Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə92/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

D

Daxili bazar - Ölkə daxilində, onun hüdudlan çərçivəsində fəaliyyət göstərən bazar.

Daxili Dövlət borcu - Dövlətin təşkilatlara, şirkətlərə və ölkə əhalisinə olan borcları.

Daimi (sabit) xərclər - Məhsul istehsalının həcmindən asılı olmayan və binaların saxlanması, uzunmüddətli icarəsi, inzibati-idarəetmə işçi heyətinə əmək haqqının ödənilməsi xərcləri.

Dəyişən xərclər - İstehsalın həcmindən asılı olaraq, şirkətin ümumi xərclərinin artmasi yaxud azalması.

Debitor - Şirkətə, təşkilata pul borcu olan hüquqi və fıziki şəxs.

Devalvasiya - Valyuta məzənnəsinin rəsmi aşağı salın-ması.

Diversifikasiya - Istehsal prosesinin şaxələnmiş (müxtəlif təyinatlı məhsullar buraxılışı) surətdə inkişafı.

Denominasiya - Kağız pul vahidinin müəyyən edilmiş variantda iri pul vahidlərinə dəyişdirilməsi.

Demoqrafiya - Əhalinin tərkib quruluşu, yerləşməsi və onun dinamikasında baş verən müxtəlif dəyişiklikləri öyrənən iqtisad elminin sahəsi.

Dempinq siyasəti - Rəqabət formalarından biri olub, xarici bazarda müəyyən vaxt ərzində məhsulların istehsal xərc-lərindən ucuz satılması.

Dəyər - İstehsalçıların əmtəədə təcəssüm olmuş və maddiləşmiş xərcləri.

Dividend - Səhm sahiblərinin qoyduqları kapitala görə aldıqları pay.

Diler - Fond birjasında müstəqil fəaliyyət göstərən işgüzar şəxs.

Diskont - Buraxılmış qiymətli kağızın bazar qiymətilə nominal dəyəri arasındakı fərq.

Dotasiya - Öz gəlirləri ilə öz xərclərini ödəyə bilməyən müəssisə və təşkilatlara geri qaytarmaq şərtilə dövlət tərəfındən verilən vəsaitlər.

Dövriyyə fondları - Bir istehsal prosesi ərzində dəyərini hazır məhsulun üzərinə tam keçirən məhsuldar fondlar.

Dövlətsizləşdirmə - Dövlət mülkiyyətində qalmaqla, istehsal və xidmət dairəsi obyektlərinin sahibkarlara, habelə əmək kollektivlərinə icarəyə, istifadəyə verilməsi.

Dövlət borcu - Dövlətin daxili və xarici borclarının cəmi.

Dövlət bölməsi - Iqtisadiyyatın dövlət orqanları tərəfindən idarə edilən, dövlət mülkiyyətində olan hissəsi.

Dövlət büdcəsi - Dövlətin pul vəsaiti fondunun əmələ gəlməsi və onun istifadə edilməsi istiqamətlərini müəyyən edən gəlir-xərclərinin ümumi smetası.

Dövlət mülkiyyəti - Dövlətə məxsus olan və onun idarə etdiyi obyektlər.

Dövlət xəzinəsi - Dövlət büdcəsinin pul vəsaitlərinin və dövlətin digər sərvətlərinin saxlandığı yer.

Dövlət iqtisadi siyasəti - Dövlət adından hökumətin istehsal, bölgü, mübadilə, istehlak, yığım, ixrac, idxal sahəsində həyata keçirdiyi fəaliyyət xətti.

Dövlət krediti - Ölkədə və xaricdə hüquqi və fıziki şəxslərdən dövlətin istiqraz formasında aldığı borc.

Dövlət müavinəti - Dövlət büdcəsinin vəsaitləri hesabına və büdcədənkənar fondlar hesabına

Dövlətin daxili borcu – Dövlətin öz vətəndaşlarına, şirkətlərə, müəssisələrə olan borcu.

Dünya bazarı - Bir-biri ilə beynəlxalq əmək bölgüsündəki iştirakla bağlı olan ölkələr arasındakı əmtəə-pul münasibətləri sistemi.

Dünya qiyməti - Dünya bazarında satılan müxtəlif məhsulların hər vahidinin beynəlxalq dəyərinin pul ifadəsi.

Dupoliya – Bazarda yalnız 2 istehsalçının fəaliyyət göstərdiyi oliqopoliya növü.

Duopsoniya – Bazarda yalnız 2 alıcı və çoxlu satıcı olan vəziyyət.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin