|
|
səhifə | 100/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Fərdi istehsal - Vahid məmulat nümunəsi istehsal edən və xidmət göstərməsi ilə fərqlənən şirkət.
Fərdi şirkət- Bir sahibkarın idarə etdiyi şirkət.
Filips əyrisi - Qısa müddətli dövrdə inflyasiya ilə işsizlik arasındakı əlaqəni göstərən qrafık əyri.
Firma – Hüquqi şəxs səlahiyyətlərinə malik olan təsərrüfat, sənaye, ticarət, xidmət müəssisəsi.
Fiskal siyasət - Dövlət xərcləri və vergilər sahəsində həyata keçirilən tədbirlər.
Friksion işsizlik - İşçilərin öz zövq və bacarıqlarına uyğun iş axtarmasına sərf olunmuş vaxt baxımından meydana çıxan işsizlik.
Fond birjası - Qiymətli kağızların alınıb-satıldığı bazar.
Fondla silahlanma - İstehsal sahələrində işçilərin əsas fondlarla təmin olunmasını xarakterizə edən göstərici.
Dostları ilə paylaş: |
|
|