Açıqsəhmdarcəmiyyəti - Səhmləri qiymətli kağızlar (fond) bazarında sərbəst satılıb-alınan səhmdar cəmiyyəti.
Agent - Başqalarının tapşırığı ilə müəyyən bir fəaliyyət növünü yerinə yetirən hüquqi və fiziki şəxs.
Ailəbüdcəsi - Ailənin müəyyən dövr üçün pulla hesablanan gəlir və xərcləri.
Ailə (ev) təsərrüfatı- iqtisadi fəaliyyətin üç əsas (dövlət, sahibkar, ev təsərrüfat) iştirakçılarından (subyektlərindən) biri.
Ajiotaj- Möhtəkirlik məqsədilə birjada qiymətli kağızların və əmtəə-xidmətlərin qiymətlərinin süni surətdə aşağı salınması, yaxud qaldırılması.
Akkreditiv- Fiziki və hüquqi şəxsə müəyyən məbləğin ödənilməsi barədə bir bankın digərinə tapşırığı.
Aksiya(səhm)- Sahibinə dividend (müəyyən faiz) almaq və aksiya sahiblərinin yığıncağında iştirak edib, səs vermək hüququnu təmin edən qiymətli kağız.
Aksiz - Bəzi istehlak mallarına (spirtli içkilərə, tütün məmulatlarına, xammal növlərinə, zinət əşyalarına) qoyulan dolayı vergi.
Akt - Hüquqi qüvvəyə malik olan rəsmi sənəd.
Aktiv(aktivlər) - mülkiyyətçinin malik olduğu maddi və maliyyə resursları.
Aqrar münasibətlər- Kənd təsərrüfatındakı iqtisadi münasibətləri əks etdirir.
Aqrar-sənaye inteqrasiyası- Kənd təsərrüfatı ilə sənayenin əlaqəli sahələrinin birgə fəaliyyəti.
Aqrar-sənaye kompleksi- Kənd təsərrüfatı məhsulları istehsal edən (I sahə), aqrar bölmə üçün maşınlar istehsal edən sənaye (II sahə), kənd təsərrüfatı məhsullarının emalı, saxlanması, istehlakçılara çatdırılması, habelə mütəxəs-sislərin hazırlanması (III sahə) fəaliyyətlərinin məcmusu.
Aqrar siyasəti- Kənd təsərrüfatı məhsulları qiymətlərinin formalaşmasına, fermer təsərrüfatlarına kömək məqsədilə həyata keçirilən rəsmi siyasət xətti.
Aqrobiznes- Kənd təsərrüfatı ilə bağlı olan digər sahələrin birgə kompleksi.
Alıcı bazarı - Təklifə görə tələbin üstün olduğu bazar vəziyyəti.
Alıcılıq qabiliyyəti pariteti - Hər hansı bir valyuta vahidinin başqa ölkələrdə hansı kəmiyyət nisbətində əmtəə-xidmətlər alacağını əks etdirən məzənnə konsepsiyası.
Alyans- Müqavilə öhdəliyi əsasında yaradılan birlik.
Amil - İstehsal fəaliyyətinin əsas səbəb və şərtlərindən (torpaq, əmək, kapital, sahibkarlıq qabiliyyəti) biri.
Amortizasiya- Avadanlığın istifadəsi nəticəsində, onun dəyərinin tədricən azal-ması.
Antiinhisar qanunları - İnhisarçılığa qarşı mübarizə məqsədilə dövlət səviyyəsində qəbul olunmuş qanunlar.
Arbitraj - Qarşılıqlı müqavilə öhdəliyinin pozulması ilə bağlı yaranmış müna-qişənin həlli variantlarından biri.
Artım- İqtisadi göstəricilərin ilkin baza səviyyəsinə nisbətən dəyişmə dinamikası (artıb-azalması).
Aşkar xərclər - Şirkətləri istehsal resursları ilə təchiz edənlərə bilavasitə pulla olan ödənişləri.
Avropa İttifaqı (Birliyi) - Region iqtisadi əməkdaşlığın yüksək inteqrasiya forması olub, 27 ölkəni birləşdirir.
Avro -2002-ci il 1 yanvar tarixdən dövriyyəyə buraxılmış və bir sıra Avropa ölkələrinin istifadə etdikləri kollektiv pul vahidi.
Avans (beh) -Müəyyən işlərin görülməsi və xidmətlərin yerinə yetirilməsi məqsədilə, əvvəlcədən ödənilmiş məbləğ.
Avtargiya- Beynəlxalq iqtisadi əlaqələrdən və dünya bazarından təcrid olunaraq, öz-özünü təmin etmə siyasəti.
Audit - Şirkət və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil peşəkar mütəxəssislər tərəfindən obyektiv təhlili.
Azad (sərbəst) iqtisadi zona - Ölkənin müəyyən ərazisində güzəştli vergi və gömrük şərtləri əsasında müxtəlif yerli-xarici şirkətlərin fəaliyyət göstərdiyi məkan.
Azalan marjinal məhsuldarlıq - İstehsal amilinin kəmiyyətcə artması, onun marjinal (son faydalılıq) səviyyəsinin aşağı düşməsi.
Azad bazar – azad sahibkarlığa, sərbəst rəqabətə əsaslanan, dövlətin müdaxi-ləsindən azad olan bazar.