Fondverimi- İstehsal fondlarından istifadə səviyyəsini xarakterizə edən ümumiləşdirici göstərici.
Fyuçers- Saziş bağlayan investorun müəyyən müddətdən sonra, razılaşdırılmış qiymətə öz qiymətli kağızlarının müştərisinə (kontragentə) satmaq, yaxud ondan almaq öhdəliyini üzərinə götürməsi. G
Gəlir – Müəyyən vaxtda pul və digər gəlirlərin kəmiyyəti.
Gəlir vergisi - Ölkə vətəndaşlarından, fiziki və hüquqi şəxslərdən qanunvericilik əsasında tutulan vergi növü.
Gəlir haqqında deklarasiya - Vətəndaşların və sahibkarlıq fəaliyyəti ilə məşğul olanların gəlirləri haqqında vergi orqanlarına təqdim etdikləri məlumat
Gəlirin indeksləsdirilməsi - Direktiv surətdə əhalinin gəlirinin istehlak tələbatına uyğun nisbi artırılması.