Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat



Yüklə 319,77 Kb.
səhifə49/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   189
2019-04-25 12-07-55

Sayların sakramentallığı. Dünya dillərinin bir çoxunda sayların bəziləri müqəddəs sayılır. Azərbaycan dilində 3, 7, 40 müqəddəs sayılır.
Sayların orfoqrafiyası:
1. Miqdar sayları rəqəmlə göstərildikdə ondan sonrakı şəkilçilər və dək qoşması defislə yazılır : 6-dan, 5-də, 8-dək;
2. Sıra sayları ərəb rəqəmləri ilə yazıldıqda defis qoyulur və sonra şəkilçi yazılır: 5-ci, 4-cü;
3. Rum rəqəmindən sonra heç bir işarə qoyulmur və şəkilçidən istifadə edilmir: I sinif, XXI əsr;
4. Təqribi saylar defislə yazılır: üç-dörd, 5-6;
5. Sıra sayları maddələri göstərdikdə şəkilçi yazılmır, saydan sonra nöqtə, yarımmötərizə və ya tire işarəsi qoyulur: 1. , 2) ,
3 –
Azərbaycan dilində sayları ifadə etmək üçün iki rəqəm sistemindən – ideoqrafik (ərəb) və rum (Roma) rəqəmlərindən istifadə edilir. Rəqəmlər V əsrdə Hindistanda yaradılmışdır. XI-XII əsrlərdə Avropada ərəblər tərəfindən yayıldığı üçün hind rəqəmləri deyil, ərəb rəqəmləri adı ilə tanınmışdır.Rum rəqəmləri sıra saylarıdır və aşağıdakılardan ibarətdir:
I -1; V -5; X -10; L -50; C -100; D- 500; M- 1000
Kiçik rəqəm böyük rəqəmdən sonra işləndikdə toplanır:
LXXX= 80; CL= 150; MDC= 1600
Kiçik rəqəm böyük rəqəmdən əvvəl işləndikdə böyükdən çıxılır: IX = 9; XL = 40; DM =500
Suallar
1. Sifəti digər nitq hissələrindən fərqləndirən cəhət hansıdır?
2. Sifətin özünəməxsus xüsusiyyətləri nədir?
3. Əsli və törəmə sifətlər nədir?
4. Düzəltmə sifətlər hansı yollarla və şəkilçilərlə yaranır?
5. Mürəkkəb sifətlər əməgəlmə yolları hansıdır?
6. Sifətin dərəcələrinin tarixi haqqında nə bilirsiniz?
7. Sifətin azaltma dərəcəsi hansı yollarla yaranır?
8. Bəs çoxaltma dərəcəsinin sintaktik üsulla yaranması hansı vasitələrlə mümkün olur?
9. Sifətin substantivləşməsi nədir və neçə cür olur?
10. Atributuv isimlərlə sifətlərin oxşar və fərqli cəhətlərini necə müəyyənləşdirə bilərsiniz?
11. Sayın digər nitq hissələrindən əsas fərqi nədədir?
12. Sayin özünəməxsus cəhətləri hansıdır?
13. Fars və ərəb mənşəli saylardan hansı məqsədlərlə istifadə olunur?
14. Sayın məna növləri haqqında nə deyə bilərsiniz?
15. Numerativ sözlər nədir?
16. Bir sayının əsas mənasından əlavə, hansı xüsusiyyətləri vardır?
17. Az və çox saylarının digər xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
18. Hansı sayların orfoqrafiyası ilə tələffüzü fərqlidir?
19. Azərbaycan dilində sayları ifadə etmək üçün hansı rəqəm sistemindən istifadə edilir?
20. Sayların üslubi məqamları barədə nə deyə bilərsiniz?
21. Sayların sintaktik vəzifəsi nədir?



Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin