2.5.Müxtəlif iqtisadi cərəyanlar İqtisadi nəzəriyyənin müasir başqa cərəyan, konsepsiya, ideyaları sırasında neoliberalizm, monetarizm, iqtisadi təklif, səmərəli gözləmə, habelə digərlərini göstərmək olar. Bunlar iqtisad elmi və nəzəriyyəsinin müxtəlif məsə-lələrinin qoyuluşu, qarşıya çıxan yeni problemlərin həlli yollarının axtarışında, şübhəsiz bir-birindən fərqlənsələr də, lakin çıxış nöqtəsi yaxud mahiyyət etibarilə əvvəlki iqtisadi məktəblərin, onlardan formalaşmış istiqamətlərin, ayrılmış qolların konkret ifadəsi kimi səciyyələndirilə bi-lərlər.