növbəsində sənaye müxtəlif sahələrə, aqrar-sənaye kompleksi müxtəlif istehsal bölmələrinə ayrılaraq, öyrənilə bilər.
Sintez metodu ayrı-ayrı hissələrin və müxtəlif cəhətlərin birləşərək, tam vahid halında, yaxud ümumi şəkildə təhlilinə xidmət edir. Məsələn, kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, meyvə-tərəvəzçilik kimi sahələrinin təhlili əsasında ölkənin aqrar bölməsi haqqında ümumi təsəvvür əldə etmək mümkündür.