Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə183/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   179   180   181   182   183   184   185   186   ...   189
2019-04-25 12-07-55

Məqsəd budaq cümləsi baş cümlədə ifadə olunan hadisənin, hərəkətin məqsədini bildirir, niyə?, nə üçün?, nə məqsədlə? suallarından birinə cavab olur. Ya baş cümlədə məqsəd budaq cümləsinin qəlibi – məqsəd zərfliyi olur və budaq cümlə onu izah edir, aydınlaşdırır, ya da budaq cümlə birbaşa baş cümlənin xəbəri ilə əlaqələnərək hərəkətin (baş cümlədəki hal və hərəkətin) məqsədini bildirir.
Budaq cümlədəki iş baş cümlədəki iş və prosesdən sonra icra edildiyindən budaq cümlənin xəbəri felin arzu şəkli ilə və ya bu mənanı verən əmr şəkli ilə ifadə olunur. Bas cümlənin xəbəri isə həm feli, həm də ismi ola bilir. Məqsəd budaq cümləsinin iki tipi vardır. I tip. Məqsəd budaq cümləsinin ən geniş yayılmış tipi baş cümlənin budaq cümlədən əvvəl gəlib (baş cümlə+budaq cümlə) bağlayıcılarla əlaqələnən tipidir. Baş cümlədə qəlib kimi ona görə, onun üçün, o məqsədlə, o səbəbə və s. sözləri işlənir. Həmin sözlər budaq cümlənin əvvəlində də gəlir və bağlayıcı kimi işlənir. Məs.: 1) Biz ona görə zəhmət çəkirik ki, əsl insan kimi yaşayaq (İ.Əfəndiyev).
2) Onunçün öyrətdim ki əlimi bu sənətə, Bir gün sənə əl açıb düşməyim xəcalətə (N.G.). Biz o məqsədlə gəlmişik ki, onları barışdıraq. Mən o səbəbə dinmədim ki, özü etiraf etsin və s.
Məqsəd budaq cümləsinin bu tipi baş cümləyə ki bağlayıcısı və intonasiya ilə də bağlanır. Məsələn, Abdulla pəncərələri taybatay açmışdı ki, içərinin havası dəyişsin (Elçin). Bir az gözləyək, ay çıxsın (Ə.H.) Arvad hazırlıq görüb ki, sabah səni qonaq çağırsın (M.H.). Gəldim ki, verəm qəlbinə bir nuri-həqiqət (H.Cavid). Atalar oğul istər ki, qoyub getdiyinə sahib dursun (M.Cəlal).
II tip. Məqsəd budaq cümləsinin dilimizdə budaq cümlə+baş cümlə tipi də mövcuddur. Bu tip daha çox canlı danışıq dili üçün xarakterikdir. Budaq cümlə baş cümləyə nə məqsədlə, nə üçün, nədən ötrü bağlayıcı sözlərlə bağlanır, baş cümlədə də bağlayıcı sözlərə müvafiq qarşılıq sözlərdən biri işlənir və budaq cümlə qarşılıq sözlərin mənasını aydınlaşdırır, daha da konkretləşdirir. Məsələn, Nə məqsədlə demişdiniz, o məqsədlə də qəbul etmişəm. Nə üçün çağırmışdınız, onun üçün də gəlmişik.
Məqsəd budaq cümləsi ilə səbəb budaq cümləsinin oxşar və fərqli cəhətləri. Hər şeydən əvvəl hər iki budaq cümlə məzmunca yaxındır; hər ikisinə niyə?, nə üçün?, nədən ötrü? Suallarını vermək mümkündür; hər ikisinin baş cümlə+budaq cümlə tipində ki bağlayıcısının və eyni tipli qəlib sözlərin işlənməsi özünü qabarıq büruzə verir.
Aşağıdakı fərqli xüsusiyyətləri vardır:
1. Mən o səbəbə kəndə getdim ki, darıxmışdım. Bu cümlədən də göründüyü kimi, səbəb budaq cümləsi səbəbi, onun aid olduğu baş cümlə isə budaq cümlədən çıxan nəticəni bildirir. Ona görə də səbəb budaq cümləsinin ifadə etdiyi iş və hadisə baş cümlədəki iş və hadisədən əvvəl baş verir.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin