Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadi nəzəriyyənin metodları



Yüklə 0,93 Mb.
səhifə36/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

3.2.İqtisadi nəzəriyyənin metodları
Hər bir elm öz predmetini və əhatə etdiyi müx­təlif problemlər dairəsini müəyyən metodların vasitəsilə tədqiq edib, hərtərəfli öyrənir. İqtisadi nəzəriyyə elmi də cəmiy­yət həyatında və insanların iqtisadi münasibətlərində baş verən prosesləri aydırılaş­dırıb izah etmək üçün bir sıra metodlardan istifadə edir.

Elmin predmeti ilə onun metodları arasında üzvi bir əlaqə, qarşılıqlı təsir və daxili vəhdət vardır. Belə ki, əgər elmin predmeti onun məzmunu, problemləri, əhatə etdiyi məsələlər haqqında bizə məlumat verirsə, elmin metodu həmin araşdırmaların dərk olunması yollarını, vasitələrini, üsullarını göstərir.

«Metod» anlayışı, yunanca «methodos» sözündən götürülmüşdür və axtarış, tədqiqat yolu mənasını verir. Bu baxımdan metod, iqtisad elminin müxtəlif məsələlərinin öyrənilməsinin açarıdır. Təsadüfi deyildir ki, məşhur ingi­lis alimi F.Bekon metodu - tədqiqat yolunu işıqlan­dıran fanara bənzətmişdi.

Bir sıra başqa elmlərdən fərqli olaraq, iqtisadi nəzə­riy­yə elminin predmetinin xüsusiyyəti elədir ki, onun prob­lemlərini laboratoriya və texniki vasitələrlə öyrənmək mümkün deyildir. İqtisadi nəzəriyyənin araşdırıb, təhlil etdiyi problemləri ilk növbədə elmi-nəzəri təfəkkür tərzi və onun əsaslandığı müəyyən metodlar vasitəsilə səmə­rəli surətdə həll etmək olar.

İqtisadi nəzəriyyənin metodları aşağıdakılardır:


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin