Bank - Müəyyən olunmuş müddətə pul əmanətlərini qəbul edən və kredit verən maliyyə təşkilatı.
Banknot - Mərkəzi Bank tərəfındən buraxılan və ölkənin pul təklifınin bir hissəsini təşkil edən nağd kağız pul.
Barter - Bir iqtisadi resurs və məhsul-xidmətin digərinə dəyişdirilməsi.
Bazar - Əmtəə və xidmətlərin alınıb-satıldığı, ticarət sövdələşmələrinin aparıldığı yer.
Bazar iqtisadiyyatı - Xüsusi mülkiyyətə, sərbəst sahibkarlıq fəaliyyətinə, rəqabətə, şəxsi maraqlara əsaslanıb, dövlətin təsərrüfat həyatına təsirinin məhdud olduğu iqtisadi sistem.
Bazar qiyməti- Alıcı və satıcı tərəfındən reallaşdırılan əmtəələrin-xidmətlərin satış qiyməti.
Bazar sistemi - Qarşılıqlı əlaqədə olan çoxsaylı (müxtəlif) bazarların məcmusu.
Bazar tələbi- Tələbin ümumi həcmi, fərdi tələblərin cəmi.
Balans- Şirkət və təşkilatların müəyyən müddət ərzində gəlir-xərclərinin yekunu.
Beynəlxalq Valyuta Fond и (BVF)- BMT nəzdində fəaliyyət göstərən və beynəlxalq miqyasda maliyyə-kredit tənzimlənməsi ilə məşğul olan təşkilat.
Birja - Əmtəə-xidmətlərin, iş qüvvəsinin, kapitalın, qiymətli kağızların alqı-satışında vasitəçilik edən təşkilat.
Beynəlxalq bazar- Müxtəlif dünya ölkələrinin daxil olduğu bazar.
Bonus -Əlavə mükafatlandırma, saziş şərtlərinə uyğun olaraq, alıcının satıcıya güzəştləri.
Broker (makler, dəllal)- Birjalarda alqı-satqı əməliyyatlarında vasitəçilik edən şəxs.
Borc kapitalı -Geri qaytarılmaq və müəyyən borc faizinin ödənilməsi şərti ilə verilən pul kapitalı.
Bölgü - İstehsal iştirakçılarının yaradılmış məhsuldan və gəlirdən istifadədə paylarının müəyyənləşdirilməsi.
Böhran - Bazar münasibətləri iqtisadi sistemində vaxtaşırı təkrar olunan tsiklik (dövrü) inkişaf prosesi.
Brend- Dünyada tanınmış ticarət markası.
Bretton-Vuds valyuta sistemi- qızıl-dollar standartı əsasında beynəlxalq hesablaşmaların təşkili formalarından biri.
Büdcə - Müəyyən müddət üçün dövlətin, müxtəlif idarə orqanlarının, ailələrin, ayn-ayrı şəxslərin pul gəlirləri ilə xərclərinin balansı.
Büdcə defisiti- II ərzində dövlətin büdcə xərclərinin onun gəlirlərindən çox olması.
Büdcə profositi - Vergi gəlirlərinin dövlət xərclərindən artıq qalan hissəsi.
Büdcə gəlirləri - Büdcəyə birbaşa və dolayı vergilərdən daxil olmalar.
Büdcə xətti - Mövcud qiymətlərlə, alıcının iki əmtəədən ibarət dəstin müəyyən miqdar nisbətində əldə etməsinin üstünlüyünü qrafıklə əks etdirən xətt.
Büdcə təşkilatları- Bütövlükdə yaxud qismən dövlət və yerli büdcədən maliyyələşdirilən təşkilatlar.
Büdcə tənzimlənməsi – İqtisadi inkişafın stimullaşdırılması, inflyasiyanın azaldılması, ticarət balansında mənfi meyllərin aradan qaldırılması məqsədilə vergi siyasətində dəyişiklər aparılması.