Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


(bağlayıcı): Şahnisə xanımın Dabtələb və Xəlfəli meşəsinə baxan otağının divarları ilə



Yüklə 319,77 Kb.
səhifə100/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   96   97   98   99   100   101   102   103   ...   189
2019-04-25 12-07-55

(bağlayıcı): Şahnisə xanımın Dabtələb və Xəlfəli meşəsinə baxan otağının divarları ilə tavanı naxışlı idi. (Y.V.Ç.).
3. Həm qoşma, həm də şəkilçi kimi işlənənlər: -la, -lə; -ca.
-la,- lə: Zərf düzəldən şəkilçi kimi: zorla, güclə, sürətlə, həyəcanla, sevinclə. Məs.: Məryəm ana özünü güclə səhradakı bu tənha ağaca yetirdi. (Elçin) Səfər bu təklifi qəbul edib müvəffəqiyyət yerinə yetirə bilsəydi, xan onu bağışlamağa hazır idi. (Y.V.Ç.) Fatma nənəmin gəlişini böyük bir sevinclə gözləyirdim. (İ.Ə.)
-la, -lə. Adlardan fel düzəldən şəkilçi kimi: başla, iş, yağla, təmiz və s.
-la, -lə. Qoşma kimi: Halva-halva demək ağız şirin olmaz (Atalar s.).
-ca. Sifətin çoxaltma dərəcəsi yaradan şəkilçi kimi: zorbaca, xırdaca və s.
-ca. Zərf düzəldən şəkilçi kimi: farsca, məzmunca
-ca. Qoşma kimi: Dəryaca ağlın olsa, Yoxsul olsan, gülərlər (Bayatı).
4. Yalnız qoşma kimi işlənənlər: Buraya üçün, ötrü, dək, cən, savayı, aid, dair, məxsus sözləri daxildir. Bu qoşmalardan üçü səbəb bağlayıcılarının da tərkibində işlənir (buna görə, bunun üçün, ondan ötrü), lakin onların tərkibində iştirak etmələri nəzərə alınmazsa, sabit qoşmalar sırasına daxil edilməlidir. Çünki onlar başqa funksiya daşımır.
Qeyd etdik ki, qoşmalar qoşulduğu sözlərdə bir sıra fərqli semantik-qrammatik məna yaradır. Qoşmalar semantik-qrammatik mənalarına görə aşağıdakı qruplara bölünür:
Bənzətmə, müqayisə məzmunu yaradan qoşmalar: kimi, tək. İstər folklorda, istər yazılı abidələrin dilində, istər məişət üslubunda, istərsə müasir ədəbi dilimizdə bu qoşmalar intensivliyi ilə diqqət çəkir. Adlıq halda olan isimlərə, yiyəlik halda olan əvəzliklərə qoşularaq müayisə, bənzətmə semantikası qazanır. Məs.: Gül çöhrəsinin şəminə pərvanə kimi yan, Onun kimi can yandırıcı nar ələ gəlməz. (İ.N.) Mənim Pərvin tək çeşmim uyxusuz qaldı. (Ş.İ.X.) Nalə tərkin qılmazam, ney tək kəsilsəm də bəndi-bənd. (M.F.) Sinə çöküb, bel bükülüb nun kimi. (M.Ə.S.) Şair səksəkəli quş tək çırpındı, saçlarını titrətdi, ayağa qalxdı. (Y.V.Ç.)

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin