Əhalinin alıcılıq qabiliyyəti- Əllərdə olan pula insanların müəyyən qiymətlər səviyyəsində əmtəə-xidmətlər əldə etməsi.
Əhalinin pul gəlirləri və xərcləri balansı- Pul gəlirlərinin formalaşması mənbələrini və onlardan istifadənin əsas istiqamətlərinin əksi.
Əhalinin həyat səviyyəsi- Hər nəfərə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət-keyfıyyət göstəriciləri.
Əhalinin ödənilməyən tələbatı- Lazımi məhsul-xidmətlərin olmaması, yaxud onların keyfiyyətinin istehlakçıların tələblərinə cavab verməməsi üzündən həqiqi (real) ehtiyacın ödənilməyən hissəsi.
Əhalinin natural gəlirləri- insanların özlərinin və ailə üzvlərinin istehlakı üçün şəxsi yardımçı, fermer təsərrüfatlarından, fərdi istehsaldan əldə edilən gəlir.