Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə32/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Neoliberalizm cərəyanının ümumi metodologiyası əsa­sında formalaşan Almaniyada Frayburq (V.Oyken, L.Er­had), İngiltərədə London (F.Hayek), ABŞ-da Çi­ka­qo (M.Fridmen, L.Mizes), Fransada isə J.Ryufe və M.Allen adları ilə tanınmış müxtəlif məktəbləri göstərmək olar. Bü­töv­lükdə onların iqtisadi baxışlarının əsasında azad sa­hib­kar­lıq fəaliyyəti və dövlətin ölkənin təsərrüfat həyatı işlə­ri­nə az qarışması prinsiplərinin zəruriliyi dur­muş­du.

Onlar xüsusi mülkiyyəti sahibkarlıq fəaliyyətinin hü­qu­qi əsası saymış, iqtisadiyyatda baş verən tənəzzül, dur­ğunluq, işsizliyin səbəblərini azad rəqabətin yerini inhi­sar­çılığın tutması ilə izah etmiş, dövlətin rolunu isə sa­hib­karları istiqamətləndirməkdə yox, onların işgüzar fəaliy­yəti ilə bağlı qarşıya çıxan müxtəlif çətinliklərin aradan qal­dırıl­masında görmüşlər.

V.Oyken və onun tərəfdarları tərəfindən iqtisadi qu­ru­luşların: a)mərkəzdən idarə olunan; b) bazar təsərrüfatı kimi 2 tipinin təhlili əsasında, sosial yönümlü bazar iq­ti­sa­di modeli işlənib hazırlanmışdır. Bu ideya, ikinci dünya müharibəsindən sonra L.Erhadın bir siyasi xadim kimi xidmətləri sayəsində Qərbi Albaniyada həyata keçiril­miş­dir və “alman modeli” adlanır.

Neoliberalizmin L.Mizes (ABŞ) və F.Hayek kimi gör­kəmli nümayəndələri, mərkəzdən idarə olunan planlı so-sialist təsərrüfat sisteminin gələcəyi olmadığını qə­tiy­yət­lə bildirmiş, müasir dövrdə optimal iqtisadi inkişaf yo­lu­nun xüsusi mülkiyyətə, sərbəst mübadiləyə, rəqabət mü­ba­rizəsinə əsaslanan siyasətlə reallaşa biləcəyini söy­lə­mişlər.

F.Hayek “Quldarlığa aparan yol” əsərində yazmışdır ki, iqtisadi azadlıqdan, bazar qiymətindən imtina edən qu­ru­luşu həyat diktaturaya və “iqtisadi quldarlığa” doğru aparır. Onun fikrincə, azadlıq dövlət tərəfindən “məhdu­diyyətlərin və məcburiyyətlərin” ləğv edilməsi deməkdir. O, dövlətin iqtisadiyyata hədsiz qarışmasını, cəmiyyətdə insanların iqtisadi fəaliyyət azadlığının pozulması kimi qiymətləndirmiş və bu rolu yalnız əhalinin sosial müda­fiəsi sahəsində zəruri saymışdır. Müəllif hesab edirdi ki, cəmiyyətin yenidən qurulmasının təşkili və onun inkişafı “plan əsasında deyil, daxili hərəkətin nəticəsində, təkamül yolu ilə baş verir”. Ona görə də iqtisad elmi insanların mə­na­feyi naminə cəmiyyətin “iqtisadi ehtiyatlarından (re­surs­larından) daha səmərəli istifadə edilməsi prob­lem­lə­ri­nin tədqiqi ilə məşğul olmalıdır” .

J.Pyuef (Fransa), Keynsin iqtisadiyyatın dövlət tən­zim­­lənməsi ideyasının əleyhinə çıxmış, azad bazar qiy­mət­lərini iqtisadiyyatı tarazlayan amil hesab etmiş, iqti­sa­di hadisələrin kəmiyyət-keyfiyyət cəhətlərinin əlaqəli təhlilində riyazi modelləşdirmədən istifadə etmiş, əmək haq­qının aşağı olmasının təkrar istehsal prosesini poz­du­ğu­nu, işsizliyi artırdığını, sosial problemləri kəskinləş­di­yi­ni nəzərə çatdıraraq, cəmiyyətdə tarazlığın yaradılması na­mi­nə, sərbəst bazarla yanaşı, indikativ (tövsiyə) xarakterli planlarının olmasını da məqsədəuyğun saymışlar.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin