Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə30/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Enpirik-statistiklər, T.Veblenin belə bir ideyasını əsas tuturdular ki, insanların iqtisadi fəaliyyəti onların tarı­xi ənənə və adətləri ilə tənzimlənir. Onlar cəmiyyətdə ge­dən iqtisadi dəyişiklikləri təsviri-statistik metodla öyrənə­rək, iqtisadi hadisələr arasında obyektiv səbəb-nəticə əla­qə­ləri olduğunu, kapitalizmin ümumi qanunauyğun­luq­la­rını inkar etmişlər.

U.Mitçell 1920-ci ildə ABŞ-da Milli İqtisadi Tədqi­qatlar Bürosu təşkil edərək, onun direktoru kimi fəaliyyət göstərmişdi. Bu Büro, ABŞ tarixində ilk dəfə ölkənin milli gəlirini, işgüzar fəaliyyətin mərhələlərini öyrənmiş, habelə həmin məsəllərə dair statistika materialları toplamağın me­todlarını işləyib hazırlamışdır. İqtisadi nəzəriyə sahə­sində U.Mitçell, ölkənin təsərrüfat həyatı və ümumiyyətlə iqtisadi proseslər üzərində ictimai nəzarət qoyulmasına tərəfdar olmuş, indikativ (tövsiyə xarakterli) planlaşdırma təklifini irəli sürmüş, işsizliyin dövlət sığorta fondu sis­te­minin yaradılması zəruriliyinə diqqəti cəlb etmişdi.

XX əsrin ortalarından başlayaraq institusional-sosio­loji istiqamətin zəifləməsi prosesi nəzərə çarpsa da, lakin bir qədər başqa formada, Ç.Helləreytin tədqiqatlarında («Ye­ni sənaye cəmiyyəti», «İqtisadi nəzəriyyələr və cə­miy­yətin məqsədləri») öz dolğun əksini tapmışdır. Onun iq­ti­sa­di-sosioloji fikirləri bazar münasibətləri şəraitində tex­niki işçilərin, mütəxəssislərin roluna, idarəetmə məsə­lə­lə­rinə, maliyyə problemlərinə, ümumiyyətlə isə iri kor­po­rasi­ya­ların normal fəaliyyətinin təşkilinə həsr olun­muş­dur.

Müəllifin fikrincə, cəmiyyətin inkişafının müasir mər­hələsində istehsalın təşkilinin ən əlverişli və optimal forması iri korporasiyalar, inhisar birlikləridir. Bu kor-po­ra­siyaların fəaliyyəti isə tədricən kapitalizmin «sənaye cəmiyyətinə» «yeni sənaye cəmiyyətinə» çevrilməsini (transformasiyasını) təmin edəcəkdir. Müasir istehsal sa­hə­lərinin rəhbərliyinə tex­nokratların (texniki, səriştəli mü­tə­xəssislərin) gəlməsi, şübhəsiz istehsalın gələcək yüksəliş perspektivlərinə müsbət təsir göstərməlidir.

C.Helləreyt korporasiyalarda planlaşdırma ünsür­lə­ri­nin zəruri olduğunu göstərmiş, «sənaye cəmiyyəti» reallı­ğın­da bazar hərc-mərcliyi, rəqabət mübarizəsi qiymət məsələlərinin əvvəlki dövrlərdən fərqli surətdə qoyulub həll edildiyini irəli sürüb əsaslandırmışdır. Eyni zamanda inhisar birlikləri ilə dövlət arasında müəyyən əlaqələrin ol­du­ğunu təsdiqləyən müəllif, iqtisadiyyatın dövlət tərə­fin­dən tənzimlənməsi ideyasını bəyənərək, bu istiqamətin zəruriliyini müdafiə etmişdir.

Onun fikrincə, hazırda cəmiyyətin gəlirlərinin böl­gü­sün­də «inqilabi dəyişiklər» baş verdiyindən, tədricən «bol­luq cəmiyyəti» və «ümumi rifah» dövləti formalaşmaq­da­dır. Bu mənada, o sərbəst rəqabət dövrlərinə yenidən qa­yıt­maq haqqında keçmiş nəzəriyyələri əsassız hesab et­miş­dir.

C.Helləreyt özünün irəli sürdüyü konvergensiya nə­zə­riyyəsində, iqtisadiyyat və təsərrüfat həyatında müxtəlif iqtisadi sistemlərin, yaxud mülkiyyət tiplərinin «qarışıq iqtisadiyyat» formasında fəaliyyət göstərə biləcəyini əsas­landırmışdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin